• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fizuli Məmmədov: Güvən yerimiz, qürur mənbəyimiz

---

20-08-2024, 11:57

Fizuli Məmmədov: Güvən yerimiz, qürur mənbəyimiz


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fizuli Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fizuli Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Fizuli Məmmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Fizuli Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Fizuli Məmmədovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Şəki Regional Meşə Mərkəzinin direktoru Fizuli Məmmədov - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-19 tarixlərində ölkəmizdə dövlət səfərində oldu. Hər bir səfər münasibətlərin inkişafında yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

O da qeyd edildi ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari ildə iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin görüşü olub. Təbii ki, bu görüşlər çərçivəsində günün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi aparılıb, ümumi mövqenin ortaya qoyulması əlaqələrin gələcək inkişafında əhəmiyyətli rol oynayır.

Əvvəldə də qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər münasibətlərin inkişafında əsas faktordur. Ümumilikdə Azərbaycan-Rusiya əlaqələri zəngin tarixə malikdir. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında “Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur” fikirlərinin davamı olaraq onu da bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat, imzalanan sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.

Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Rusiyada, həmçinin Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır. Onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur: “Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək.”

Cənab İlham Əliyevin hər bir səfərində, çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdir. O da xüsusi vurğulandı ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq rusiyalı həmkarı Vladimir Putin bu inamı ifadə etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

Qısa təhlil bu qənaətə əsas verir ki, zəngin tarixə malik olan Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə gələcək inkişafı üçün yeni imkanlar yaranır. Tərəflər bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün mövcud, eyni zamanda, yeni yaranan imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər.

Oxunub: 10214
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov

Cəmiyyət

15-09-2023, 10:28

Yaqub Məmmədov vəzifəsini şərəflə yerinə yetirir

Cəmiyyət

23-11-2023, 11:59

Tahir Məmmədov daim şəhid ailələrinə diqqət və qayğı göstərir

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim

Araşdırma
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Hadisə
Dün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dün, 13:30
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dün, 11:44
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Dün, 09:46
General Natiq Əliyevin qızı saxlanıldı
11-11-2026, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
11-11-2026, 10:10
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Son xəbərlər
  • Dün, 23:29
    Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
  • Dün, 21:41
    Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
  • Dün, 16:00
    Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
  • Dün, 15:30
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Dün, 14:22
    Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
  • Dün, 13:30
    DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
  • Dün, 13:22
    İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
  • Dün, 13:10
    Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
  • Dün, 13:06
    Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
  • Dün, 13:02
    Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
  • Dün, 11:44
    Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
  • Dün, 11:38
    Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
  • Dün, 11:14
    Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
  • Dün, 11:02
    Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
  • Dün, 10:56
    Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
  • Dün, 10:04
    UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
  • Dün, 09:58
    Neftimizin qiyməti 100 dolları keçdi
  • Dün, 09:54
    Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
  • Dün, 09:50
    Bina çökdü: Ölən və yaralananlar var
  • Dün, 09:46
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dün, 09:41
    Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
  • Dün, 09:00
    Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
  • 11-11-2026, 16:00
    Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
  • 11-11-2026, 15:30
    Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
  • 11-11-2026, 14:22
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • 11-11-2026, 14:15
    Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
  • 11-11-2026, 14:04
    Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
  • 11-11-2026, 13:39
    Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
  • 11-11-2026, 13:17
    Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!
  • 11-11-2026, 13:00
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:39
    Büdcədə 5 milyard manata yaxın artıqlıq yarandı
  • 11-11-2026, 12:13
    Azərbaycanda qiymətlər bu qədər artıb
  • 11-11-2026, 11:27
    İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
  • 11-11-2026, 11:22
    Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
  • 11-11-2026, 11:18
    Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə