• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-08-2023, 22:45

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub - FOTO


Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma pavilyonda yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.
Diqqətə çatdırıldı ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək.

Məlumat verildi ki, pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.

Həmçinin bildirildi ki, “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.

Birinci xanım Mehriban Əliyeva: Kino müharibədən sonra Azərbaycan üçün çox vacibdir.

Prezident İlham Əliyev: Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar, müxtəlif əməliyyatlar.

Birinci xanım Mehriban Əliyeva: Əlbəttə.

Studiyanın əməkdaşı: Silsilə sənədli filmlərimiz var. Sizin uğurlu siyasətiniz sayəsində 44 günlük müharibə ilə böyük uğur əldə etmişik. Bundan artıq heç nə ola bilməz. İnşallah, yaxşı olacaq.

Birinci xanım Mehriban Əliyeva: Amin.

Prezident İlham Əliyev: İndi laçınlılar gəlib öz dədə-baba torpağında yaşayırlar. Uğurlar.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Studiyanın əməkdaşı: Sağ olun.

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub - FOTOLaçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub - FOTO

Oxunub: 10168
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-08-2023, 10:48

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

26-08-2023, 11:31

Baba Rzayev: "Gələn il Laçında artıq 9 su elektrik stansiyası fəaliyyət göstərəcək" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-08-2023, 22:11

Laçın rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

30-08-2023, 11:03

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-11-2023, 12:54

Prezident və birinci xanım İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak ediblər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
Başsağlığı
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Hadisə
Bugün, 12:16
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
Bugün, 11:06
Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bugün, 10:42
Deputatın qardaşı vəfat etdi
Bugün, 09:42
Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
Dün, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Dün, 09:54
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Son xəbərlər
  • Bugün, 13:37
    Xocavənd rayonuna daha 27 ailə yola salındı
  • Bugün, 12:33
    Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
  • Bugün, 12:16
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bugün, 12:12
    Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
  • Bugün, 11:49
    Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
  • Bugün, 11:45
    Başsağlığı
  • Bugün, 11:45
    Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
  • Bugün, 11:40
    İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
  • Bugün, 11:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bugün, 10:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bugün, 10:42
    Deputatın qardaşı vəfat etdi
  • Bugün, 10:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bugün, 09:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bugün, 09:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bugün, 09:46
    Bu günə olan valyuta məzənnələri
  • Bugün, 09:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bugün, 09:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Bugün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Dün, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dün, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dün, 13:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dün, 13:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dün, 13:25
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dün, 12:21
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dün, 11:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dün, 11:47
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dün, 11:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dün, 11:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dün, 10:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dün, 10:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Dün, 10:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
  • Dün, 10:05
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Dün, 10:00
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Dün, 09:54
    Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
  • Dün, 09:47
    Bakıda avtomobil neft quyusuna düşdü - Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə