ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda binanın bir hissəsi çöküb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Nyu-York Yanğınsöndürmə Departamentinin (FDNY) rəsmiləri bildiriblər ki, hadisə dünən yerli vaxtla saat 16:01-də Bruklinin Nyu-Kerk və Flatbuş prospektləri arasındakı ərazidə baş verib.
FDNY komissarı Lillian Bonsignore hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.