• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?

İqtisadiyyat

24-07-2025, 14:22



Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsinə endirilib - izahı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə son bir ildə ilk dəfə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. “Yeni Müsavat” Mərkəzi Banka istinadən xəbər verir ki, qərarla uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsinə endirilib.

Tənzimləyici qeyd edir ki, qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib: “İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 faiz, ödənişli xidmətlər üzrə 7.2 faiz, qeyri-qida məhsulları üzrə isə 2.8 faiz təşkil edib. İllik baza inflyasiya isə 4.8 faiz olub”.

AMB-yə görə, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0.6 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 4.2 faiz azalıb.

AMB İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib: “Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır”.

T.Kazımov qeyd edir ki, valyuta satışının azalmasının əsas səbəbi fiziki şəxslərin dollar alışını azaltması, satışını artırmasıdır. Belə ki, bu ilin altı ayında banklarda nağd dollar satışı alışını üstələyib.

AMB rəhbəri bildirib ki, ilin birinci yarısında Azərbaycanın xarici ticarət balansında 1,4 milyard dollarlıq müsbət saldo qızıl idxalını kənara qoyulmaqla hesablanıb.

Ölkənin strateji valyuta ehtiyatları altı ayda 9.4 faiz - 6,7 milyard dollar artaraq 77 milyard dollara çatıb. Mərkəzi Bankın ehtiyatları hazırda 11,2 milyard dollardır: “Strateji valyuta ehtiyatlarımız ölkəmizin 36 ay ərzində həm mal, həm xidmət idxalını tam maliyyələşdirməyə imkan verər. Valyuta bazarında təklif tələbi üstələyib. Altı ayda Dövlət Neft Fondu tərəfindən hərraclarda 3,7 milyard dollar satılıb. Bu, planda nəzərdə tutulan məbləğin 44 faizidir. Yəni ilin sonunadək Neft Fondunun 56 faiz dollar satışı imkanı qalır. Bu isə valyuta bazarında tam sabitliyə imkan yaradır”.

AMB İN-in uçot dərəcəsinə həsr olunmuş ötən iclasından bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub: “Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03 faiz, iyulun ötən dövründə isə 7.15 faiz olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26 faiz, sayı isə 55 faiz artıb”.

AMB baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7 faiz, 2026-cı ildə isə 5.3 faiz olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.

AMB rəhbərinin dediyinə görə, Azərbaycanda inflyasiyaya artırıcı təsir göstərən başlıca amil idxal inflyasiyasıdır. Belə ki, bu ilin birinci rübündə Azərbaycanın əsas ticarət tərəfdaşlarında ortaçəkili inflyasiya 9,6 faiz təşkil edib. Bu isə Azərbaycanda inflyasiyaya 3,36 faiz artırıcı təsir edib.

İkinci amil olan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi iyun ayında 11 faiz artmaqla inflyasiyaya 1,61 faiz artırıcı təsir göstərib. Bu iki amil birlikdə 2025-ci ilin yekununda inflyasiyaya 5,95 faiz, 2026-cı ilin yekununda isə 4,15 faiz bəndi artırıcı təsir göstərəcək.

T.Kazımovun sözlərinə görə, inflyasiya proqnozlarındakı artıma doğru dəyişiklik ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin kəskin yüksəlməsi ilə bağlıdır: “Aprel ayında biz 2025-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin 1,3 faiz artımını proqnozlaşdırırdıq. İndiki proqnozumuzda isə bu, 6,9 faizə qədər artırılıb. Bu fərq ilin yekununda inflyasiyaya 3,17 faiz artırıcı təsir göstərəcək.

Ümumilikdə inflyasiyada xarici amillərin payı 30-35 faiz təşkil edir.

T.Kazımov qeyd edib ki, istehlak kreditlərinin həcminin 10 faiz artımı ölkədə inflyasiyanı 0,34 faiz artırır: “Bizim proqnozlarımıza görə, bu ilin sonuna Azərbaycanda istehlak kredit portfelinin artımı 13 faiz ətrafında olacaq. Bu isə inflyasiyaya, ev təsərrüfatlarının istehlakı vasitəsilə 0.43 faiz bəndi artırıcı təsir göstərəcək. 2026-ci ildə isə istehlak kredit portfelinin artımı 16 faiz artıma ətrafında olacaq, bu da inflyasiyaya 0.56 faiz bəndi artırıcı təsir edəcək”.

AMB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək: “Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il sentyabr ayının 10-da ictimaiyyətə açıqlanacaq”.

Tənzimləyici cari ilin yekununda tədiyə balansının cari əməliyyatlar bölməsində 3,4 milyard dollarlıq profisit olacağını gözləyir. AMB-nin yeni proqnozuna əsasən, 2025-ci ilin yekununda neftin 1 barelinin orta qiyməti 68.6 ABŞ dolları, qazın 1000 kubmetrinin orta qiyməti isə 299 dollar olacaq: “Növbəti il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64.6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 390 ABŞ dolları olacağı proqnozlaşdırılır. Bunun nəticəsi olaraq 2026-cı ilin sonunda cari əməliyyatlar balansının profisitinin 3,5 milyard ABŞ dolları olacağı gözlənilir”.

AMB 2025-ci ilin sonuna Azərbaycanda 3 faiz iqtisadi artım proqnozlaşdırır. Bu zaman qeyri-neft iqtisadiyyatında artım 4,2 faizə bərabər olacaq. T.Kazımovun sözlərinə görə, bu proqnozlardakı azalmanın əsas səbəbi ev təsərrüfatlarında son istehlakın azalmasıdır.

AMB 2025-2026-cı illərdə Azərbaycanın valyuta bazarında hər hansı problem olmayacağı qənaətindədir. Bu baxımdan, tənzimləyici manatın məzənnəsinə hər hansı təhdidin yaranmayacağını gözləyir. Əksinə, müəyyən qədər manatın məzənnəsində möhkəmlənmə daha gözləniləndir.

T.Kazımov Azərbaycanın idxalında mühüm payı olan Rusiya ilə münasibətlərdə müşahidə olunan soyuqlaşmanın makroiqtisadi proseslərə təsirinə dair sualı cavablandırarkən bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir və bu sahədə əməliyyatlar Mərkəzi Bank tərəfindən diqqətdə saxlanılır. O qeyd edib ki, bu ilin ilk yarısı üzrə idxal və ixrac göstəricilərində və pul baratlarının həcmində hər hansı əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.

Oxunub: 10148
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

23-04-2025, 10:35

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

İqtisadiyyat

1-02-2024, 10:00

Dollar üzrə əsas faiz dərəcəsi açıqlandı

İqtisadiyyat

31-01-2024, 12:35

Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək - PROQNOZ

İqtisadiyyat

2-11-2024, 10:22

Mərkəzi Bank faizləri dəyişmədi, amma proqnozları yenilədi - AÇIQLAMA

İqtisadiyyat

9-03-2024, 11:05

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə