• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ

Siyasət

18-03-2024, 14:22

Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ


Gürcüstandan sonra Cənubi Qafqazın daha bir ölkəsi Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ola bilər. Baş nazir Nikol Paşinyan ötən il oktyabrın 17-də Avropa Parlamentində (AP) səsləndirdiyi “Aİ hansı həddə qədər arzu edirsə, Ermənistan o qədər bu quruma yaxınlaşmaq niyyətindədir” bəyanatının icrasına başlayıb. İlin əvvəlindən Avropa strukturları, Fransa, Almaniya ilə aparılan intensiv dialoq bəhrəsini verib, İrəvanla Aİ arasında gücləndirilmiş tərəfdaşlıq proqramı imzalanıb.

Martın 13-də AP 504 səs lehinə, 4 səs əleyhinə və 32 səs bitərəf nisbəti ilə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərə dair xüsusi qətnamə qəbul edib. Qətnaməyə əsasən qanunverici orqan icra hakimiyyətinə – Avropa Komissiyasına Ermənistanın Aİ üzvlüyünə namizəd statusu verilməsini nəzərdən keçirməyi təklif edib.

Qətnamədə bir neçə məqam qeyd olunub:

Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək və prioritetləşdirmək istəyini qətiyyətlə vurğulaması faktını tanıyır və alqışlayır;

Hesab edir ki, Aİ müsbət reaksiya verməli və Ermənistanın demokratiyalar cəmiyyətində daha möhkəm yerləşməsinə kömək etməlidir;

Ermənistanın KTMT-yə üzvlüyünə yenidən baxdığı bir vaxtda Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin təcili zəruriliyini qəbul edir;

Aİ-ni Ermənistanın Avropa Sülh Fondu vasitəsilə dəstək istəyinə müsbət cavab verməyə və Ermənistan ordusuna dəstək verməyə çağırır;

Ermənistana əsas zəiflikləri müəyyən etməyə və məqsədyönlü həll yollarını hazırlamağa kömək edəcək hibrid təhdidlərin qiymətləndirilməsi üzrə tədqiqatların başlanmasına çağırır;

Ermənistana müdafiə xarakterli hərbi dəstək vermək üçün bir neçə üzv dövlətin atdığı addımları alqışlayır və üzv dövlətləri oxşar təşəbbüsləri nəzərdən keçirməyə çağırır.

Daha sonra sənəddə AP Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarını alqışlayır və Rusiya FTX sərhədçilərinin İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciətini dəstəkləyir.

Qətnamədə vurğulanır ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

Aİ-nin xarici əlaqələr sözçüsü Peter Stano isə “İzvestiya” qəzetinə bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük üçün ərizə verə bilər: “Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Onlar belə bir gələcəyi təmin etməkdə sərbəstdirlər. Aİ-yə üzvlük məsələsinə gəlincə, istənilən Avropa ölkəsi Aİ-yə üzvlük üçün müraciət edib-etməmək barədə özü qərar verməlidir”.

Aİ nümayəndəsi vurğulayıb ki, Avropa İttifaqına üzvlük üçün müraciət etdikdə, Aİ-yə üzv dövlətlər həmin müraciəti müzakirə edir. Daha sonra Aİ müqavilələri və müəyyən edilmiş standartlar əsasında müvafiq qərar qəbul edirlər.

Bu, artıq Avropa Komissiyasının mövqeyidir və beləliklə qurum Ermənistana üzvlüyə namizəd statusu verməyə hazır olduğunu nümayiş etdirib.

Bəs üzvlüyə namizəd statusu nə deməkdir?

Avropa İttifaqına üzvlük üçün müraciət sadə prosedurdur. İstənilən ölkə müraciət edə bilər – ölkənin birinci şəxsinin adından Avropa Şurasına məktub göndərilir. Bundan sonra isə çətinliklər başlayır. Ərizə Avropa Komissiyası tərəfindən araşdırılır. Onun rəyinin əsasında üzv ölkələr müraciət edən ölkəyə namizəd statusunun verilib-verilməməsi haqda ilkin qərar qəbul edir.

Sonra müraciət edən ölkə doldurmaq üçün ölkənin siyasi, iqtisadi və inzibati hazırlığını müəyyən edən anket alır. Avropa Komissiyası namizəd ölkənin cavabları əsasında daha bir rəy hazırlayır. Ölkə rəhbərliyinə cavablandırmaq üçün minlərlə sual göndərilir. Məsələn, Xorvatiya üçün anketdə 4560 sual yer almışdı. Müraciət edən ölkəyə anketi doldurmaq üçün üç ay vaxt verilir.

Daha sonra ən mürəkkəb və məsuliyyətli danışıqlar mərhələsi başlayır. Burada Avropaya uyğun olduğuna əmin olmaq üçün namizəd ölkənin qanunvericiliyi öyrənilir. Əgər bütün qanunlar bu tələbə cavab vermirsə, namizəd ölkəni uzun proses gözləyir: ölkə bütün qanunvericiliyini Avropa qanunvericiliyinə uyğunlaşdırmalı olur.

Bu mərhələdə 35 fəsildən ibarət böyük sənəd hazırlanır. Onların hamısı Aİ-ni təmin edəcək şəkildə həllini tapmalıdır. Amma bu da kifayət qədər şərti mərhələdir. Qəti qərara qədər Aİ istənilən vaxt və müxtəlif səbəblərlə yenidən bu fəsillərin müzakirəsinə qayıda bilər.

Ümumilikdə Avropa İttifaqına üzvlük üçün müraciətdən namizəd ölkə statusu alana qədər illər sərf olunur. Ölkənin namizəd statusu alana qədər qiymətləndirmə meyarları nədir?

“Kopenhagen” meyarları adlanan əsas üç meyarı qeyd etmək olar:

Ölkədə demokratiyanı, qanunun aliliyini, insan haqlarını və azlıqların müdafiəsini təmin edən möhkəm institutlar olmalıdır;

Ölkənin Avropa İttifaqı bazarında rəqabətə davamlı bazar iqtisadiyyatı olmalıdır;

Bu ölkədə siyasi, iqtisadi və maliyyə məsələlərində Avropa qanunları və qətnamələri tətbiq edilməlidir.

Avropa Parlamentində “Yeniləşən Avropa” Qrupu hesab edir ki, Ermənistan ardıcıl islahatlar yoluna davam etsə, demokratiyasını möhkəmləndirsə, Ermənistan-Aİ münasibətlərində inkişaf mərhələsinin əsasını qoya bilər:

“Ermənistanın viza rejiminin sadələşdirilməsi və readmissiyaya dair sazişlərin həyata keçirilməsində əldə etdiyi irəliləyişləri nəzərə alaraq, “Yeni Avropa” hesab edir ki, viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamağın vaxtı çatıb. Aİ Ermənistana dəstəyini, o cümlədən Avropa Sülh Fondu vasitəsilə, eləcə də Qarabağdan olan qaçqınlara humanitar və maliyyə yardımını artırmalıdır”.

Qrupun Fransadan olan üzvü Natali Loiseau hesab edir ki, həm Ermənistan, həm də Azərbaycan uzun müddətdir davam edən mübahisənin dialoq və danışıqlar yolu ilə davamlı və sülh yolu ilə həllinə sadiq qalmalıdırlar.

Xatırladaq ki, Ermənistan hazırda Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu təşkilat və Avropa İttifaqı bir-birini həm iqtisadi, həm də geosiyasi səbəblərdən istisna edir. Ona görə də Aİ üzvü olmağı hədəfləyən ölkə daha əvvəl onların arasında seçim etməlidir. Ermənistan isə hələlik bu seçimə hazır deyil. Dünən parlamentin vitse-spikeri Akop Arşakyan yerli mətbuata bildirib ki, İrəvan hazırda Aİİ-dən imtina etməyi müzakirə etmir:

“Gündəliyin müzakirəsi Nikol Paşinyanın müəyyən etdiyi təlimata uyğun aparılmalıdır. Əminəm ki, bu, geniş ictimai müzakirəyə çıxarılacaq və bizim gələcəkdə atılacaq addımlar barədə danışmaq imkanımız olacaq”.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib ki, Avropa Parlamentinin qətnaməsi vacibdir, lakin Aİ üzvlüyünə namizəd olmaq yolu qanunvericilik deyil, icra orqanı ilə keçir:

“Nəzərə almalıyıq ki, Aİ də tək bir təşkilat deyil, 27-dən ibarət ölkələrin birləşdiyi daxili orqandır, orada qərarlar konsensusla qəbul edilir, ona görə də, bu anda bu məsələdə belə vahid impulsun olub-olmamasına cavab vermək mənim üçün çətin olacaq”. Xandanyan da vurğulayıb ki, Ermənistanın Aİİ strukturlarından çıxması müzakirə olunmur.

