Qazaxıstanda yüksək gəlirli və böyük sərvət sahibi olan vətəndaşlar üçün yeni vergi mexanizmi tətbiq edilir.
Baş nazir Oljas Bektenov hökumətə ölkənin xüsusilə imkanlı şəxslərinin vergitutulmasına dair təkliflər paketini bir ay ərzində hazırlayıb təqdim etməyi tapşırıb.
“Milli İqtisadiyyat Nazirliyi yeni Vergi Məcəlləsinə dəyişiklikləri tamamlamalı və dövlət qurumları ilə razılaşdırmalıdır. Böyük sərvət sahiblərinin vergiyə cəlb edilməsi xüsusi məsələdir. İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay müddətində beynəlxalq təcrübəni öyrənərək konkret yanaşmalar təqdim etməlidir”, - deyə Bektenov hökumətin iclasında bəyan edib.
Baş nazir, həmçinin kölgə iqtisadiyyatının qarşısını almaq, vergi yığımını artırmaq və süni intellekt alətlərindən istifadə etməklə vergi-gömrük sistemini tam rəqəmsallaşdırmaq barədə Maliyyə Nazirliyinə qəti tapşırıqlar verib.