• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?

Dünya

Bugün, 16:00

Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?


Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlərdə yeni mərhələ başlayır. Rusiyanın təşəbbüsü ilə İrəvanın təşkilatdakı səsvermə hüququnun müvəqqəti dayandırılması məsələsi noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıla bilər.

Moskva bu addımı Ermənistanın iki ildən artıqdır üzvlük haqlarını ödəməməsi və təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əsaslandırır. KTMT-nin nizamnaməsinin 25-ci maddəsi üzvlük öhdəliklərini yerinə yetirməyən dövlətin səsvermə və kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Məsələnin diqqətçəkən tərəfi isə Ermənistanın bu qərara münasibətidir. Baş nazir Nikol Paşinyan noyabrın 5-də ölkəsinin KTMT-yə marağının tükəndiyini bəyan edib və təşkilatdan kənarlaşdırılacağı təqdirdə buna etiraz etməyəcəyinə işarə verib. Ermənistan 2024-cü ilin fevralından etibarən qurumun fəaliyyətində iştirakını dondurub, xarici işlər naziri Ararat Mirzoyan isə təşkilata qayıtmağın mümkün olmadığını bildirib. Rusiya XİN baş nazirinin müavini Aleksandr Pankin noyabrın 9-da İrəvanın öz qərarlarına görə məsuliyyəti KTMT üzvlərinin üzərinə qoymağa çalışdığını bildirib və borclar ödənilənədək səsvermə hüququnun məhdudlaşdırıla biləcəyini bir daha xatırladıb.

Bununla belə, söhbət hələlik Ermənistanın təşkilatdan avtomatik çıxarılmasından deyil, onun müəyyən üzvlük hüquqlarının dayandırılmasından gedir. KTMT rəhbərliyi də formal kənarlaşdırılma məsələsinin gündəmdə olmadığını açıqlayıb.

Moskvanın bu addımı Ermənistanın Rusiyadan uzaqlaşan xarici siyasətinə və Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik strukturuna necə təsir göstərəcək?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-da qeyd etdi ki, burada əsas məsələ Ermənistanın KTMT-dən uzaqlaşması daha öncədən başlanan proses olmasına baxmayaraq, Moskvanın bununla bağlı indi praktiki addım atmağa başlamasıdır: "İrəvan Avropadan siyasi və təhlükəsizlik dəstək almaqla Rusiya qarşısında alternativ imkanlar qazandı, buna görə KTMT-dən uzaqlaşma xəttini tutdu. Bu, Avropaya dəyişən siyasi oriyentasiyasında nə qədər ciddi olduğunu göstərməyə hesablanmışdı. Lakin Rusiya buna qarşı ritorik müstəvidə qarşı çıxsa da, praktiki addımlar atmağa tələsmir, Ermənistan hakimiyyətinin siyasi kursunu nəzarətdə saxlayacağını hesab edirdi. Digər tərəfdən, Ermənistan nə qədər uzaqlaşsa da, iqtisadi baxımdan Rusiyadan və Avrasiya İqtisadi Birliyindən asılı olması Moskvanın əlindəki əsas kartdır. Ermənistan hakimiyyətinin Avropa İttifaqına üzvlük məsələsini rəsmi şəkildə gündəmə gətirməsindən sonra situasiyanın dəyişdiyi görünür. Rusiya Ermənistandakı son seçkilərdən öncə iqtisadi rıçaqlarını işə salmaqla İrəvana təsir etməyə çalışdı, seçkidən sonra da eyni təzyiqlər davam edir. Lakin Ermənistan hakimiyyəti Avrointeqrasiyadan geri çəkilmək niyyətində deyil, Paşinyanın Brüsseldə verdiyi son açıqlama da bunu göstərdi. Görünür, Rusiya KTMT-də də Ermənistana qarşı praktiki tədbirlər görülməsinə star verir. Bu, ümumi təyzyiq siyasətinin tərkib hissəsidir. KTMT-də Ermənistanla bağlı hər hansı mənfi qərarın İrəvana ciddi təsiri yoxdur, lakin bu, ümumi təzyiq dalğasına çevriləcəksə, o zaman, Ermənistana çətinlik yarana bilər, xüsusilə AİB daxilində İrəvanla ticarət əlaqələrinə məhdudiyyətlərin yaradılması iqtisadi problemlərə yol açacaq. Ki, Ermənistan təhlükəsizlik və hərbi baxımdan alternativlər tapmaq imkanı olsa da, iqtisadi dəstək alternativini əldə etmək çətindir".

Siyasi təhlilçi fikrincə, Rusiyanın praktiki təzyiq addımları Ermənistan hakimiyyətinə problemlər yaradacaq: "Ən riskli ssenari Ermənistanın Rusiya və Avropanın qarşıdurma meydançasına çevrilməsidir. Bu, indiyə qədər kritik mərhələdə baş verib, indi praktiki addımlar mərhələsinin başlandığı görünür. Təbii ki, Ermənistanın gesiyasi qarşıdurma poliqonuna çevrilməsi bütövlükdə regionun təhlükəsizliyinə risklər yaradacaq".

Oxunub: 106
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib

Siyasət

18-03-2024, 14:22

Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ

Siyasət

10-01-2024, 09:00

İrəvan Kremlə "KTMT planı"nı anons etdi: Paşinyan Qərbin Rusiya əleyhinə təlimatının icrasına başlayır

Araşdırma
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
5 günlük tətil başlayır - TARİXLƏR
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Hadisə
Bugün, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Bugün, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Bugün, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Bugün, 10:03
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Dün, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dün, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Son xəbərlər
  • Bugün, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • Bugün, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • Bugün, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • Bugün, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • Bugün, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • Bugün, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • Bugün, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Bugün, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • Bugün, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • Bugün, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • Bugün, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • Bugün, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
  • Bugün, 11:13
    Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
  • Bugün, 11:09
    Babək prospektində maşın körpüdən aşdı - Foto
  • Bugün, 10:22
    Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
  • Bugün, 10:13
    Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
  • Bugün, 10:10
    Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
  • Bugün, 10:06
    650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
  • Bugün, 10:03
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:37
    İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
  • Bugün, 09:34
    Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
  • Bugün, 09:31
    Paşinyan Türkiyəyə səfər edib
  • Bugün, 09:00
    Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
  • Dün, 13:11
    5 günlük tətil başlayır - TARİXLƏR
  • Dün, 12:30
    Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
  • Dün, 11:54
    İlham Əliyev Ərdoğana başsağlığı verib
  • Dün, 11:23
    15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • Dün, 11:01
    Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
  • Dün, 10:32
    Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
  • Dün, 10:27
    “Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
  • Dün, 10:22
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Dün, 10:05
    Neft ucuzlaşmağa davam edir
  • Dün, 09:58
    Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
  • Dün, 09:53
    Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə