• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Bugün, 09:52

Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət


Yelisey Sarayının çirkin kampaniyasına bu dəfə dəstək verdiyimiz Korsika da qoşulub - Bakıdan reaksiyalar
Fransanın Azərbaycanla bağlı siyasi təzyiq kampaniyasına bu dəfə Korsika da qoşulub. Korsika Assambleyasının qondarma “artsax respublikası” və Azərbaycan ərazisində barələrində cinayət təqibi həyata keçirilən Ermənistan vətəndaşları ilə bağlı təşəbbüsü Bakının sərt reaksiyasına səbəb olub.

Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qəbul etdiyi sənədi birtərəfli, siyasi motivli və təxribat xarakterli addım kimi qiymətləndirib. Təşkilat hesab edir ki, sözügedən təşəbbüs Korsika ilə bağlı yerli məsələdən daha çox, rəsmi Parisin xarici siyasət mövqeyini əks etdirir. BTQ-nin bəyanatında vurğulanır ki, sənəd suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipləri nəzərə almır.

Bakı Təşəbbüs Qrupunun fikrincə, qətnaməni dəstəkləyən Korsika Assambleyası nümayəndələri korsikalıların hüquq və maraqlarının müdafiəsinə deyil, Fransanın xarici siyasət gündəliyinə xidmət edirlər.

BTQ xüsusilə diqqəti Fransanın öz daxilində milli və regional kimliklərlə bağlı siyasətinə yönəldib. Təşkilat Fransada korsika dilinin institusional səviyyədə tanınmadığını xatırladıb. Eyni zamanda qeyd edib ki, Paris bu günə qədər Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib.

Bakı Təşəbbüs Qrupu hesab edir ki, bu vəziyyətdə Korsika Assambleyasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı siyasi mövqe ortaya qoyması ziddiyyətli görünür.

“Bu, rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayan, eyni zamanda suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsipləri nəzərə almayan birtərəfli, təxribat xarakterli və siyasi motivli təşəbbüsdür”, - deyə BTQ bəyan edib.

Bakı Təşəbbüs Qrupu Korsika Assambleyasına konkret çağırış da edib.

Təşkilat Assambleyanı diqqəti Azərbaycanın daxili məsələlərinə yönəltməkdənsə, Korsika sakinlərinin hüquq və maraqlarının müdafiəsinə fokuslanmağa çağırıb. BTQ hesab edir ki, Korsika Assambleyası ilk növbədə korsika dilinin rəsmi tanınması, onun təhsil sistemində, dövlət idarəçiliyində və ictimai həyatda istifadəsinin təmin olunması istiqamətində fəaliyyət göstərməlidir.

Bundan başqa, təşkilat Korsikanın milli kimliyinin qorunmasını və korsikalı xalqın siyasi iradəsinə hörmət edilməsini vacib sayır. BTQ-nin bəyanatında əsas siyasi mesajlardan biri də Korsika Assambleyasının Fransanın xarici siyasətinin alətinə çevrilməməsi ilə bağlıdır.

Təşkilat Assambleyanı siyasi və institusional müstəqilliyini qorumağa və Parisin xarici siyasət gündəliyinin təşviqi üçün istifadə olunmasına imkan verməməyə çağırıb. Bakı Təşəbbüs Qrupunun mövqeyinə görə, Korsika Assambleyasının Qarabağ məsələsinə dair belə bir təşəbbüslə çıxış etməsi Fransanın Cənubi Qafqaz siyasətindən kənar hadisə deyil. Əksinə, bu addım Parisin Azərbaycan və Qarabağ məsələsində nümayiş etdirdiyi siyasi mövqenin müxtəlif səviyyələrdə dəstəklənməsi kimi qiymətləndirilir.

Korsika Assambleyasının “artsax”la bağlı təşəbbüsü Fransanın Cənubi Qafqaz siyasətinin yeni mərhələsi kimi qiymətləndirilə bilərmi? Parislə Bakı arasında sular niyə durulmur?

Deputat Elşad Musayev yada salıb ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2023-cü ilin oktyabrında fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, bu qərar Fransanın anti-Azərbaycan mövqeyi və qətnamələrə etiraz olaraq Milli Məclis tərəfindən qəbul edilib.
Elşad Musayev qeyd edib ki, Makron prezident olduğu müddətdə Fransanın düşmənçiliyi davam edəcək: “Korsika öz problemlərinin həllinə diqqət göstərmək əvəzinə Azərbaycanla bağlı əsassız mövqe sərgiləyir. Əslində bu ilin iyununda Milli Məclis Korsika xalqının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edib. Əfsuslar olsun ki, belə bir münasibətə cavab olaraq əleyhimizə addım atılıb. Əslində mənim üçün təəccüblü oldu ki, niyə Korsika bu mövqedə dayanıb. Axı biz onları müdafiə etmişik?! Deməli, burada Yelisey sarayının ciddi təsiri var. Fransa hökuməti isə Azərbaycandan əl çəkmək istəmir. Hətta ermənidən artıq ermənilik edir”.

Deputat xatırladıb ki, Milli Məclisin Korsika xalqına dəstək qrupu yaradılıb, amma yaxşılığın cavabı bu olmamalı idi: “Fransa bununla Azərbaycana göstərmək istəyir ki, onun koloniyaları Parisin təlimatı əsasında hərəkət edir. Bu siyasət isə erməniləri müdafiə etmək, onlara diqqəti gündəmdə saxlamaq məqsədi daşıyır. Yəni Fransa özünü ermənilərin ən böyük himayəçisi kimi aparır. Halbuki Makron cənab prezidentlə sonuncu dəfə görüşündə mehriban şəkildə salamlaşmışdı. Həmçinin dövlət başçısı bu ilin fevralında Fransa ilə gərginlikdən danışmışdı və belə görünürdü ki, münasibətlər normallaşır. Amma bu cür ürəkbulandıran addımlar göstərir ki, Fransa bizimlə barışıq niyyətində deyil”.
Siyasi ekspert Ramiyə Məmmədova isə qeyd edib ki, Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsi qəbul olunub: “Azərbaycanın da bu uğurda rolu az olmayıb. Bakı hər zaman Fransanın Korsika dilinə qadağa qoyması kimi müstəmləkəçi siyasətini gündəliyə gətirib və beynəlxalq platformalarda qaldırıb. Zamanında Fransanın Qarabağdakı separatizmi dəstəkləməsi də neomüstəmləkəçilik yanaşmasının təzahürü kimi dəyərləndirilib. Bilirsiniz ki, onların hüquqları çox pozulurdu. Seçki hüquqları əllərindən alınırdı. Hətta Korsika xalqı Azərbaycanın rolunu o dərəcə qiymətləndirirdi ki, öz bayrağı ilə paralel Azərbaycan bayrağını qaldırıb. Ancaq Korsika Assambleyası nankorluğa yol verərək, Azərbaycanın dəstəyini kənara qoyub bu məsələdə Fransanın girovuna çevrilib. Amma belə qətnamələrin heç bir hüquqi əhəmiyyəti yoxdur. İndiyə qədər Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı qətnamələrlə çıxış edib, Konqresdə əleyhimizə qanun layihəsi qəbul olunub, amma bütün bunlar həqiqəti dəyişmir. Korsika kimi müdafiəyə ehtiyacı olan bir yerin Azərbaycanın üzərinə gəlməsi absurddur”.

R.Məmmədova hesab edir ki, ermənilərin Qarabağa qayıdışı vətəndaşlığı qəbul etməklə mümkündür: “Ötən həftələrdə Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan köçənlərin sayını açıqladı və neçə nəfərin vətəndaşlığı qəbul etdiyini dedi. Yəni onların qayıtmaq istəyi yoxdur. Sadəcə, bəzi mərkəzlər bu mövzunu siyasi təzyiq vasitəsinə çevirib”.

Oxunub: 101
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-06-2026, 09:00

“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-09-2024, 09:00

İrəvan iki ermənipərəst ölkənin dəstəyini itirir: Fransa diktatorunu isə Yelisey sarayından qovurlar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

13-05-2024, 09:18

Heydər Əliyev: Xalqa həsr edilmiş ömür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
Hadisə
Bugün, 11:06
Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bugün, 10:42
Deputatın qardaşı vəfat etdi
Bugün, 09:42
Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
Dün, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Dün, 09:54
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
Dün, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
Son xəbərlər
  • Bugün, 11:06
    Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
  • Bugün, 10:45
    Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
  • Bugün, 10:42
    Deputatın qardaşı vəfat etdi
  • Bugün, 10:00
    HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ
  • Bugün, 09:57
    Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
  • Bugün, 09:52
    Fransanın yeni “artsax oyunu” - Parisdən kinli siyasət
  • Bugün, 09:46
    Bu günə olan valyuta məzənnələri
  • Bugün, 09:42
    Beş Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi
  • Bugün, 09:36
    Almaniya kanslerinin istefa verəcəyi gözlənilir
  • Bugün, 09:00
    Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
  • Dün, 16:00
    Müharibənin ortasında milyardlarla dollar qazandı
  • Dün, 15:30
    SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
  • Dün, 13:35
    Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
  • Dün, 13:30
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dün, 13:25
    Prezident onu icra başçısı təyin etdi - Sərəncam
  • Dün, 12:21
    Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
  • Dün, 11:50
    Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
  • Dün, 11:47
    Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
  • Dün, 11:40
    Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
  • Dün, 11:36
    Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
  • Dün, 10:48
    Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
  • Dün, 10:39
    Əli Əsədov yeni qərar imzaladı
  • Dün, 10:31
    Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
  • Dün, 10:05
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Dün, 10:00
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Dün, 09:54
    Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
  • Dün, 09:47
    Bakıda avtomobil neft quyusuna düşdü - Video
  • Dün, 09:37
    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
  • Dün, 09:31
    Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
  • Dün, 09:26
    Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
  • Dün, 09:21
    Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
  • Dün, 09:00
    İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
  • 3-08-2026, 16:00
    Ermənistan bu olayla ÇALXALANIR
  • 3-08-2026, 15:01
    Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
  • 3-08-2026, 14:09
    Bu qanunlarda dəyişiklik təsdiqləndi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə