• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi

Cəmiyyət

29-04-2026, 09:45



Amnistiyadan sonra əfv sərəncamının verilməsi hüquqi baxımdan məntiqsiz deyil, əksinə, bir çox hallarda bu iki mexanizm bir-birini tamamlayır, amma...

Azərbaycanda 13-cü amnistiya aktının icrası başa çatıb və bu akt 22 935 nəfəri əhatə edib. Ədliyyə Nazirliyindən bildirilib ki, qərarın icrası tam yekunlaşıb. Məlumata əsasən, 5 348 nəfər azadlıqdan məhrumetmə cəzasından tam azad edilib, 3 555 məhkumun cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb, 9 714 nəfərə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar tətbiq edildiyindən onlar amnistiyaya düşüb.

Bəllidir ki, amnistiya sadəcə hüquqi qərar deyil - bu, dövlətin cəmiyyətə verdiyi çoxqatlı mesajdır. Birincisi, bu addım humanizm və “ikinci şans” ideyasının gücləndirilməsi kimi təqdim olunur. İkincisi, rəqəmlər diqqət çəkir: 22 mindən çox insanın əhatə olunması həm hüquq-mühafizə sisteminə, həm də cəmiyyətə ciddi təsir edir. Bu qədər insanın eyni anda cəmiyyətə reinteqrasiyası sosial adaptasiya mexanizmlərinin nə qədər effektiv olduğunu test edəcək.

Bu amnistiya həm sosial yumşalma addımıdır, həm də siyasi və ideoloji kontekstdə təqdim olunan güclü mesajdır. Onun real nəticələri isə əsasən yaxın 1-2 ildə bu şəxslərin cəmiyyətə necə inteqrasiya olunacağından asılı olacaq.

Minlərlə məhkumun azadlığa buraxılması və ya cəzasının yüngülləşdirilməsi cəmiyyətdə yeni bir sualı aktuallaşdırıb: növbəti addım nə olacaq - may ayında əfv sərəncamı gözlənilirmi?

Ənənəvi olaraq Azərbaycanda əfv sərəncamları müəyyən əlamətdar tarixlər ərəfəsində imzalanır. Xüsusilə yaz ayları, bayramlar və siyasi-humanitar gündəlik bu qərarların verilməsində mühüm rol oynayır. Bu baxımdan may ayı da istisna deyil və ictimai gözləntilər artıq formalaşmağa başlayıb.

Amnistiya ilə əfv arasında fərq isə prinsipialdır. Amnistiya parlament tərəfindən qəbul edilən və geniş kütləni əhatə edən hüquqi aktdır. Əfv isə fərdi xarakter daşıyır və konkret şəxslərə şamil olunur. Bu səbəbdən amnistiyadan sonra əfv sərəncamının verilməsi hüquqi baxımdan məntiqsiz deyil, əksinə, bir çox hallarda bu iki mexanizm bir-birini tamamlayır.

Hazırkı vəziyyətdə əsas müzakirə mövzusu budur: amnistiya ilə əhatə olunmayan şəxslər üçün yeni bir humanist addım atılacaqmı? Xüsusilə ağır maddələrlə məhkum olunmuş, lakin müəyyən meyarlara cavab verən şəxslərin əfv siyahısına düşə biləcəyi ehtimalı diqqət mərkəzindədir.

Hələlik rəsmi açıqlama yoxdur. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, amnistiyadan sonra əfv qərarının verilməsi ehtimalı heç də az deyil. İndi isə diqqətlər may ayına yönəlib: yeni bir “ikinci şans” dalğası gəlirmi, yoxsa bu mərhələ bununla yekunlaşır?

Bu sualın cavabı yaxın həftələrdə aydınlaşacaq. Amma artıq indidən bəllidir ki, cəmiyyət növbəti qərarı gözləyir.

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, sonuncu amnistiya aktı həm əhatə dairəsinə, həm də humanist mahiyyətinə görə əvvəlki illərdə qəbul edilmiş analoji qərarlarla müqayisədə daha geniş və daha əhatəli xarakter daşıyıb: “Belə ki, bu aktın 20 mindən artıq şəxsə şamil ediləcəyi proqnozlaşdırılırdı və yekunda məlum oldu ki, amnistiya ümumilikdə 22 min 935 nəfəri əhatə edib. Bu isə onu göstərir ki, qəbul edilmiş qərar yalnız hüquqi deyil, eyni zamanda sosial-humanitar baxımdan da olduqca mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, ölkədə cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və eyni zamanda cinayət törədən şəxslərin sayında artım müşahidə olunur. Hüquq-mühafizə orqanları törədilmiş cinayətlərin qarşısının alınması və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atır, onları operativ şəkildə ifşa edərək həbs edir və müvafiq cəzaçəkmə müəssisələrinə göndərir. Bu baxımdan amnistiya aktının qəbul edilməsi həm hüquqi sistemin balanslaşdırılması, həm də cəzaçəkmə müəssisələrindəki yüklənmənin azaldılması baxımından olduqca vacib addım idi”.

Ç.Qənizadə qeyd etdi ki, bu amnistiya nəticəsində təxminən 5 minə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad olunub. Bununla yanaşı, digər kateqoriyadan olan şəxslər - yəni cəzaları azaldılanlar, məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanılanlar, istintaq altında olanlar və məhkəmə prosesləri davam edən şəxslər də bu aktın təsir dairəsinə daxil ediliblər: “Bu isə amnistiyanın yalnız məhkum olunmuş şəxslərlə məhdudlaşmadığını, həm də istintaq və məhkəmə mərhələsində olan işlərə şamil edildiyini göstərir. Belə geniş spektrli yanaşma isə amnistiya aktının nə qədər əhatəli və sistemli hazırlandığını bir daha təsdiqləyir.

Hazırda isə cəmiyyətdə və xüsusilə hüquq müdafiəçiləri arasında tez-tez belə bir sual səslənir: növbəti humanist addım nə olacaq? Cəzaçəkmə müəssisələrində aparılan mütəmadi monitorinqlər zamanı həm məhkumlar, həm də onların yaxınları tərəfindən tez-tez bu məsələ ilə bağlı suallar verilir. Onları maraqlandıran əsas məsələ isə növbəti əfv sərəncamının nə vaxt verilə biləcəyi ilə bağlıdır. Qeyd edək ki, Azərbaycan cəmiyyətində artıq müəyyən ənənə formalaşıb - belə ki, əlamətdar günlərdə ölkə Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması halları tez-tez müşahidə olunub. Ümumilikdə bu günə qədər 65-dən artıq əfv sərəncamı imzalanıb və xüsusilə may ayı - Ulu öndərin doğum günü və 28 May Müstəqillik Günü kimi əlamətdar tarixlərdə belə qərarların verilməsi ehtimalı hər zaman müzakirə mövzusu olub".

Çingiz Qənizadənin qənaətinə görə, bu qədər genişmiqyaslı amnistiya aktından dərhal sonra yeni bir əfv sərəncamının verilməsi ehtimalı o qədər də yüksək görünmür: “Çünki ardıcıl şəkildə həm amnistiya, həm də əfv aktlarının verilməsi cəza siyasətində müəyyən balansın pozulması kimi qiymətləndirilə bilər. Dövlət siyasətində hər addımın öz zamanı və zərurəti olmalıdır.

Xüsusilə nəzərə alsaq ki, amnistiya aktının icrası cəmi bir neçə gün əvvəl - 19 aprel tarixində başa çatıb, bu halda qısa müddət ərzində yeni bir əfv sərəncamının verilməsi real görünmür. Bundan əlavə, adətən əfv sərəncamlarının hazırlanması prosesi müəyyən zaman tələb edir. Əfv Komissiyası əvvəlcədən fəaliyyətə başlayır, müraciətlər toplanır, siyahılar hazırlanır və geniş müzakirələr aparılır. Lakin hazırda belə bir prosesin getdiyi müşahidə olunmur və may ayının başlanmasına da artıq sayılı günlər qalıb.

Bu səbəbdən hesab etmək olar ki, bu ilin may ayında əfv sərəncamının imzalanması ehtimalı aşağıdır. Bununla belə, unudulmamalıdır ki, əfv sərəncamı vermək Azərbaycan Prezidentinin konstitusion hüququdur və bu qərar istənilən vaxt qəbul edilə bilər. Dövlət başçısı istər fərdi qaydada bir neçə nəfərə, istərsə də geniş siyahı üzrə yüzlərlə şəxsə şamil edilən əfv sərəncamı imzalaya bilər".

Çingiz Qənizadə sonda vurğulayıb ki, ümumilikdə gözləntilər daha çox ilin sonuna, xüsusilə 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsinə yönəlir: “Əvvəlki illərin təcrübəsi də göstərir ki, məhz bu tarixdə daha genişmiqyaslı əfv sərəncamlarının verilməsi ehtimalı yüksək olur. Bu baxımdan ümid etmək olar ki, ilin sonunda növbəti böyük humanist addım atılacaq və bir sıra şəxslər azadlığa qovuşacaq”

Oxunub: 1061
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

25-05-2024, 19:13

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb

Cəmiyyət

22-12-2025, 11:01

Amnistiya aktının icrasına başlanıb

Cəmiyyət

27-04-2026, 11:57

Amnistiya aktı 22 935 şəxsə şamil edildi

Cəmiyyət

22-12-2025, 09:55

Bu gün Amnistiya aktının icrasına başlanacaq

Araşdırma
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Hadisə
Dün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dün, 13:30
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dün, 11:44
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dün, 09:46
General Natiq Əliyevin qızı saxlanıldı
11-11-2026, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
11-11-2026, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Son xəbərlər
  • Dün, 23:29
    Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
  • Dün, 21:41
    Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
  • Dün, 16:00
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • Dün, 15:30
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Dün, 14:22
    Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
  • Dün, 13:30
    DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
  • Dün, 13:22
    İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
  • Dün, 13:10
    Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
  • Dün, 13:06
    Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
  • Dün, 13:02
    Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
  • Dün, 11:44
    Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
  • Dün, 11:38
    Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
  • Dün, 11:14
    Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
  • Dün, 11:02
    Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
  • Dün, 10:56
    Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
  • Dün, 10:04
    UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
  • Dün, 09:58
    Neftimizin qiyməti 100 dolları keçdi
  • Dün, 09:54
    Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
  • Dün, 09:50
    Bina çökdü: Ölən və yaralananlar var
  • Dün, 09:46
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dün, 09:41
    Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
  • Dün, 09:00
    Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
  • 11-11-2026, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • 11-11-2026, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • 11-11-2026, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • 11-11-2026, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • 11-11-2026, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • 11-11-2026, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • 11-11-2026, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • 11-11-2026, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • 11-11-2026, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • 11-11-2026, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • 11-11-2026, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • 11-11-2026, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə