2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 1172,7 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb.
Bu isə 4224,8 manat təşkil edib.
Maliyyə-sığorta və informasiya-rabitə sahələrində çalışanların orta əməkhaqqisı isə siyahıda ikinci və üçüncü yerlərdə olub: 3026 manat və 2109,9 manat.
Ən aşağı orta aylıq əməkhaqqı isə 745 manat ilə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsidir.