• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şafiq Heydərov: Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

20-10-2023, 10:57

Şafiq Heydərov: Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi


Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov - Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. Çünki bu gün Azərbaycan xalqı sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir.
Artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır.
Şafiq Heydərov: Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi


Artıq Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək böyük tarixi zəfərə imza atıb. İndi suveren, bütün ərazi bütövlüyü təmin olunmuş qüdrətli Azərbaycan dövləti mövcuddur! Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində müqəddəs üçrəngli bayrağımızı qaldırdı və xalqına etdiyi proqram xarakterli tarixi müraciətində bildirdi ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşısına qoyduğu bütün vəzifələr icra edilib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Dövlətimizin başçısı müraciətində onu da bildirdi ki, 20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: “Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq”.

Şafiq Heydərov: Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi


Azərbaycan Prezidenti xalqa etdiyi tarixi müraciətində bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
“Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir”,-deyən dövlət başçımız onu da vurğuladı ki, biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir: “Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Dövlət başçısı müraciətində cinayətkarların da cəzasız qalmayacağını vurğulayıb: “Özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə”. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”
Bu faktın özü Azərbaycan dövlətinin heç bir separatçı-terrorçuların ölkə ərazisində bir daha baş qaldırmasına imkan verməyəcəyini, ərazi bütövlüyümüzün əbədi olaraq təmin edildiyini dünyaya nümayiş etdirir.
Şafiq Heydərov: Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi

Bir sözlə, bu gün Xankəndidə bayrağımızın ucaldılması Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyətdir. Bu tarixi zəfər hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanılıb. İstər Vətən müharibəsində, istərsə də sentyabrın 20-də həyata keçirlən 23 saatlıq lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu. Əlbəttdə, heç şübhəsiz ki, bütün bu nailiyyətlərin, zəfərlərin mərkəzində dayanan əsas amili güclü sərkərdə - Ali Baş Komandan amili oldu. Məhz İlham Əliyevin bacarıqlı siyasətçi və müzəffər sərkərdə kimi peşəkarlığı, uzaqgörənliyi ordumuzun, xalqımızın apardığı mübarizənin qələbə ilə başa çatmasını təmin etdi. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni şərəflə yerinə yetirə bilər, müzəffər Ordumuz bunu döyüş meydanında sübut edib.
Prezident İlham Əliyev sonda bir daha qürurla bildirdi ki, Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Oxunub: 10236
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-10-2023, 13:20

Natiq İsmayılov: Dirçəliş dövrü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-10-2023, 12:48

Nəsib Əsədov: Tarixi Zəfərimiz gücümüzü və milli ruhumuzu göstərdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-10-2023, 10:33

Ağabala Mənsimov vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-10-2023, 13:21

Lətifə xanım: Uğurlu diplomatiyanın növbəti Zirvəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

24-10-2023, 15:12

Xalid İmanov: Qürur və fəxarət hissi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
1008 nəfər boşandığı adamla yenidən evləndi
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
Hadisə
Bugün, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Bugün, 14:22
Sabah 32 dərəcə isti olacaq
Bugün, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Bugün, 11:20
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
Bugün, 11:15
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
Bugün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Son xəbərlər
  • Bugün, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • Bugün, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • Bugün, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • Bugün, 13:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • Bugün, 13:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • Bugün, 13:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • Bugün, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Bugün, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Bugün, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Bugün, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Bugün, 11:37
    Bakıda yeni körpü tikilir
  • Bugün, 11:32
    Mopedlərlə bağlı yeni qaydalar
  • Bugün, 11:29
    Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
  • Bugün, 11:20
    Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
  • Bugün, 11:15
    Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
  • Bugün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bugün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bugün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bugün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Bugün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Dün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
  • Dün, 10:29
    Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə