• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir

---

30-08-2023, 11:03

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir


Sabirabad Muğan Gəncəli kənd bələdiyyəsinin sədri Qalib müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qalib müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad Muğan Gəncəli kənd bələdiyyəsinin sədri Qalib müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sabirabad Muğan Gəncəli kənd bələdiyyəsinin sədri Qalib müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.

Sabirabad Muğan Gəncəli kənd bələdiyyəsinin sədri Qalib müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.

Sabirabad Muğan Gəncəli kənd bələdiyyəsinin sədri Qalib müəllim - “Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Görülən işlərin sistemli xarakter alması bir daha belə bir reallığı təsdiqləyir ki, bütün planlar zamanında və yüksək səviyyədə həyata keçirilir. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda görülən işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir.”

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir


Qalib müəllim Qarabağın və Şərqi Zəngəzurun hazırda yenidən qurulmasından böyük qürur hissi ilə bəhs edərək dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqəti yönəldib: “Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər. O da məlumdur ki, avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görürük. Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir. Bu, onun təsdiqidir ki, istədiyimizə hər zaman nail oluruq”.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir


Dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına yönəldərək bildirdi ki, iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Ölkəmizə nə qədər təzyiqlər oldu. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

“Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün addımlarında bu prinsiplərə söykənir” söyləyən Qalib müəllim qeyd edib ki, Azərbaycanın bütün uğurlarının əsasında məhz bu prinsiplərə söykənərək həyata keçirdiyi müstəqil siyasət dayanır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.”

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir


Bu torpaqlarda görülən işlər, soydaşlarımızın qayıdışı, ən əsası dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərlərinin hər biri bir çağırışdır: “Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Böyük turizm potensialına malik olan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qalib müəllimin diqqətindədir

Oxunub: 10344
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-08-2023, 10:32

Alim müəllim:

Cəmiyyət

22-08-2023, 12:09

Adəm Mansurov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Cəmiyyət

22-08-2023, 14:37

Heydər Yaqubov dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur

Cəmiyyət

23-08-2023, 10:46

Füzuli Pənahov vəzifəsini ŞƏRƏFLƏ yerinə yetirir

Araşdırma
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Hadisə
6-11-2026, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
6-11-2026, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
6-11-2026, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
6-11-2026, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
5-11-2026, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
5-11-2026, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 15:06
    Şuşada liderlərin təkbətək görüşü keçirilir
  • Bugün, 14:43
    Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
  • Bugün, 14:09
    Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
  • Bugün, 13:00
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Bugün, 12:52
    Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
  • Bugün, 12:20
    Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
  • Bugün, 12:10
    Prezident xalqa müraciət edir - Video
  • Bugün, 12:04
    Tokayev Əliyevi təbrik etdi
  • Bugün, 11:52
    Ərdoğan Azərbaycana yolda düşdü
  • Bugün, 11:43
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • Bugün, 10:37
    Hamımızın yumruq olduğu gündür!
  • Bugün, 10:29
    “Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
  • Bugün, 10:22
    Rəsmilər Zəfər Parkını ziyarət edir
  • Bugün, 09:00
    ​8 noyabr - Zəfər Günüdür
  • Dün, 14:41
    Prezident onlara ali hərbi rütbələr verdi
  • Dün, 14:33
    İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
  • Dün, 14:27
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dün, 12:06
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
  • Dün, 12:00
    Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
  • Dün, 11:29
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dün, 11:25
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • Dün, 10:38
    Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
  • Dün, 10:34
    Neftimiz bu gün də bahalaşdı
  • Dün, 10:27
    Prezident Şuşada açılışda - Fotolar
  • Dün, 09:00
    Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
  • 6-11-2026, 21:20
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
  • 6-11-2026, 20:59
    “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
  • 6-11-2026, 20:55
    Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
  • 6-11-2026, 16:00
    Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
  • 6-11-2026, 15:30
    Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
  • 6-11-2026, 15:29
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
  • 6-11-2026, 14:22
    İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
  • 6-11-2026, 13:55
    Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
  • 6-11-2026, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • 6-11-2026, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə