• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aqiyə Naxçıvanlı: “Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələri yüksək dinamika ilə inkişaf edir”

---

26-05-2023, 15:40

Aqiyə Naxçıvanlı: “Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələri yüksək dinamika ilə inkişaf edir”


“Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Qeyd olunmalıdır ki, Azərbaycan artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin demək olar ki, bütün üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. İstisna yalnız Ermənistandır ki, bu vəziyyətdən də itirən yenə də bu ölkənin özüdür. Əlbəttə ki, yaxın zamanlarda bu vəziyyət dəyişə bilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Buna görə də sülh gündəliyi öz aktuallığını hələ də qoruyur. Hərçənd, Ermənistanın baş naziri Moskva görüşünün gedişində də özünü müəyyən qeyri-adekvat replikalar verməkdən saxlaya bilmədi. O cümlədən Azərbaycana qarşı dövlətimizin Ermənistan ərazilərinə göz dikdiyi barədə absurd ittihamların irəli sürülməsi, yalnız bu ittihamı səsləndirən şəxsin qeyri-sağlam təxəyyülə sahib olmasından xəbər verir. Möhtərəm dövlət başçımızın öz çıxışında işlətdiyi “dəhliz” sözünə don geyindirməyə cəhd etməklə, Ermənistanın hökumət başçısı bu dəfə də beynəlxalq siyasi terminologiyadan məlumatsız olduğunu nümayiş etdirdi. Həmçinin qarşı tərəfin daha bir əsassız iddiası Azərbaycanın guya ki, Laçın-Xankəndi yolunu bloklaması ilə bağlıdır. Dövlətimiz isə, sadəcə Ermənistanla sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir və bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları, təcili yardım maşınları Xankəndi şəhərinə və əks istiqamətdə maneəsiz hərəkət edirlər. Lakin bütün bunlara rəğmən, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı nəzərə alınarsa, sülh sazişinə nail olmaq üçün əlverişli imkanların mövcud olduğunu demək olar”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə iqtisadi əlaqələrinin həcmini əks etdirən önəmli açıqlamalar eyni zamanda ölkəmizin getdikcə artan imkanlarını nümayiş etdirir: “Möhtərəm dövlət başçımızın öz çıxışında təqdim etdiyi və Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinin xarakterini müəyyən edən konkret rəqəmlər həqiqətən də diqqətəlayiqdir. Aydındır ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi və ölkəmizin son illər ərzində yaradılmış nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşınmaları həyata keçirməyə imkan verir. Bu gün Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatdırılacaq. Azərbaycanın gəmiqayırma imkanları bu gün həmçinin digər Xəzəryanı ölkələrə də təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə hazırda danışıqlar və fəal iş aparılır. Bu gün Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilan rayonlarında son iki ildə edilib. Hazırda azad olunmuş Laçında doqquzuncu beynəlxalq aeroport tikilir və 2025-ci ildə istismara veriləcək. Bütün bunların nəticəsidir ki, ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan həmçinin strateji əhəmiyyət daşıyan bir çox beynəlxalq logistik layihələrin, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması isə, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və eyni zamanda da bu layihə bütün regionun sürətli inkişafına səbəb olacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub və bu, dövlətimizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanına sahib ola bilmək üçün tələb olunan ən mühüm amillərdən biridir”.

Həmçinin A.Naxçıvanlı Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünün ölkələrimiz arasında səmimi münasibətlərin mövcudluğunu təsdiq edən daha bir önəmli amil olduğunu vurğulayıb: “Bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli formatda beynəlxalq əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlıq istər Müstəqil Dövlətlər Birliyinin, istərsə də digər beynəlxalq təşkilatların platformalarında davam etdirilir. Rusiya Prezidenti Vladimir Putinin öz çıxışında Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərinin həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirildiyini deməsi xalqımıza və Ümummilli Liderin xatirəsinə ehtiram və yüksək hörmətin əlamətidir. Qeyd olunduğu kimi, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin əsası da məhz Rusiya Prezidenti Vladimiz Putin və Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün isə artıq bu münasibətlər müttəfiqlik səviyyəsindədir. Məhz bu səbəbdən də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Oxunub: 10327
Paylaş:
Digər xəbərlər

Siyasət

25-05-2023, 14:04

İlham Əliyevin iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının iclası başladı

---

23-05-2023, 17:25

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələr mövcuddur”

---

26-05-2023, 12:55

Eltun Süleymanov: "Moskva görüşü Azərbaycan maraqlarının təmin olunması üçün mühüm addımlardan biri kimi tarixə düşdü"

---

26-05-2023, 15:28

Səttar Möhbalıyev: “Moskvada Paşinyanın mənasız iddiaları alt-üst oldu”

Siyasət

26-05-2023, 13:22

Bu səfər qarşılıqlı əlaqələrin dinamik inkişafının təzahürüdür

Araşdırma
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Hadisə
Dün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
28-10-2026, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
28-10-2026, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
28-10-2026, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
28-10-2026, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • Dün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Dün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Dün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Dün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Dün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Dün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Dün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Dün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Dün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Dün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Dün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Dün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Dün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Dün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Dün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Dün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Dün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Dün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Dün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • 28-10-2026, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • 28-10-2026, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • 28-10-2026, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • 28-10-2026, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • 28-10-2026, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • 28-10-2026, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • 28-10-2026, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • 28-10-2026, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • 28-10-2026, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • 28-10-2026, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • 28-10-2026, 10:43
    Bu gün 5 matç var
  • 28-10-2026, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • 28-10-2026, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • 28-10-2026, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə