• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hikmət Zeynalov: Vətənə bağlılıq birliyi möhkəmləndirən əsas amillərdən biridir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:26

Hikmət Zeynalov: Vətənə bağlılıq birliyi möhkəmləndirən əsas amillərdən biridir



Tovuz rayon Aşağı Öysüzlü kənd bələdiyyəsinin sədri Hikmət Zeynalov - “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ümummilli Lider Heydər Əliyevin bu çağırışı hər bir azərbaycanlının həyat amalıdır. Bu çağırış milli qürur rəmzinə çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, hətta, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var ki, bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində mühüm tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini nəsillərdən-nəsillərə ötürürlər.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsini davam etdirən Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.

Bu mühüm məqamı da xüsusi vurğulamaq lazımdır ki, “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə yazıldı.

Dünya azərbaycanlılarının keçirilən hər bir qurultayı birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi, Azərbaycanın uğurlu gələcəyi naminə atılan addımlara töhfələrinin miqyasını artırdı. 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Dünya bir daha birliyimizin, həmrəyliyimizin şahidi oldu. 2022-ci ilin mühüm hadisəsi olan Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan birliyimizi dünyaya nümayiş etdirdi. Vətən, torpaq sevgisi, Vətənə bağlılıq bu birliyi möhkəmləndirən əsas amillərdən biridir.

Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında daim bu məqam xüsusi qeyd edilir ki, gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdır. Dekabrın 24-də keçirilən idman yekunlarına həsr edilən mərasimdəki çıxışında da cənab İlham Əliyev xüsusi qeyd etdi ki, gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır.

Cənab İlham Əliyev, həmçinin qeyd etdi ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.

Oxunub: 10160
Paylaş:
Digər xəbərlər

---

25-12-2024, 10:23

Faiq Fərəcov: Azərbaycan güclü dövlətdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-05-2023, 11:45

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-10-2023, 10:11

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

10-05-2023, 10:21

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 12:18

Yusif Əliyev: Heydər Əliyev daim xalqına və dövlətinə xidmət edib, Azərbaycanın tərəqqisi uğrunda fədakarlıqla çalışıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Bugün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Bugün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Bugün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Bugün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Bugün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Bugün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Bugün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Bugün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dün, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Dün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə