Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.
Ölkə.az-ın əldə etdiyə xəbərə görə, o, Həbib Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.