Ermənistan təkcə Aİİ ilə bağlı deyil, ümumiyyətlə Avropa Birliyinin geosiyasi rəqabətdə olduğu Rusiya ilə yollarını ayırmalıdır. Bura KTMT-dən tam imtina, hərbi bazaların çıxarılması, dövlət sərhədlərinin mühafizəsinin Rusiya FTX-dan alınması, habelə bu ölkədən hərbi, iqtisadi asılılığı maksimum azaltmaq daxildir. Müdafiə və təhlükəsizlik sahəsində Aİ ölkələri ilə ikitərəfli müqavilələrin imzalanması, Fransa, Hindistandan silah idxalı, Rusiya hərbi sənaye kompleksinin məhsullarından imtina bu istiqamətdə ilk addımlardır. Amma strateji qərarlar hələ verilməyib və regiondakı vəziyyət bu addımları atmağa imkan vermir. Görünür, Paşinyan hökumətində Rusiyanın Ukraynada strateji məğlubiyyətə düçar olacağına inanırlar. Buna görə atılan ilkin addımlar zamanı gələndə Kremldən sürətli qopmaya zəmin hazırlamaq məqsədi daşıyır. Təbii ki, Moskvada da Ermənistan hakimiyyətinin niyyətini dəqiq bilirlər və ona mane olmaq üçün hansısa planlar düşünülür. Bunu rəsmi şəxslər açıq ifadə ediblər. Məsələn, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan rəhbərliyinə Avrointeqrasiya yolu seçmiş Ukraynanın aqibətini xatırladıb. Beləliklə, Moskva Ermənistanla bağlı son sözünü deməyib, yaxın gələcəkdə bu istiqamətdə vəziyyəti aydınlaşdıracaq hadisələr ola bilər.

Paşinyan iqtidarı üçün Avropaya inteqrasiya yolunda ən mühüm nailiyyət Azərbaycanla sülh sazişinin imzalanması, təhlükəsizlik qarantiyalarının əldə olunmasıdır. Bu məsələdə ABŞ və Aİ İrəvana açıq dəstək verirlər. Birləşmiş Ştatlar Türkiyə və Britaniya kimi əsas tərəfdaşlarını da Azərbaycanla müzakirələrə istiqamətləndirib. Bir neçə gün əvvəl Prezident Ərdoğan, dünən isə Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin zəruri olduğunu bəyan ediblər. Əsas məsələ Bakı ilə dil tapmaq, Rusiyanın bölgədə manipuliyasiya imkanları azaltmaq və onun regiondan tədricən çıxarılmasına nail olmaqdır. Bu istiqamətdə də vəziyyət hələ ki, aydın deyil. Hazırda pərdə arxasında ciddi danışıqlar gedir. Azərbaycan öz maraqlarına uyğun formulaya dəstək ala bilsə, proseslər sürətlənəcək. Nəticədə Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində real addımlar atıla bilər.

Yalnız bundan sonra Paşinyan hökuməti yeni konstitusiya layihəsini, onunla birlikdə Ermənistanın Avrasiya iqtisadi Birliyində qalmasını və ya Avropa İttifaqına üzvlük məsələsinin referenduma çıxaracaq. Bu isə Ermənistanda artıq tamamilə yeni mərhələnin başlanması deməkdir…

Oxunub: 10145
Paylaş:
Digər xəbərlər

Dünya

7-03-2024, 15:30

“Paşinyan Avropa Birliyinə namizədlik məsələsini çox tez bitirmək niyyətindədir...” - “Johovurd”

Dünya

1-03-2024, 09:16

Ermənistan Rusiyadan QIRILA BİLƏCƏKMİ? - GƏLİŞMƏ

Siyasət

6-10-2023, 09:17

Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyi

Siyasət

26-10-2023, 15:30

MİNALANMIŞ AVROPA MASASI... - Rəsmi Bakı haqlı olaraq...

İdman

8-03-2024, 11:11

Avropa Liqası: "Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı adına namizəd olub

Araşdırma
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
5 günlük tətil başlayır - TARİXLƏR
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Hadisə
Bugün, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Bugün, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Bugün, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Bugün, 10:03
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Dün, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dün, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Son xəbərlər
  • Bugün, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • Bugün, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • Bugün, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • Bugün, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • Bugün, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • Bugün, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • Bugün, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Bugün, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • Bugün, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • Bugün, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • Bugün, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • Bugün, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
  • Bugün, 11:13
    Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
  • Bugün, 11:09
    Babək prospektində maşın körpüdən aşdı - Foto
  • Bugün, 10:22
    Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
  • Bugün, 10:13
    Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
  • Bugün, 10:10
    Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
  • Bugün, 10:06
    650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
  • Bugün, 10:03
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:37
    İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
  • Bugün, 09:34
    Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
  • Bugün, 09:31
    Paşinyan Türkiyəyə səfər edib
  • Bugün, 09:00
    Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
  • Dün, 13:11
    5 günlük tətil başlayır - TARİXLƏR
  • Dün, 12:30
    Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
  • Dün, 11:54
    İlham Əliyev Ərdoğana başsağlığı verib
  • Dün, 11:23
    15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • Dün, 11:01
    Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
  • Dün, 10:32
    Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
  • Dün, 10:27
    “Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
  • Dün, 10:22
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Dün, 10:05
    Neft ucuzlaşmağa davam edir
  • Dün, 09:58
    Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
  • Dün, 09:53
    Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə