Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpünün yenilənməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, son bir neçə ayda rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.
Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.
Eyni ərazidə yerləşən 4-cü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.