• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ruslar Kərki istiqamətini Azərbaycan üçün BOŞALDIB? - Görünəni odur ki...

Siyasət

7-08-2024, 15:30

Ruslar Kərki istiqamətini Azərbaycan üçün BOŞALDIB? - Görünəni odur ki...


Rusiya sərhədçiləri təkcə Zvartnotsdan deyil, Yerasxavan ərazisindən də çıxarılıb. Rus sərhədçilərinin Paruyr-Sevak kəndindəki bazası da ləğv edilib. “Yeni Müsavat” bildirir ki, bu barədə hraparak.am saytı yazıb.

Nəşr xəbər yayıb ki, ruslar azərbaycanlıların ən azı Kərki və Arazdəyən istiqamətində hərbi əməliyyat keçirməmələrinə yeganə təminat idi. Erməni analitik Edqar Qazaryan isə ermənilərin bu məsələdən qorxuya düşdüyünü etiraf edib: “Belə çıxır ki, Rusiya sərhədçilərinin bazası bu ərazidən çıxarılarsa, Kərki və Arazdəyən artıq Azərbaycana verilməyəcək. Ancaq dolayısı yolla insanlara xəbərdarlıq edirlər ki, Arazdəyənin yaxınlığında yerləşən Naxçıvanda Azərbaycan Ordusunun tank birləşmələri var. Və onların yeganə döyüş missiyası İrəvan istiqamətində hücuma keçməkdir”, - deyə o qeyd edib.

Lakin o da var ki, İrəvandakı “Zvartnots” hava limanında xidmətini başa çatdıran Rusiya sərhədçiləri Türkiyə və İranla sərhəddə xidmətə başlayıb. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, bu addım 1992-ci ildə Rusiya ilə əldə edilən razılaşmaya uyğun olaraq atılıb. Yəni onlar Ermənistandan getməyiblər.

Həmçinin erməni mediası Naxçıvanın Kərki kəndinin işğal olunması ilə bağlı detalları açıqlayıb. Kərkinin işğalı haqda “Qarabağ komitəsi”nin üzvü, hazırda tarix elmləri doktoru olan Aleksan Akopyanın xatirələrindən sitat gətirilib. Bildirilib ki, Akopyan “məxfilik baxımından” xatirələrində bir çox məqama aydınlıq gətirməyib, ancaq Kərki adının işğaldan sonra niyə “Tiqranaşen”ə dəyişdirildiyini izah edib. Akopyanın xatirələrindən bəlli olur ki, Kərkinin strateji əhəmiyyətini dərk edən ermənilər bu kəndi ələ keçirmək üçün xüsusi əməliyyat hazırlayıblar. İddiaya görə, 1989-cu ilin yanvarında azərbaycanlıların özünümüdafiə dəstələri kəndi qorumağa çalışıb.

“Vazgen Sərkisyanın başçılıq etdiyi Araratdan olan dəstəmiz əməliyyat hazırlayıb, "Qarabağ komitəsi" ilə razılaşmış formada hücuma keçdi. Yanvarın 16-da bizim oğlanlar kəndə girib “bütün yaraqlıları” qovdular. Amma kənddə onların (azərbaycanlıların - red.) çevik polislərindən (Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) nəzərdə tutulur - red.) əlavə, sovet daxili qoşunlarının kiçik bir qrupu da var idi. Onların xahişi ilə biz geri çəkildik. Kəndə hücum zamanı Armaş kəndindən olan Tiqranı qurban verdik. Ona görə kəndi alandan sonra adını Tiqranaşen qoyduq", - Akopyan yazıb. Onun sözlərinə görə, Sərkisyanın dəstəsi geri çəkiləndən sonra azərbaycanlılar Kərkini tərk ediblər: “Vazgen Sərkisyanın və onun silahdaşlarının böyük səyləri sayəsində Zəngəzura gedən yolu itirmək kimi real təhlükənin qarşısı alındı. Zəngəzura gedən yol Kərkidən atəşə tutulurdu”.

İndi isə kəndin Azərbaycanın nəzarətinə keçəcəyi barədə ermənilərdə panika və təşviş yaranmağa başlayıb. Rusların bu əraziləri tərk etməsini kəndin Azərbaycana təhvil veriləcəyi kimi qiymətləndirilir. Ümumiyyətlə, Kərki və Qazağın anklav olan digər üç kəndi də qaytarılmalıdır. Hazırda sülh danışıqları davam edir və tərəflər anklav ərazilərin həlli məsələsini sonraya saxlayıblar. Onu da demək lazımdır ki, Kərki ermənilər üçün İrana gedən yolda strateji əhəmiyyət daşıyır. Əgər kənd bizim nəzarətimizə keçərsə, o zaman ermənilər İran yolunda dəyişiklik etməli olacaqlar. Necə ki, Tavuş istiqamətində delimitasiya zamanı bir körpü Azərbaycanda qaldı və bu səbəbdən ermənilər Gürcüstana getmək üçün alternativ yol çəkdilər. Yeri gəlmişkən, erməni mediası bugünlərdə həmin yoldan görüntülər yaymışdı. İndi də eynilə Kərki ilə bağlı oxşar mənzərə yarana bilər. Bu kəndin qaytarılması Azərbaycan üçün də olduqca vacibdir.

Onu da deyək ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edib. Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir. Bildirilib ki, bu, Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşması ilə bağlıdır. Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov təyin edilib. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 2018-ci ildə uğurlu Günnüt əməliyyatında və 2020-ci ildə Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında şücaət göstəriblər. General-mayor Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci il sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı fərqlənib. Prezidentin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib, general-mayor ali hərbi rütbəsinin verilib. 23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib. Kabinet generalı Kərəm Mustafayevin yerinə müharibənin od-alovun çıxmış birinin təyinatı şübhəsiz ki, ermənilərin son vaxtlar Naxçıvan istiqamətində fəallaşması ilə də əlaqədar olduğunu deyənlər var. İndi rus sərhədçilərin o istiqamətdən çıxması ermənilərin narahatlıqlarını artırıb...

Bu mövzuda “Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, rus sərhədçilərinin ərazidən çıxması rotasiya ola bilər. Onun fikrincə, Ermənistanda olan rus hərbçiləri vaxtaşırı yerdəyişmələr edirlər. R.Məmmədli hazırda Kərkinin təhvil verilməsi üçün danışıqlar aparılmadığını deyir: “Kərkidə az sayda insan yaşayır və Ermənistan bu kəndlə bağlı şişirtməyə yol verir. Ona görə vaxtı çatanda Kərkini də alacağıq və hay-küy qoparmaları əhəmiyyətsiz olacaq. Amma hazırda rus hərbçiləri İranla sərhədə nəzarət edirlər. Ola bilsin ki, bəzi ərazilərdə bazaları ləğv olunub. Ancaq rusların gedişi kəndin qaytarılacağı kimi qəbul oluna bilməz. Bunun üçün gərək Ermənistanla Azərbaycan konkret razılaşmalar əldə etsinlər. Eyni zamanda erməni tərəfi son günlər Kərki ilə bağlı referendum manipulyasiyaları edirlər. Hər halda, bu kənd azad edilməlidir və Azərbaycanın ərazi bütövlüyünə daxil olmalıdır. Sözsüz ki, bundan sonra orada rus yox, azərbaycanlı sərhədçilər dayanacaqlar. Yəni ruslar indi Kərkidən çıxırsa, o zaman gələcəkdə orada Azərbaycan Dövlət Sərhəd Xidməti olacaq”.

Hərbi ekspert hesab edir ki, anklavların qaytarılması müzakirələr nəticəsində reallaşa bilər: “Ermənistan isə gah anklavların qarşılıqlı mübadiləsindən dəm vurur, gah referendum keçirib xalqın rəyinin öyrənilməsindən danışır. Hiss olunur ki, İrəvan vaxt udmaq niyyətindədir. Ancaq sülh mətni razılaşdırılarkən bu kəndlər də müqavilədə qeyd olunmalıdır. Məncə, Kərki və Qazağın digər üç kəndinin Azərbaycana təhvil verilməsi sülh müqaviləsi mətnində yer ala bilər. Çünki söhbət iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə sənəddə tanımasından gedir. Həmin kəndlər isə anklav olsalar belə, faktiki işğaldadır və Ermənistanın nəzarətində qala bilməzlər. O baxımdan məsələnin həll variantı sülh müqaviləsində öz əksini tapa bilər. Bu halda delimitasiya işi aparılır və sərhəd dəqiqləşir. Ondan sonra rus sərhədçiləri Kərkidə ola bilməzlər, gedib Ermənistanın başqa ərazisində keşik çəksinlər. Əminəm ki, Azərbaycan dövləti diplomatik danışıqlarda bu məsələni ciddi surətdə gündəlikdə saxlayır”.

Oxunub: 10132
Paylaş:
Digər xəbərlər

Siyasət

2-07-2024, 09:16

Erməni ordusuna xəbərdarlıq: Arazdəyən boyunca...

Dünya

27-02-2024, 13:33

Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan

Dünya

14-12-2023, 15:30

Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq! - NƏ BAŞ VERİR?

Hadisə

30-10-2023, 14:22

Ruslar Qarabağdan həm də buna görə RƏDD OLMALIDIRLAR... - Başqa cür ola da bilməz...

Siyasət

2-11-2023, 15:30

Gedən ruslar Qarabağa qayıtmayacaq... - ŞƏRH

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə