• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”

Cəmiyyət

31-07-2025, 10:09

“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”


Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm də turistlərə təqdim olunan əyləncə və seçim azadlığına əsaslanır. Qlobal tendensiyalar göstərir ki, turistlər daha çox liberal imkanlar təqdim edən ölkələrə üstünlük verirlər.

Bu kontekstdə dünyada kazino infrastrukturu aparıcı turizm komponentlərindən birinə çevrilib.

Dünyada kazino biznesi

Dövrümüzdə ABŞ kazino biznesi üzrə lider ölkədir. Təkcə 2023-cü ildə Las Veqasda fəaliyyət göstərən kommersiya kazinolarının gəliri 60 milyard ABŞ dollarını ötüb. Çinin Makao bölgəsi isə 2023-cü ildə 22,7 milyard dollar ümumi oyun gəliri ilə dünya kazino sənayesində ikinci böyük mərkəz kimi tanınır.

Gürcüstan Cənubi Qafqazda ən liberallaşmış kazino sektoruna sahibdir. 2024-cü ildə bu ölkədə kazino dövriyyəsi 28 milyard dollar, bu sahədə çalışan işçilərin sayı isə 20 min nəfər olub. Orta aylıq əməkhaqqı 1182 dollar təşkil edib. Gürcüstan artıq regional “kazino klasteri” kimi qiymətləndirilir.

Rusiya da bu sahədə güclü oyunçudur: 2023-cü ildə ölkənin əsas dörd kazino zonasının (Soçi, Vladivostok, Altay, Kalininqrad) ümumi gəliri 2,1 milyard avro, dövlət büdcəsinə vergi ödənişləri isə 2 milyard rubl olub.

Bu reallıqlar göstərir ki, kazino sektoru artıq qlobal turizmin tamamlayıcı elementi olmaqdan çıxaraq, bir çox ölkələrin iqtisadi strategiyalarında əsas gəlir mənbələrindən birinə çevrilib. Əyləncə və oyun sənayesi təkcə vergi və lisenziya gəlirləri baxımından deyil, həm də hotelçilik, iaşə, nəqliyyat və xidmət sahələrinin canlanmasına verdiyi töhfə ilə makroiqtisadi təsir gücünə malikdir. Bu səbəbdən də bir çox dövlətlər bu sektoru hüquqi çərçivəyə salaraq tənzimlənən şəkildə iqtisadi dövriyyəyə cəlb edirlər.

Azərbaycanda hüquqi addımlar

Bu beynəlxalq və regional mənzərə fonunda Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi istiqamətində ilk ciddi hüquqi addım atılıb. Ölkədə kazino biznesinin leqallaşdırılması üçün qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bununla da Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları keçirilməsi rəsmiləşdirilib.

Kazino fəaliyyəti Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İqtisadçı ekspert Xalid Kərimli APA-ya açıqlamasında kazino fəaliyyətinin Azərbaycanda turizmin inkişafına dəstək verəcəyini vurğulayıb: “Turistlər səyahət edəcəkləri ölkəni seçəndə orada həm təbii, coğrafi və tarixi gözəlliklərin, həm də turistlər üçün azadlıqların miqyasının geniş olmasını nəzərə alırlar. Ölkəmiz turizm iqtisadiyyatını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalı və turizm azadlıqlarını daha da genişləndirməlidir. Məsələn, Gürcüstan təbii coğrafi gözəlliyinə və ya tarixi abidələrinin zənginliyinə görə Azərbaycandan heç də öndə deyil. Eyni zamanda turizm sektoruna yatırılan investisiyalar baxımından da Azərbaycandan geridədir. Amma ölkəyə gələn turistlərin sayına görə Azərbaycanı bəzən 3-4 dəfə qabaqlayır. Bu, Gürcüstanın həm turistlər üçün yaratdığı azadlıqların genişliyi, həm də ölkəyə giriş-çıxışın daha ucuz olması ilə əlaqədardır. Bu baxımdan Azərbaycan turizm sahəsində uğurlu olan ölkələrin təcrübəsindən faydalanmalıdır. Kazino fəaliyyətinin rəsmiləşdirilməsi turistlərə verilən növbəti azadlıqdır. Biz bununla kifayətlənməməli, turizmin inkişafına dəstək verən addımlar atmalı və bu istiqamətdə digər əyləncə növlərini də leqallaşdırmalıyıq”.

Zəncirvari iqtisadi inkişaf

X. Kərimli hesab edir ki, Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsi ölkənin hotel sənayesinin inkişafına, iaşə sektorunun daha da canlanmasına dəstək verəcək: “Eyni zamanda xaricdən gələn kazino həvəskarları digər sahələrə də xərcləmələr edəcəklər. Turizm kompleks iqtisadi artıma dəstək verir. Turizmin ən böyük üstünlüklərindən biri tək özünün deyil, yan sahələrin də inkişafına dəstək verməsi və burda yaranan gəlirin əhali təbəqəsi arasında daha sürətlə yayılmasıdır. Yəni burada inklüzivlik çoxdur. Turizm sektorunda çox sayda insan işləyir. Kazino fəaliyyətinə icazə verilməsi həm də ölkədə məşğulluğun artmasına gətirib çıxaracaq.

Ölkəyə gələn turistlərin xərcləmələri kənd təsərrüfatı, aqrar sənaye, pərakəndə ticarət üçün də əlavə təsir yaradacaq. Digər tərəfdən, Azərbaycandakı kazino həvəskarları da əylənmək üçün başqa ölkələrə üz tutmayacaqlar.

Turizmin inkişafı qeyri-neft sektorunun inkişafı istiqamətində ölkəmizin əsas prioritetlərindən biridir. Bu istiqamətdə zəruri azadlıqların verilməsi, rahatlıqların yaradılması, turistlər üçün ölkəmizin cəlbediciliyini artıran amillərin daha da yaxşılaşdırılması və problemlərin aradan qaldırılması xüsusi vacibdir. Bu, ölkənin qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir”.

X. Kərimli dünyada kazino biznesi üzrə böyük həcmdə valyuta dövriyyəsinin olmasına da toxunub: “Gürcüstan bu sahədə xüsusi uğurludur. Bu ölkədə kazino biznesindəki dövriyyə 16-18 milyard avro ilə qiymətləndirilir. Rəsmi rəqəmlərə görə, Qazaxıstanda kazino dövriyyəsi təqribən 3 milyard avrodur. Rusiyada kazino biznesinin dövriyyəsi 2 milyard avrodan çoxdur. Özbəkistan da artıq bu sahədə fəaliyyətə azadlıq verib. Bu ölkədə kazino sahəsindəki dövriyyənin 1 milyard avro olacağı gözlənilir. Qeyri-rəsmi formada isə Özbəkistanda bu sahədə dövriyyələr 7-8 milyard avro həcmində qiymətləndirilir. Yəni burda həm də böyük maliyyə resurslarının dövr etməsi var”.

Turizm sektoru canlanacaq

Turizm eksperti Rəhman Quliyev də bildirib ki, Azərbaycanda kazino biznesinin yaradılması ölkəmizi turistlər ucun daha da cəlbedici edəcək: “Bununla ölkəyə üst seqment turist axını artacaq. Xüsusilə Qazaxıstan, Rusiya, Yaxın Şərq, Çin və Türkiyədən olan zəngin səyahətçilər kazino olan ölkələri daha çox üstün tuturlar . Bu tip turistlər yalnız kazinoya deyil, lüks hotellər, restoranlar, spa və premium alış-verişə də böyük məbləğdə pul xərcləyirlər. Kazinolar vasitəsilə vergi daxilolmaları və turizmlə vəhdət təşkil edən sahələrin gəlirləri artacaq. Beynəlxalq təcrübə göstərir ki , kazinoların fəaliyyətdə olduğu iri şəhərlər dünyanın ən zəngin şəhərləri sırasındadır. Gürcüstanda Batumi modeli buna misal ola bilər. 2012-2019 illər arasında turizm və oyun sənayesi sayəsində Batumidə iqtisadi sıçrayış olub”.

Ölkəyə zəngin turistlər gələcək

R. Quliyev Azərbaycandan kənara gedən turistlərin içində də kazinolara maraqlı insanların olduğunu deyib: “Azərbaycandan Gürcüstan və Kiprə kazino üçün daha çox gedirlər. Bakıda kazinoların açılması həm yerli turistlərin daxili turizmə maraq göstərməsi, həm də xaricdən üst kateqoriya turistin Azərbaycana gəlməsinə münbit şərait yaradacaq. Ərəb ölkələrindən də Azərbaycana gələn turistlərin içində kazinoya böyük maraq var. Həmin ölkələrdən üst seqment turistlər kazino fəaliyyəti olan şəhərlərə daha çox axın edirlər. Odur ki, kazinoların fəaliyyətə başlaması ilə Azərbaycanın turizm sektorunda canlanma artacaq. Bu da ölkəmizdə hava nəqliyyatı, yerüstü nəqliyyat, ictimai iaşə, turizm xidmətləri və digər bütün əlaqəli sahələrdə iş yerlərinin 2-3 qat artmasına səbəb olacaq. Nəticədə irili-xırdalı müxtəlif növ iqtisadi sektorda fəaliyyət göstərən şəxslərin gəlirləri artacaq. Kazinoların fəaliyyətə başlaması iqtisadiyyatın güclənməsinə fayda verəcək və ölkəyə valyuta axınını təmin edəcək. Vətəndaşlar ölkəyə gələn turistlərə xidmət göstərməklə öz qazanclarını artıracaqlar. Kazinoya gələn bir turist normalda başqa ölkələrdən gələn 100 turist qədər pul xərcləyəcək ki, bu da turizmin inkişafı üçün böyük fürsətdir”.

Kazino biznesinin hüquqi əsaslarla tənzimlənməsi Azərbaycanda iqtisadi idarəetmə və turizm siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız əyləncə sektorunun liberallaşdırılması deyil, həm də qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin formalaşdırılması və xidmət sahələrinin canlandırılması baxımından strateji əhəmiyyət daşıyır. Qlobal və regional təcrübə göstərir ki, kazino biznesi turizm axınını artırmaqla yanaşı, hotelçilik, iaşə, nəqliyyat, kənd təsərrüfatı və pərakəndə ticarət kimi sahələrdə də inklüziv iqtisadi artıma təkan verir. Azərbaycanın bu sahədə atdığı addım, düzgün tənzimləmə və şəffaf lisenziyalaşdırma mexanizmləri ilə müşayiət olunduğu təqdirdə, həm daxili bazarın dirçəlməsinə, həm də ölkənin beynəlxalq turizm cəlbediciliyinin artmasına mühüm töhfə verə bilər.

APA

Oxunub: 1090
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-06-2025, 10:56

Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə

Dünya / Maraqlı

3-01-2025, 10:32

Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı

İqtisadiyyat

12-02-2024, 11:31

Quru sərhədlərlə bağlı açıqlama: “qapalı qalması...”

Dünya

20-09-2023, 09:55

Denis Şmıqal: Ukraynaya gələn il 42 milyard dollar Qərb dəstəyi lazım olacaq

İqtisadiyyat

15-01-2024, 11:30

Ən varlıların sərvəti kəskin artıb, 5 milyard insan yoxsullaşıb - İlk trilyoner..

Araşdırma
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Hadisə
Dün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dün, 13:30
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dün, 11:44
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dün, 09:46
General Natiq Əliyevin qızı saxlanıldı
11-11-2026, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
11-11-2026, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Son xəbərlər
  • Dün, 23:29
    Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
  • Dün, 21:41
    Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
  • Dün, 16:00
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • Dün, 15:30
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Dün, 14:22
    Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
  • Dün, 13:30
    DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
  • Dün, 13:22
    İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
  • Dün, 13:10
    Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
  • Dün, 13:06
    Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
  • Dün, 13:02
    Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
  • Dün, 11:44
    Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
  • Dün, 11:38
    Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
  • Dün, 11:14
    Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
  • Dün, 11:02
    Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
  • Dün, 10:56
    Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
  • Dün, 10:04
    UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
  • Dün, 09:58
    Neftimizin qiyməti 100 dolları keçdi
  • Dün, 09:54
    Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
  • Dün, 09:50
    Bina çökdü: Ölən və yaralananlar var
  • Dün, 09:46
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dün, 09:41
    Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
  • Dün, 09:00
    Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
  • 11-11-2026, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • 11-11-2026, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • 11-11-2026, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • 11-11-2026, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • 11-11-2026, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • 11-11-2026, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • 11-11-2026, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • 11-11-2026, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • 11-11-2026, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • 11-11-2026, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • 11-11-2026, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • 11-11-2026, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə