• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər - ARAŞDIRMA

Dünya

3-02-2024, 09:06

Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər - ARAŞDIRMA


Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.

Bu ölkənin iqtisadiyyatı illərlə Rusiya və digər ölkələrdən gələn erməni diasporunun pulları, o cümlədən maddi yardımları ilə nəfəs alıb. Lakin bu yardımlar iqtisadi inkişafa nail olmaq, qlobal layihələrdə iştirak etmək üçün nəinki kifayət etmir, hətta xaricdən asılılıq yaradaraq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir. Vəziyyətin ən acınacaqlı tərəfi isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə öz vətəndaşlarını aldatmasıdır.

“Report”un araşdırmasında Ermənistanın çətin vəziyyətdə olan iqtisadiyyatına, şişirdilən rəqəmlərə, Rusiyadan asılılığına diqqət çəkilib.

İlk olaraq şişirdilən rəqəmlərə yer verən bəzi mətbuat orqanlarının yaydığı xəbərlərə nəzər salaq. Bunlar sırasında ən gülünc olan faktlardan biri 2024-cü il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik göstəricidir. Bu göstəricilərə görə, Ermənistan adambaşına düşən büdcə xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə, Gürcüstan 2 435 ABŞ dolları ilə ikinci yerdə, Azərbaycan isə 2 130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

Məsələyə ilk olaraq Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlərə əsaslanaraq nəzər salaq. Bu rəqəmlərdə 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları olduğu göstərilir. Əhalinin sayına baxsaq, adambaşına düşən gəlir təxminən 2,2 min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir. Burada gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar hesabına qapadılır.

Ümumiyyətlə büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı faktorlara əsasən qeydə alınması çox mühüm amildir. Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə xərcləri isə 2 165-2 170 ABŞ dolları təşkil edir. Ölkəmizin büdcə gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100% vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc alınmır. Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır. Alınan borclar büdcə xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.

Adambaşına düşən xərclərdə əhali faktoruna da nəzər yetirsək görərik ki, Azərbaycan əhalisinin 10 milyon nəfər olması bu xərclərin həcminə təsir edir. Burada belə bir sual yarana bilər ki, qonşu ölkələrdə əhali çox olarsa bu, büdcədə də müsbət formada öz əksini tapacaq. Lakin bu zaman nəzərdən qaçan məqamlar var. İstənilən ölkənin güclü iqtisadiyyatının olması üçün əsasən iki faktor rol oynayır. Bunlardan biri təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması, digəri isə ölkənin real sektoru, bu istiqamətdə istehsal fəaliyyətidir. Azərbaycan bütün bu faktorlara sahibdir və aparılan islahatlar, yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur. Lakin Ermənistana baxsaq bu zaman təməlləri çürük olan iqtisadiyyat görərik. Ölkə təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir ki, bu da ölkənin özünü təminetməsini zəiflədir. Buna əsaslanaraq deyə bilərik ki, Ermənistanın əhalisi 10 milyon olsa idi, o zaman indikindən daha acınacaqlı vəziyyətdə olardı.

2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard ABŞ dolları təşkil edir. Bunun 22 milyard ABŞ dolları və ya 60%-i Azərbaycanın payına düşür. Qalan 40% isə digər iki ölkə arasında bölüşdürülür. Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Ölkəmiz həqiqətən enerji mənbələri, kənd təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır.

Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib bir rolu əsasən Rusiyadan gələn yardımlar və erməni diasporasının maliyyə dəstəyi oynayıb ki, bu mənbələr davamlı və böyüyən iqtisadiyyat yaratmaq üçün tamamilə əlverişsizdir. Ermənistanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində mahiyyət o qədər də dəyişməyib. Rusiya-Ukrayna münaqişəsinə qədər Ermənistanın aldığı yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına artımla əvəzlənib. Bir sözlə əvvəllər yardımlar hesabına şişirdilən rəqəmlər indi sanksiyalardan istifadə ilə şişirdilir. Sadəcə əvvəlkindən fərqli olaraq hazırkı vəziyyət statistik göstəricilərdə əksini tapır.

BeynəlBeynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi Robin Bruksun sosial şəbəkədəki paylaşımında “Ermənistanın gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı. Bütün bunların hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya da yönləndirilir” fikri heç də təsadüfi deyil.

Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən idxal (1,81 milyard ABŞ dolları) 2021-ci ilin müvafiq dövrünə, yəni Rusiya-Ukrayna münaqişəsindən əvvəlki dövrə nisbətən 2,2 dəfə artıb. Rusiyaya sanksiyalarda əsas rol oynayan Aİ ölkələrindən bəzilərinə nəzər salsaq görərik ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında Almaniyadan Ermənistana ixrac (505 milyon ABŞ dolları) 2,8 dəfə, Polşadan (133 milyon ABŞ dolları) 3,2 dəfə, Avstriyadan (76 milyon ABŞ dolları) 3,6 dəfə, Fransadan (157 milyon ABŞ dolları) 2,1 dəfə (tarixi rekorddur), Yunanıstandan (51 milyon ABŞ dolları) 2,6 dəfə, İspaniyadan isə (75 milyon ABŞ dolları) 2,2 dəfə artıb.
Aİ ölkələrindən əlavə Rusiyaya sanksiya tətbiq edən digər böyük ölkələrin də Ermənistana məhsul ixracına baxsaq Amerika Birləşmiş Ştatlarından ixracın (584 milyon ABŞ dolları) 5,5 dəfə, Yaponiyadan (327 milyon ABŞ dolları) yeddi dəfə, Cənubi Koreyadan (143 milyon ABŞ dolları) 3,6 dəfə, Böyük Britaniyadan (98 milyon ABŞ dolları) 3,3 dəfə, Kanadadan (79 milyon ABŞ dolları) 4,2 dəfə artdığını görərik.

Bunlarla yanaşı, Ermənistanın ixracındakı artımlara da diqqət edək. Ötən ilin 11 ayında Ermənistan 6 milyard 946 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2,6 dəfə artım deməkdir (2021-ci ilin eyni dövrü ilə müqayisədə). İxracın strukturuna detallı nəzər salanda məlum olur ki, ölkə yüksək texnoloji məhsulların xarici ölkələrə satışını kəskin artırıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın, avadanlıq və mexanizmlər ixracı 89 % artdığı halda, 2021-ci ilin eyni dövrünə nisbətən 22 dəfəlik artım olub. Qeyd edilən dövrdə xaricə satılan digər mallar da 2021-ci ilin eyni dövrünə nisbətən kəskin artıb. Belə ki, yerüstü, hava və su nəqliyyatı vasitələron ixracı (533 milyon ABŞ dolları) 14,5 dəfə, avadanlıq və aparatların ixracı (130 milyon ABŞ dolları) 4,3 dəfə, qiymətli və yarım qiymətli daşlar, qiymətli metallar və onlardan məmulatların ixracı (2,14 milyard ABŞ dolları) 7,2 dəfə artıb. Məsələnin maraqlı tərəfi ixracın artımına əsas səbəb olan bu malların əksəriyyətinin Ermənistanda istehsal olunmaması və ya bu həcmdə ixracı təmin edən potensialdan uzaq olmasıdır. Aydın məsələdir ki, bu məhsullar başqa ölkələrdən alınır və üçüncü ölkəyə, yəni Rusiyaya satılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin rəhbəri Günay Quliyeva açıqlamasında bildirib ki, Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb: “Ermənistan işlənmiş avtomobillərin, məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır. 2023-cü ildə Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi dəyəri 2022-ci illə müqayisədə 50% artımla, təxminən 3,2 milyard ABŞ dolları təşkil edib. Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir”.

Bu faktlar “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da əksini tapıb. Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacağı bildirilir.

Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” ölkənin ticarət və enerji baxımından Rusiyadan çox asılı olduğunu qeyd edir və hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir.

Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya və Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər.

Ermənistan hökumətinin də məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb ki, bu da ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə olması ilə bərabər, yalnız bir ölkədən asılı vəziyyətdə olduğunu göstərir. Eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin dəyəri 40%-dən çox artaraq 6,3 milyard ABŞ dollarına çatıb.

“Fitch” 2024-cü il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin artmasını göstərib. Belə ki, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik ermənilərin istehlak səviyyəsinin yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır.

Sonda qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.

İqtisadi təməlləri zəif sütunlar üzərində olan Ermənistanın qeyd edilən bu vəziyyətdən çıxması, ölkə iqtisadiyyatının şəffaf, həqiqi gəlirlər hesabına formalaşması üçün strateji addımlar atmağa ehtiyacı var. Ölkənin davamlı və real sektora əsaslanan iqtisadi artıma sahib olması üçün mövcud potensialdan düzgün istifadə etməsi əsas şərtlərdəndir. Buna aparan yol isə mütləq şəkildə regional sabitlikdən, qonşularla sülh və əmin-amanlıq şəraitində qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən və inkişaf etdirilməsindən keçir.

Oxunub: 10261
Paylaş:
Digər xəbərlər

Siyasət

2-02-2024, 14:22

Düyməyə basılıb: Ermənistanın təhlükəsizliyi təhdid altında - GƏLİŞMƏ

Siyasət

1-11-2023, 14:22

Azərbaycan-Ermənistan iqtisadi əlaqələri: Bu halda mümkün olacaq - AKTUAL

Dünya

13-12-2023, 10:09

Ermənistanın “alqışlamasına” Rusiyadan reaksiya

İqtisadiyyat

19-07-2023, 12:46

Azərbaycan və Türkiyə bir yerdə TOGG istehsal edəcək - İqtisadiyyat nə qazanacaq?

Siyasət

5-06-2023, 12:58

Zəngəzur dəhlizi açılır: ən böyük maneə aradan qalxdı

Araşdırma
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Hadisə
Dün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
22-09-2026, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
22-09-2026, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22-09-2026, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
22-09-2026, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
22-09-2026, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Son xəbərlər
  • Dün, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • Dün, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • Dün, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • Dün, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • Dün, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • Dün, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • Dün, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • Dün, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • Dün, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • Dün, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • Dün, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Dün, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • Dün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Dün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Dün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Dün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Dün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Dün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Dün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Dün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Dün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Dün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Dün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • 22-09-2026, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • 22-09-2026, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • 22-09-2026, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • 22-09-2026, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • 22-09-2026, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • 22-09-2026, 13:04
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • 22-09-2026, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • 22-09-2026, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • 22-09-2026, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • 22-09-2026, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • 22-09-2026, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • 22-09-2026, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə