• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrəvan “Putinin xəritələri”ni istəyir

Mədəniyyət

26-08-2026, 15:30

İrəvan “Putinin xəritələri”ni istəyir


Rusiya Ermənilər İttifaqı və revanşist müxalifət anklavlarla bağlı müqavimətə başladılar; yeni hiylə sülh danışıqlarından uzaqlaşdırılan Moskvaya “rol” almaq cəhdi kimi də qiymətləndirilə bilər
Ermənistanın baş naziri Nikol Paşinyanın Kərki daxil digər anklavlarla bağlı son açıqlaması İrəvanda yeni siyasi mübahisəyə səbəb olub. Paşinyan ötən həftəsonu keçirdiyi brifinqdə qondarma Tiqranaşen kəndinin Azərbaycan toponimi olan Kərki adını işlədərək, bu yaşayış məntəqəsinin, eləcə də Barxudarı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisinə daxil olub-olmaması məsələsini gündəmə gətirib.

Baş nazir deyib ki, bu ərazilər Almatı Bəyannaməsinə əsaslanan və Ermənistanın 29 743 kvadratkilometr kimi təqdim etdiyi suveren əraziyə daxil deyil. Bu açıqlama İrəvanda dərhal ciddi etirazlarla qarşılanıb. Müxalifət və bir sıra hüquqşünaslar Paşinyanın mövqeyini yalnız siyasi güzəşt kimi deyil, həm də hüquqi baxımdan ciddi problem kimi qiymətləndiriblər. Bildirilir ki, Kərkinin Azərbaycana qaytarılması Ermənistanın cənub bölgələri ilə nəqliyyat əlaqələrinə ciddi risklər yaradacaq və ölkənin təhlükəsizliyi üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Erməni ekspertlər iddia edir ki, Kərki ilə bağlı əsas problem onun strateji mövqeyidir. Bu ərazinin Azərbaycana verilməsi ölkənin mərkəzi hissəsi olan Vayots Dzor və Sünik arasındakı yol əlaqələrinə əlavə təhlükə yarada bilər. İddia olunur ki, guya Kərki təhvil verilərsə, bir neçə həftə ərzində Azərbaycan buranı hərbi bazaya çevirə bilər. Bu isə o demək olacaq ki, cənuba gedən əsas yol Azərbaycanın nəzarəti altına keçəcək.

Parlamentdəki müxalifət onu da iddia edir ki, Ermənistanın əlində sovet dövrünə aid hüquqi və xəritə materialları var və bu sənədlər anklavlar, o cümlədən Kərki məsələsinin beynəlxalq hüquqi müstəvidə müzakirəsinə imkan verir. Ermənilər sovet dövrünün inzibati sərhədləri və xəritələri məsələsində Rusiya arxivləri və xüsusilə də keçmiş SSRİ-nin hərbi xəritə materialları mühüm mənbə sayıla bilər. Rusiya Ermənilər İttifaqının rəsmi saytı isə prezident Putinin vaxtilə regiondakı münaqişə və sərhəd məsələləri ilə bağlı mövqeyini yada salıb.

Bildirilib ki, Putin Ermənistan-Azərbaycan sərhədinin sovet dövründə necə keçdiyini göstərən ən dəqiq xəritələrin Rusiya Baş Qərargahında olduğunu bəyan edib. Yəni Ermənistanın bu gün Kərki, Barxudarı, Sofulu və Yuxarı Əskipara ilə bağlı anklav problemlərində “Putinin xəritələrini”, daha dəqiqi Moskvanın əlindəki mühüm arxiv materiallarının əsas götürülməsi cəhdi ortadadır. Bu, əlbəttə, həm də sülh danışıqlarından uzaqlaşdırılan Moskvaya yeni “rol” almaq cəhdi kimi qiymətləndirilə bilər.

Professor Elxan Mirzəyevin sözlərinə görə, sovet dövrünə aid xəritələr həm Azərbaycanda, həm Ermənistanda var:

“Prezident də bir müddət əvvəl demişdi ki, xəritələr hər iki tərəfdə mövcuddur və təkcə Rusiya Baş Qərargahında deyil. Əgər Moskva delimitasiyaya dəstək vermək istəsəydi, zamanında xəritələri təqdim edərdi. Xatırladım ki, İşçi Qrupu yaradılmışdı və sərhədləri müəyyən etməliydi. Hətta bir neçə dəfə Moskva və Soçidə görüşlər keçirildi. Amma irəliləyiş olmadı. Tərəflər vasitəçisiz danışıqlar modelinə keçəndə dərhal 4 kənd problemi həllini tapdı. Ona görə də anklav ərazilərin həlli ilə bağlı Rusiyanın roluna ehtiyac yoxdur. Xəritələr hər iki tərəfdə də olduğuna görə özləri həll edə bilər”.

Elxan Mirzəyevin fikrincə, üçtərəfli sənəd etibarını itirib və onun əsasında formalaşan komissiyalar da əhəmiyyətsizdir: “Rusiya o xəritələri əldə bayraq edərək tərəflərin ondan asılı olduğunu göstərmək istəyirdi. Ancaq bu günə qədər aparılan delimitasiya prosesində Rusiyanın iştirakına ehtiyac olmayıb. Deməli, bizim xəritələrimiz kifayət edir ki, sərhədləri dəqiqləşdirək. Yəni eyni xəritələrdir, sovet dövrünə aiddir və müxtəlif illərə uyğun şəkildə iş aparılır. Sizcə, indiyə qədər bu işlər havaya baxaraq həyata keçirilib? Deməli, xəritələr mövcuddur. Ümumiyyətlə, delimitasiya uzun prosesdir. Amma ən çətin ərazilərin müəyyən olunmasında razılaşma əldə edilibsə, bundan sonra da problem olmamalıdır”.

Professor hesab edir ki, anklavların delimitasiya çərçivəsində həlli gözlənilsə də, bu məsələdə Başkənd mürəkkəb problem olaraq qalır: “Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana bağışlanıb. 1920-ci ildə bolşevik Rusiyası hələ SSRİ təşkil olunmamış partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib. Yəni bu qərarın hər hansı konstitusion əsası yoxdur. Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Yalnız 1978-ci il yanvarın 25-də Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək ”Artsvaşen" kimi adlandırılıb. 1995-ci ildə isə Ermənistan parlamenti Başkəndin Geqarkunik vilayətinin tərkibinə daxil edilməsinə dair daha bir qərar çıxarıb. Bu faktın özü də Başkəndin Ermənistana aid olmadığını sübut edir. Digər tərəfdən, bəli, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üçün SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında 1920-1980-ci illəri əhatə edən hərbi topoqrafik xəritələri mövcuddur. Amma bu məsələnin hansı qüvvələr tərəfindən ortaya atıldığına da diqqət yetirmək lazımdır. Rusiya Erməniləri İttifaqı və parlamentdəki ruspərəst qüvvələr Kremlin dəstəyinə işarə edir".

Xatırladaq ki, 2021-ci ildə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi. Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.musavat.com

Oxunub: 1041
Paylaş:
Digər xəbərlər

Dünya

25-08-2026, 10:00

Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI

Siyasət

7-08-2024, 15:30

Ruslar Kərki istiqamətini Azərbaycan üçün BOŞALDIB? - Görünəni odur ki...

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Siyasət

25-01-2024, 14:22

“Dünyada beynəlxalq hüquq və münasibətlər iflic olub” - FAKT BUDUR!

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə