• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Cəmiyyət

9-10-2023, 10:11

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir


Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elviz Qasımovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elviz Qasımov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov - “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir


Elviz Qasımov Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”

Müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir


Elviz Qasımov Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Oxunub: 10340
Paylaş:
Digər xəbərlər

Siyasət

14-05-2023, 14:18

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır

Cəmiyyət

18-05-2023, 13:51

Namizəd İsmayılov: Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər

Araşdırma
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Dəfn pulu da artırılır
Hadisə
Bugün, 13:38
Sabah leysan olacaq, qar yağacaq
Bugün, 12:11
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
Bugün, 12:05
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Bugün, 10:08
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
Bugün, 10:05
“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Dün, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
  • Bugün, 15:30
    Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
  • Bugün, 13:42
    Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
  • Bugün, 13:38
    Sabah leysan olacaq, qar yağacaq
  • Bugün, 13:04
    Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış oldular
  • Bugün, 12:16
    Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı - SON RƏQƏMLƏR
  • Bugün, 12:11
    “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
  • Bugün, 12:05
    Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
  • Bugün, 12:02
    3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
  • Bugün, 11:59
    Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
  • Bugün, 11:53
    Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
  • Bugün, 11:45
    Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
  • Bugün, 11:39
    Dəfn pulu da artırılır
  • Bugün, 11:36
    2027-ci ildə ərzaq təhlükəsizliyinə ayrılacaq vəsait artırılır
  • Bugün, 10:08
    İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
  • Bugün, 10:05
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • Bugün, 09:43
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bugün, 09:28
    "Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı
  • Bugün, 09:24
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • Bugün, 09:20
    Trampdan seçki nəticələrinə dair - İlk açıqlama
  • Bugün, 09:12
    SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!
  • Bugün, 09:04
    Tramp məğlubiyyəti etiraf etdi: Ağ Evdə qarşılıqlı ittihamlar başlandı
  • Bugün, 09:00
    İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir
  • Dün, 17:16
    Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
  • Dün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
  • Dün, 15:30
    İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
  • Dün, 14:22
    Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
  • Dün, 13:39
    Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
  • Dün, 13:11
    Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
  • Dün, 13:01
    Azərbaycanın yeni ombudsmanı seçildi
  • Dün, 12:12
    Milli Məclis bəyanat qəbul etdi
  • Dün, 12:09
    Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
  • Dün, 12:05
    MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
  • Dün, 12:01
    Vəzifəli şəxs rüşvətə görə həbs olunubmuş - Rəsmi
  • Dün, 11:58
    Kozinoğlunun saç və dırnaq nümunələrində - Ölümcül maddə aşkarlandı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə