• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Raisa Vəliyeva: Mənim Tək Prezidentim var

Cəmiyyət

21-12-2023, 10:26

Raisa Vəliyeva: Mənim Tək Prezidentim var


Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbinin direktoru Raisa Vəliyeva - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.

2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq səsini Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Son 20 ilin təhlili fonunda bu mühüm məqam xüsusi qeyd edilir ki, Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son 20 il Prezident İlham Əliyevin dövrün, zamanın tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlarla zəngindir. Dövlətimizin başçısı islahatlar prosesinin qaçılmaz olduğunu atdığı addımları ilə təsdiqləyir. Ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi qərarlaşması atılan uğurlu addımların nəticəsidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident İlham Əliyev xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır. Beynəlxalq münasibətlər sistemində ölkənin nüfuz və statusunu artıran Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri ölkə və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir. Azərbaycanın təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu da göz önündədir. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Ölkəmizin quruma sədrliyi dövründə ədalətə və beynəlxalq hüquqa söykənən addımları üzv dövlətlər tərəfindən yüksək dəyərləndirildi və yekdil qərar əsasında Azərbaycanın sədrliyi dövrü bir il uzadıldı.

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Azərbaycan tolerant ölkə, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi də bunun bariz nümunəsidir.

Artıq üç ildir dünyaya səs salan və yaratdığı reallıqlar əsasında regionda, dünyada yeniliklərə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi birliyimizi, həmrəyliyimizi bir daha dünyaya nümayiş etdirdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələrinin Vətən müharibəsində göstərdiyi birlik, Zəfərə imza atmağımızda səyləri dövlətimiz tərəfindən yüksək dəyərləndirildi. Xatırlasaq, 2021-ci ildə keçirilən və ənənəsi bərpa olunan “Xarıbülbül” musiqi festivalının ilk günü müxtəlif millətlərin musiqi yaradıcılığının təqdimatı oldu. Cənab İlham Əliyev musiqi festivalının açılışındakı çıxışında bu mühüm addımı belə əsaslandırdı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk.”

Tarixi Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanı möhtəşəm uğurlara aparır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə doğum günündə Şuşanın məşhur Cıdır düzündən səsləndirdiyi bu çağırışı bir daha xatırlatmaq istərdik: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.”

Ötən il cənab İlham Əliyev doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, Qərbi Azərbaycana qayıdacağıq. Proqram xarakterli çıxışında qarşıda dayanan vəzifələri açıqladı. Tarixi həqiqətlərimizin təbliği əsas hədəflərdəndir. İnformasiya cəbhəsində üstünlüyümüzü qorumaq üçün zəruri addımların atılmasının vacibliyi bildirildi. Həmin görüşdən ötən bir ildə görülən işlərin xronologiyası bu hədəfə də tezliklə nail olacağımıza əsas verir. Tarixi ədalətə söykənən siyasətimiz davamlı uğurlara yol açır.

Oxunub: 10295
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

21-12-2023, 10:10

Misgər Məmmədov: Heydər Əliyev siyasətinin davamı

Cəmiyyət

6-11-2023, 12:03

Nizami müəllim: Yeni qələbələr və parlaq gələcək

Cəmiyyət

11-10-2023, 12:26

Elmar Mahmudov: İnamın bir daha sübutu

Cəmiyyət

16-10-2023, 10:17

Vüqar İbrahimov: Sözümüz imzamızdır - əsrə bərabər möhtəşəm 20 il

Cəmiyyət

20-12-2023, 10:40

Ofelya Məmmədova: Uğurlarımızın təminatçısı

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Dün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Dün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Dün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Dün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Dün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Dün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Dün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Dün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • 30-10-2026, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • 30-10-2026, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • 30-10-2026, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • 30-10-2026, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • 30-10-2026, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • 30-10-2026, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • 30-10-2026, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • 30-10-2026, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • 30-10-2026, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • 30-10-2026, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • 30-10-2026, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • 30-10-2026, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • 30-10-2026, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • 30-10-2026, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • 30-10-2026, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • 30-10-2026, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • 30-10-2026, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • 30-10-2026, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • 30-10-2026, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • 30-10-2026, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə