• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur

Gündəm

2-08-2023, 12:33

Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur
Avqustun 1-də “Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə müsahibəsi efirə verilib. Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha nümayiş etdirib. Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel görüşlərindən danışıb. Qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdurDövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
Prezident İlhan Əliyev müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı növbəti açıqlamasını verərək bildirib ki, “Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
Hazırda sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Dövlət rəhbərlərinin görüşləri isə yaxşı mühit yaradır. Vurğulanıb ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, onlar Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar bu ilin sonunadək sülh variantı tapıla bilinər.
Cənab Prezident müsahibəsində bildirib ki, ölkəmizin Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Dövlət başçısı bildirib ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq: “Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.
“Euronews” telekanalına müsahbəsində Prezident İlham Əliyev həm də Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləri ilə sülh istəyirik.
“Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, - deyə Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.
“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”, - deyə Prezident İlham Əliyev bildirib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxunub: 10294
Paylaş:
Digər xəbərlər

Siyasət

22-05-2023, 15:30

"Avropa İttifaqı gördü ki, burada birtərəfli rol ala bilməz" - Ekspert danışır

Siyasət

19-07-2023, 13:21

Brüssel görüşünün pərdəarxası Mişelin bəyanatlarında - VİDEO

Siyasət

17-05-2023, 11:51

Ermənistanın sülhü imzalamaqdan başqa şansı yoxdur - AÇIQLAMA

Siyasət

16-05-2023, 15:30

"Ermənistn müstəqil davransa, konstruktiv olsa və sülh istəsə..." - Ekspert danışır

Siyasət

1-06-2023, 10:03

Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir

Araşdırma
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Hadisə
Bugün, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
Dün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
28-10-2026, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
28-10-2026, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
28-10-2026, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
28-10-2026, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Son xəbərlər
  • Bugün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Bugün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Bugün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Bugün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Bugün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Bugün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Bugün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • Dün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Dün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Dün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Dün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Dün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Dün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Dün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Dün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Dün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Dün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Dün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Dün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Dün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Dün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Dün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Dün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Dün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Dün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Dün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • 28-10-2026, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • 28-10-2026, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • 28-10-2026, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • 28-10-2026, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • 28-10-2026, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • 28-10-2026, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • 28-10-2026, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • 28-10-2026, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə