• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər bizim əbədi qürur mənbəyimizdir”

---

29-05-2023, 11:42

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər bizim əbədi qürur mənbəyimizdir”


“Azərbaycan xalqı bu il 28 May tarixini ikiqat bayram kimi qeyd etdi. Çünki bu gün, Müstəqillik Günündə Laçın şəhərinin ilk sakinləri uzun illər sürən ayrılıqdan sonra yenidən öz dədə-baba yurdlarına qayıdıblar və bu, təkcə laçınlıların deyil, hamımızın, bütün xalqın fərəhi, qüruru, sevincidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu möhtəşəm gündə Laçın şəhərinin sakinlərinə yeni evlərinin açarlarını təqdim etməklə bütün vədlərinə olduğu kimi, 2011-ci il dekabrın 24-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçın rayonundan olan məcburi köçkünlərlə görüşü zamanı onlara verdiyi sözünə də əməl etmiş oldu. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə dövlətimizin başçısı demişdi ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və həmin gün artıq gəlib. Bu gün cənab Prezident İlham Əliyev Laçın şəhərindən olan keçmiş köçkünlərlə, onların övladları ilə artıq Laçın şəhərində görüşür və bu, həqiqətən böyük xoşbəxtlikdir. Bu günü bütün Azərbaycan xalqı qürur hissi ilə yaşayır. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Dövlət başçımızın öz çıxışında dediyi kimi, bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar. Cəmi 7-8 ay ərzində böyük hissəsi tamamilə yenidən qurulmuş Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Dövlət başçımızın bu sözlərinin də reallığa necə çevrildiyini bu gün bütün dünya müşahidə edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərinə davam edən deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevin bu görüşü məhz 28 May tarixində təşkil etməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, həm də istənilən nəticəni əldə etməyə, qarşısına qoyduğu bütün vəzifələri icra etməyə yetəcək gücə sahibdir. Azad edilmiş bütün ərazilərdə aparılan geniş quruculuq işləri də bunun daha bir sübutudur. Dövlət başçımızın dediyi kimi, bu, bir daha onu göstərir ki, artıq azad edilmiş torpaqların əsil sahibləri həmin ərazilərə qurmaq üçün, yaratmaq üçün əbədi qayıdıblar. 30 il davam edən işğal dövründə ermənilər bizim şəhər və kəndlərimizi dağıdıb, talan edib, viran qoyublar. Azərbaycan isə, öz Prezidentinin müdrik rəhbərliyi ilə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə və indi də Laçın şəhərinə geri qaytarıb. 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü. Cari ilin aprel ayında isə dövlətimiz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyünü tam bərpa etdi. 30 il bundan əvvəl Azərbaycan müstəqil ölkə kimi yaşasa da, müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda açıq mübarizə gedir, vətəndaş müharibəsi alovlanırdı. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan ayağa qalxa bildi və inkişaf yoluna qədəm qoydu. 1993-cü ilin oktyabr ayında xalq öz etimadını göstərərək Ümummilli Lider Heydər Əliyevi Prezident seçdikdən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.”

Həmçinin A.Naxçıvanlı qeyd edib ki, Azərbaycan yalnız münaqişənin sülh yolu ilə həlli imkanları tam tükəndikdən sonra öz ərazilərini hərbi yolla azad etməyə qərar verdi: “Bütün dünya bilir ki, Azərbaycan Prezidenti uzun illər ərzində işğala danışıqlar yolu ilə son qoymaq üçün çalışıb. Lakin Ermənistan bizim torpaqlarımızdan, işğal etdiyi torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Bu isə əlbəttə ki, qətiyyən qəbuledilməz bir təklif idi. Cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Nəhayət, düşmənin növbəti təxribatlarının qarşısını almaq və işğala son qoymaq məqsədilə 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün davan edən İkinci Qarabağ savaşı Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ordumuz düşməni döyüş meydanında məğlub etdi. Bunun üçün Azərbaycan 2003-2020-ci illər ərzində intensiv hazırlıq mərhələsini keçdi. Danışıqlar aparılan müddətdə dövlət başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində ilk növbədə ölkənin iqtisadiyyatı gücləndirildi və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Həmçinin bu illər ərzində ölkəmizin siyasi gücü, beynəlxalq nüfuzu artıb və bu gün artıq dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Regional miqyasda isə, təhlükəsizlik və inkişaf məsələlərində ümumiyyətlə Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün Azərbaycan böyük humanistlik nümayiş etdirərək sülh sazişinin imzalanması üçün çağırışlar edir və bununla Ermənistana tarixi şans təklif edir. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, bunun üçün ilk növbədə sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında bağlanmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Cənab Prezident bu şərtləri Laçın şəhərində səsləndirməklə bütün dünyaya bir daha nümayiş etdirdi ki, biz bu gün azad etdiyimiz torpaqlarımızdayıq və burada əbədi olacağıq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Oxunub: 10257
Paylaş:
Digər xəbərlər

---

26-05-2023, 15:40

Aqiyə Naxçıvanlı: “Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələri yüksək dinamika ilə inkişaf edir”

Siyasət

17-05-2023, 10:38

Laçın postunda vəziyyət dəyişdi: ermənilər yoxlama zamanı nə edir?

---

24-05-2023, 16:00

AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

---

23-05-2023, 17:25

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələr mövcuddur”

Siyasət

23-05-2023, 13:00

XİN: "Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı iddiaları reallıqları saxtalaşdırmaq cəhdidir"

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə