• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lütvəli Şıxəliyev: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-12-2023, 10:24

 Lütvəli Şıxəliyev: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti


Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev - Bu gün nə əhali sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Amma dünya nəhənglərini qarşımıza alıb cəmi 44 günə 30 il möhkəmlənmiş işğal faktoruna, ərazimizdə tarixi bir əsrə dayanan separatizmə son qoya bilmişik. Təbii ki, İlham Əliyevin sayəsində. Yəni əhali sayımızın, ərazimizin bizə verə bilmədiyi üstünlüyü Liderimizin vizyonu hesabına təmin edə bilmişik.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.

“Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycana hansı sahədən baxsaq zəngin təcrübənin, dövrün tələblərinə uyğun olaraq təkmilləşmənin şahidi olarıq. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Ölkəmizdə yeni texnologiyaların inkişafı və tətbiqi əsas hədəflər sırasında oldu. Dünya təcrübəsinə əsasən bu mühüm məqam da diqqətə çatdırıldı ki, dayanıqlı inkişafın təmin edilməsində yeni texnologiyalar əsas rol oynayır. O ölkələr ki, bu texnologiyaların sahibidir, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi qarşıya qoyulan əsas vəzifələrdən oldu.
 Lütvəli Şıxəliyev: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti

Dövlət başçısı İlham Əliyevin gələcəyə hesablanmış siyasəti Azərbaycanın bugünkü reallıqlarında öz əksini tapıb. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuz qazanır. Ölkəmizin bu sahədə keçdiyi yolun, qazanılan uğurların təqdimatı məhz Azərbaycanın bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi idi. “Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycan on il bundan əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.”

Gənclər siyasəti sahəsində də əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir: “Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu inam özünü bir daha 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Azərbaycan gəncləri “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” prinsipini öndə saxlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Azərbaycan əsgəri 44 gündə hər an irəliyə gedərək böyük qəhrəmanlıq, şücaət nümayiş etdirdi. Bu, onların Vətən, torpaq sevgisindən irəli gəlirdi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi oldu.”
 Lütvəli Şıxəliyev: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti


2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu: “Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərildi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Tarixi Zəfərimiz bütün bu məqamlara işıq saldı.”

 Lütvəli Şıxəliyev: Qalib Prezidentimizin xalqa arxalanan siyasəti

Tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimizin uğurları biri-birini əvəzləyir: “Bu il tariximizə daha bir Zəfər səhifəsi yazıldı. 19 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Noyabrın 8-də Xankəndi şəhərində hərbi paradın keçirilməsi, dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması özündə mühüm çağırışları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyevin oyundan əvvəl stadionda qeyd etdiyi kimi, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.”

Oxunub: 10323
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-12-2023, 11:29

Xəlil Göyüşov: Böyük Qələbənin təntənəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-12-2023, 10:24

Həsən Ömərov: Qalib bəllidir! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-12-2023, 10:26

Raisa Vəliyeva: Mənim Tək Prezidentim var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-12-2023, 13:18

Seyidhüseyn Hüseynov: Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi Prezident İlham Əliyev [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
Hadisə
Dün, 10:03
Bakıda dəhşətli qəza: iki futbolçu öldü
29-07-2026, 13:42
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
29-07-2026, 09:39
Azərbaycanda güllələnmə: Bir nəfər öldü
28-07-2026, 12:52
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
28-07-2026, 12:48
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
28-07-2026, 10:37
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
Son xəbərlər
  • Bugün, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • Bugün, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • Bugün, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • Bugün, 13:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • Bugün, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • Bugün, 12:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • Bugün, 12:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • Bugün, 11:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • Bugün, 11:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • Bugün, 11:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • Bugün, 10:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • Bugün, 10:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • Bugün, 10:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • Bugün, 10:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • Bugün, 10:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • Bugün, 10:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • Bugün, 10:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • Bugün, 10:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • Bugün, 10:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • Bugün, 09:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • Bugün, 09:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • Bugün, 09:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • Dün, 21:56
    Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR
  • Dün, 21:49
    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
  • Dün, 16:00
    Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir
  • Dün, 15:30
    Bunu etsələr, Rusiya dayanacaq - Avropada NÜVƏ TƏŞVİŞİ başlandı
  • Dün, 14:22
    Avqustun 2-də Ermənistan qarışacaq
  • Dün, 14:00
    Kralın 500 illik məzarı AÇILDI: Arxeoloqlar bir-bir sirli şəkildə ÖLDÜ
  • Dün, 13:49
    Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
  • Dün, 13:29
    Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN
  • Dün, 13:26
    Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
  • Dün, 12:16
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • Dün, 11:47
    Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
  • Dün, 11:43
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə