• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu

Cəmiyyət

16-05-2023, 11:45

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu


Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi cərrah Sahib müəllim - “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu


Sahib müəllim Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”

Müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu


Sahib müəllim Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Sahib həkim: Heydər Əliyev - Azərbaycanın xeyir-bərəkət simvolu

Oxunub: 10295
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-10-2023, 10:11

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

---

10-05-2023, 10:21

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür”

Araşdırma
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
Bakıda yeni park salınır - Fotolar
Hadisə
Bugün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Bugün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Bugün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Bugün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Dün, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Dün, 10:25
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Son xəbərlər
  • Bugün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Bugün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Bugün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Bugün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Bugün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Bugün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Bugün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Bugün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Bugün, 10:43
    Bu gün 5 matç var
  • Bugün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bugün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Bugün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Bugün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
  • Bugün, 10:01
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bugün, 09:56
    Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
  • Bugün, 09:33
    Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
  • Bugün, 09:29
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bugün, 09:26
    Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
  • Bugün, 09:00
    Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
  • Dün, 22:02
    Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
  • Dün, 16:00
    Cənub qonşumuz odla oynayır: Böyük müharibə qapıdadır, Bakı ssenarilərə hazır olmalıdır
  • Dün, 15:30
    Trampın oğlu rusiyalı biznesmenlə BİR ARADA - Monqolustanda GİZLİ GÖRÜŞ
  • Dün, 14:22
    TƏCİLİ! Minlərlə insan küçələrə axışdı - Müharibə gedir, maşınlar yandırılır - ŞOK
  • Dün, 13:31
    Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi
  • Dün, 13:25
    Penitensiar xidmətin rəisi vəzifəsindən azad olundu - YENİSİ TƏYİN EDİLDİ
  • Dün, 13:14
    SON DƏQİQƏ! Qara dənizdə müharibə TƏHLÜKƏSİ - Türkiyə üçün CİDDİ RİSK var
  • Dün, 12:10
    Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 12:04
    İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir
  • Dün, 11:37
    Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
  • Dün, 11:32
    “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”
  • Dün, 11:07
    “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”
  • Dün, 11:01
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dün, 10:54
    “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”
  • Dün, 10:50
    “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
  • Dün, 10:36
    Bakıda yeni park salınır - Fotolar
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə