• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?

İqtisadiyyat

11-11-2026, 15:30

Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?


Dünya enerji bazarında son günlər müşahidə olunan bahalaşma tendensiyası istiqamətini dəyişib. Noyabrın 10-da neftin qiymətində eniş davam edib. Buna ABŞ prezidenti Donald Trampın İranla hərbi qarşıdurmanın genişləndirilməsinə hazırda ehtiyac görmədiyini açıqlaması ciddi təsir göstərib. Vaşinqtondan gələn bu mesaj Yaxın Şərqdə müharibənin daha da alovlanacağı və Hörmüz boğazı vasitəsilə neft daşımalarının uzun müddət iflic olacağı ilə bağlı narahatlıqları zəiflədib.

Nəticədə Brent markalı neftin qiyməti əvvəlki sessiyada 5,85 faiz ucuzlaşdıqdan sonra noyabrın 10-da da geriləyərək bir barel üçün 90 dollar həddinin altına düşüb. ABŞ-ın WTI markalı nefti də ucuzlaşma nümayiş etdirib. Qiymətlərə təkcə geosiyasi gərginliyin azalması deyil, OPEC ölkələrində hasilatın artması və dünya bazarında mümkün təklif artıqlığı ilə bağlı gözləntilər də təsir edir. Bununla belə, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı risklər hələ də qalmaqdadır.

Göründüyü kimi, Trampın Tehranla bağlı hərbi ritorikanı yumşaltması qlobal enerji bazarında qiymətlərin yenidən formalaşmasına səbəb olub.

Neftin ucuzlaşması davam edəcəkmi və bu tendensiya enerji ixracından ciddi gəlir əldə edən Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

İqtisadçı ekspert Günay Hüseynova Musavat.com-da qeyd etdi ki, dünya neft bazarında müşahidə olunan son qiymət enişini həm geosiyasi, həm də fundamental iqtisadi amillərin qarşılıqlı təsiri ilə izah etmək olar: "Trampın İranla hərbi qarşıdurmanın genişləndirilməsinə ehtiyac görmədiyini açıqlaması Yaxın Şərqdə mümkün hərbi eskalasiya risklərini müəyyən qədər azaldıb. Nəticədə isə, neft qiymətlərinə daxil edilmiş geosiyasi risk mükafatı (GPR) aşağı enib.Lakin qiymət enişini yalnız siyasi amillərlə əlaqələndirmək düzgün olmazdı. OPEC+ ölkələrində hasilatın artması, ABŞ-da şist nefti istehsalının yüksək səviyyədə qalması və qlobal iqtisadi artım perspektivlərinin zəifləməsi bazarda təklif profisiti riskini gücləndirir. Əgər dünya üzrə neft təklifi tələbi üstələyərsə, bu, qiymətlər üzərində əlavə təzyiq yaradacağını düşünürəm. Neftin gələcək qiymət dinamikasına gəldikdə isə, qarşıdakı dövrdə bazarda yüksək volatilliyin müşahidə olunacağı gözlənilir. Hörmüz boğazında təhlükəsizlik risklərinin qalması qiymətlərin kəskin dəyişməsi ehtimalını formalaşdırır. Digər tərəfdən də, geosiyasi gərginliyin azalması və hasilatın artması Brent markalı neftin ucuzlaşmasını davam etdirə bilər. Bu səbəbdən bazarda uzunmüddətli qiymət enişindən daha çox, tələb-təklif balansından və geosiyasi hadisələrdən asılı qiymət dalğalanmaları ehtimalı yüksəkdir".

İqtisadçı ekspertin fikrincə, baş verənlərin və mövcud proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinə gəldikdə, bu məsələ daha həssas xarakter daşıyır: "Çünki karbohidrogen sektoru ölkənin ixrac gəlirlərinin, dövlət büdcəsinin və tədiyə balansının formalaşmasında mühüm rol oynayır. Neftin ucuzlaşması hasilat həcmi dəyişməsə belə, ixracın nominal dəyərini azaldır, valyuta daxilolmalarına və cari hesabın profisitinə təzyiq yaradır. Əsas risklərdən biri fiskal dayanıqlılıqla bağlıdır. Neft qiymətlərinin uzun müddət aşağı olması dövlət büdcəsinin neft-qaz gəlirlərini azalda, Dövlət Neft Fondunun gəlirliliyinə və büdcəyə transfer imkanlarına təsir göstərə bilər. Bununla belə, Azərbaycanın strateji valyuta ehtiyatları və Dövlət Neft Fondunun aktivləri xarici iqtisadi şokların təsirini yumşaldan mühüm maliyyə buferidir. Məsələni digər tərəfdən analiz etsək, neft gəlirlərinin azalması valyuta bazarında təklifin zəifləməsi, xarici ticarət balansının profisitinin daralması və iqtisadi artım tempinin aşağı düşməsi risklərini yarada bilər. Lakin manatın məzənnəsinin sabitliyini yalnız neft qiymətləri ilə əlaqələndirmək olmaz. Mərkəzi Bankın pul-kredit siyasəti, valyuta bazarının balansı və dövlətin fiskal siyasəti də mühüm rol oynayır. Ölkəmiz üçün əsas strateji çağırış neftin qiymətinin müvəqqəti ucuzlaşması deyil, iqtisadiyyatın struktur baxımından karbohidrogen gəlirlərindən asılılığının azaldılmasıdır. Bu baxımdan iqtisadi diversifikasiya, qeyri-neft ixracının genişləndirilməsi, sənaye istehsalının artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və özəl investisiyaların stimullaşdırılması prioritet istiqamətlər olmalıdır. Xüsusilə iqtisadiyyatdakı Holland xəstəliyi (Dutch Disease) riskinin qarşısının alınması ən vacib faktorlardan hesab olunur. Neft gəlirlərinin iqtisadiyyatda həddindən artıq dominant mövqe tutması qeyri-neft sektorunun rəqabət qabiliyyətini zəiflətməsinə şərait yaradır. Buna görə də hesab edirəm ki, resurs gəlirləri yalnız cari istehlaka deyil, yüksək əlavə dəyər yaradan istehsal sahələrinə, texnoloji modernizasiyaya və insan kapitalına yönəldilməlidir. Bir sözlə, neftin ucuzlaşması Azərbaycan üçün dərhal iqtisadi böhran təhlükəsi yaratmasa da, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması fiskal balans, valyuta daxilolmaları və makroiqtisadi sabitlik baxımından əlavə risklər formalaşdıra bilər. Ölkənin maliyyə ehtiyatları bu riskləri yumşaltmağa imkan versə də, uzunmüddətli iqtisadi təhlükəsizliyin təmin olunması qeyri-neft sektorunun inkişafından, ixrac potensialının genişləndirilməsindən və resurs gəlirlərinin səmərəli idarə olunmasından birbaşa asılıdır. Ölkəmizin iqtisadi dayanıqlılığının əsas göstəricisi neftin dünya bazarında hansı qiymətə satılması deyil, əldə olunan resurs gəlirlərinin nə dərəcədə səmərəli idarə olunması və həmin gəlirlərin rəqabətqabiliyyətli, şaxələndirilmiş iqtisadi modelə transformasiya edilməsidir. Əsl iqtisadi dayanıqlılıq neftin 100 dollar olduğu dövrdə yüksək gəlir əldə etməkdən daha çox, qiymətlərin 60–65 dollar səviyyəsinə düşdüyü şəraitdə belə makroiqtisadi sabitliyi və davamlı iqtisadi artımı qoruyub saxlamaq qabiliyyətidir".

Oxunub: 104
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Dünya

10-03-2026, 15:30

İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

İqtisadiyyat

24-07-2025, 14:22

Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?

Araşdırma
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Hadisə
Dün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dün, 13:30
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dün, 11:44
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dün, 09:46
General Natiq Əliyevin qızı saxlanıldı
11-11-2026, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
11-11-2026, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Son xəbərlər
  • Dün, 23:29
    Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
  • Dün, 21:41
    Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
  • Dün, 16:00
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • Dün, 15:30
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Dün, 14:22
    Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
  • Dün, 13:30
    DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
  • Dün, 13:22
    İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
  • Dün, 13:10
    Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
  • Dün, 13:06
    Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
  • Dün, 13:02
    Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
  • Dün, 11:44
    Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
  • Dün, 11:38
    Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
  • Dün, 11:14
    Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
  • Dün, 11:02
    Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
  • Dün, 10:56
    Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
  • Dün, 10:04
    UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
  • Dün, 09:58
    Neftimizin qiyməti 100 dolları keçdi
  • Dün, 09:54
    Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
  • Dün, 09:50
    Bina çökdü: Ölən və yaralananlar var
  • Dün, 09:46
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dün, 09:41
    Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
  • Dün, 09:00
    Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
  • 11-11-2026, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • 11-11-2026, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • 11-11-2026, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • 11-11-2026, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • 11-11-2026, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • 11-11-2026, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • 11-11-2026, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • 11-11-2026, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • 11-11-2026, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • 11-11-2026, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • 11-11-2026, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • 11-11-2026, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə