Azərbaycanda muzdla çalışan şəxslər əməkhaqqını istədikləri bank kartı vasitəsilə ala biləcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ekspertlərlə görüşündə deyib.
O bildirib ki, növbəti ilin aprelin 1-dən hər kəs elektron tətbiqlər vasitəsilə əməkhaqqının köçürülməli olduğu bankı özü sərbəst müəyyən edəcək. Maaş hesabının istənilən banka köçürülməsi üçün heç bir əlavə ödəniş tələb olunmayacaq.
Bu, həm istehlakçı hüquqlarını qoruyacaq, həm də bazarda rəqabəti artıraraq faizlərin də enməsinə səbəb ola bilər.
Növbəti addımda təqaüdçülər də eyni qaydada istədikləri bankı seçə biləcəklər.