• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük

Cəmiyyət

28-08-2023, 10:48

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - “Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Görülən işlərin sistemli xarakter alması bir daha belə bir reallığı təsdiqləyir ki, bütün planlar zamanında və yüksək səviyyədə həyata keçirilir. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda görülən işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir.”

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük


Rəşad Cəbrayılov Qarabağın və Şərqi Zəngəzurun hazırda yenidən qurulmasından böyük qürur hissi ilə bəhs edərək dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqəti yönəldib: “Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər. O da məlumdur ki, avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görürük. Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir. Bu, onun təsdiqidir ki, istədiyimizə hər zaman nail oluruq”.

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük


Dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına yönəldərək bildirdi ki, iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Ölkəmizə nə qədər təzyiqlər oldu. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

“Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün addımlarında bu prinsiplərə söykənir” söyləyən Rəşad Cəbrayılov qeyd edib ki, Azərbaycanın bütün uğurlarının əsasında məhz bu prinsiplərə söykənərək həyata keçirdiyi müstəqil siyasət dayanır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.”

Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük


Bu torpaqlarda görülən işlər, soydaşlarımızın qayıdışı, ən əsası dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərlərinin hər biri bir çağırışdır: “Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Böyük turizm potensialına malik olan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”.


Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük
Rəşad Cəbrayılov: Laçının timsalında dirçələn Azərbaycan reallıqlarını görürük

Oxunub: 10346
Paylaş:
Digər xəbərlər

Siyasət

26-08-2023, 10:00

Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür

Bölgə

14-06-2023, 09:57

Laçına növbəti köç başladı

Cəmiyyət

14-08-2023, 08:00

Həbib Həsənov: “Böyük qayıdış”, hədəflər reallığa çevrilir

Bölgə

13-07-2023, 10:12

Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb

Cəmiyyət

7-07-2023, 12:36

Rəşad Cəbrayılov: Cəsarətli və qətiyyətli

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə