• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gürcüstanın ardınca Ermənistan da “daşı ətəyindən tökə bilər” - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-08-2024, 14:22

Gürcüstanın ardınca Ermənistan da “daşı ətəyindən tökə bilər” - NƏ BAŞ VERİR?


İkinci Qarabağ savaşından sonra regionda sülh və əməkdaşlığın möhkəmlənməsi, bölgədə stabilliyin təmin edilməsi üçün müxtəlif variantlar təklif edildi. Bunlardan ən praqmatiki və bölgə üçün uzunmüddətli sülhü, əməkdaşlığı, təhlükəsizliyi təmin edəcək 3+3 formatı idi.

Azərbaycanın dövlət başçısının irəli sürdüyü ideya qardaş Türkiyənin rəhbərliyi tərəfindən də dəstəkləndi, eyni zamanda Rusiyanın da müsbət münasibəti oldu. Bu mənada ideyanın gerçəkləşməsi istiqamətində 2022-2023-cü illərdə müxtəlif görüşlər keçirildi, lakin nəticə olmadı. Prosesi tormozlayan əsas səbəblərdən biri də Gürcüstan-Rusiya münasibətləri ilə bağlı oldu. Gürcüstan həmin dönəmdə Qərbin təsiri ilə Rusiyanın olduğu formatda yer almaqdan imtina edirdi. Lakin indi şərtlər dəyişib, Gürcüstan Qərbin boyunduruğundan çıxıb, müstəqil siyasət yürütməyə, bu kontekstdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Doğru, praqmatik qərardır. Gürcüstanla Rusiyanın münasibətlərində artıq müəyyən yumşalmalar və əməkdaşlıq perspektivləri görünməkdədir. Bu arada Rusiyanın “Zolotaya korona” sürətli pulköçürmə sisteminin Gürcüstanda işi tam bərpa edilib. Gürcüstan Banklar Assosiasiyasının sədri Aleksandr Dzneladze deyib ki, sözügedən sistem normal rejimdə işləyir. Rusiya ilə Gürcüstan əlaqələrinin bərpası cəhdləri 3+3 formatını yenidən gündəmə gətirir. Ekspertlər bildirir ki, Gürcüstanda payızda keçiriləcək seçkilərdən sonra bu formatda müzakirələr başlaya bilər. Faktiki olaraq Qərblə Gürcüstan hakimiyyəti arasında uçurum yaranıb və belə olan təqdirdə artıq rəsmi Tiflisin 3+3 formatında iştirakına əngəl aradan qalxmış sayıla bilər. Hətta güman olunur ki, yeni reallıqlar fonunda Gürcüstanın ardınca Ermənistan da “daşı ətəyindən tökə bilər”.

Mövzu ilə bağlı müraciət etdiyimiz Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bölgədə yeni reallıqlar yaranıb: “Əslində 3+3 formatı - hansı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürüldü, Türkiyə prezidenti bu ideyanı dəstəklədi, daha sonra Rusiya prezidenti də buna dəstək verdi - regionun inkişafı, bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunması baxımından çox mütərəqqi bir ideyadır. Yəni region dövlətləri bu ideyanın həyata keçirilməsi üçün əslində bacardıqlarını etməlidirlər. Gürcüstan son vaxtlara qədər özünü elə aparırdı ki, bu, qərbyönümlü, Rusiyadan məsafə saxlayan bir ölkədir. Ona görə də bu ideyaya açıq dəstək vermirdi. Amma son vaxtlar biz bilirik ki, Gürcüstanda Rusiya qanunu adlanan, QHT-lərdə şəffaflığın təmin olunması məqsədilə "Xarici təsirlərin şəffaflığı haqqında" yeni qanunun qəbulundan sonra artıq bütün pərdələ aradan qalxıb. Artıq Gürcüstan açıq formada Qərblə yollarını ayırıb və hakimiyyətin də Rusiyaya açıq simpatiyasının olması ortadadır. Fransanın keçmiş vətəndaşı olan Gürcüstan prezidenti Zurabaşvili açıq formada qərbyönümlü mövqe tutub və qərbyönümlü müxalifəti koordinasiya edir. “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili isə Rusiya ilə bağlı bir şəxsdir və bunu artıq gizlətmir. Görürsünüz, Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin açıq şəkildə bəyan edib ki, biz Gürcüstanda Qərbin hazırladığı dövlət çevrilişinin qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu da onu göstərir ki, ölkələr açıq kartla oynayır. Bu baxımdan artıq Gürcüstanın 3+3 formatında əməkdaşlıq etməsinə heç bir maneə yoxdur. Digər tərəfdən Gürcüstanda da artıq Azərbaycanın 44 günlük savaşdakı qalibiyyətindən sonra bəyan ediblər ki, Rusiya ilə yaxınlaşmadan sonra biz də Abxaziya və Cənubi Osetiya üzərində dövlət suverenliyini bərpa edə bilərik. Yəni onlarda da bu ümidlər yaranır. Həmçinin hökumət əhaliyə də bu ümidləri verib, onlardan dəstək almaq istəyir. Bunlar Qərbi Rusiyaya Gürcüstana qarşı ikinci cəbhə açmağa təhrik etməkdə suçlayırlar".

Q.Həsənquliyev əlavə etdi ki, Gürcüstan-Qərb münasibətləri artıq əvvəlki kimi deyil: “Artıq Gürcüstana müəyyən sanksiyalar tətbiq olunub, bəzi birgə layihələrin icrası dayandırılıb. Yəni bu, seçkiqabağı Gürcüstan vətəndaşlarına, seçicilərinə ciddi bir mesajdır ki, biz kimi, hansı siyasi qüvvəni dəstəkləyirik. Bu mənada düşünürəm ki, Gürcüstanla bağlı problem olmayacaq. Seçkiləri İvanişvilinin fəxri sədri olduğu Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının udması çox realdır. Əgər 26 oktyabra qədər Rusiya-Ukrayna cəbhəsində Rusiyanın əleyhinə ciddi hadisələr baş verməsə, Rusiya bu savaşda zəif görsənməsə - yəni Rusiya həddən artıq zəifləyəcəyi təqdirdə, vətəndaşlar rusiyayönümlü siyasətə dəstək verməyə bilərlər - indiki şərait qorunub-saxlansa, Ukrayna cəbhədə ciddi irəliləyiş əldə edə bilməsə, vətəndaşlar yenə də İvanişvilini müdafiə edəcəklər. Çünki Saakaşvili və onun tərəfdarları zaman-zaman özlərini öldürürdülər ki, İvanişvili Rusiyanın adamıdır. Mən də hər zaman müsahibələrimdə deyirdim ki, bu, özünü nə qədər sadəlövh aparır. Fərqində deyil ki, insanlar rusiyayönümlü olduğuna görə İvanişviliyə səs verir.Vətəndaşlar artıq müəyyən reallıqları qəbul edib, Rusiya ilə əməkdaşlığa üstünlük verirlər. Torpaqlarının əllərindən alınmasına, Abxaziya və Osetyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına baxmayaraq, həyat davam edir, insanlar normal yaşamaq istəyir. Bundan əlavə, insanların Rusiyada güclü diasporu, ciddi əlaqələri var. Eyni zamanda Gürcüstan kənd təsərrüfatı məhsullarını Rusiyaya satır, bu ölkə onlar üçün böyük bazardır. Qərb isə Gürcüstandan çox uzaqdır. Ona görə mən deyirəm ki, yerləşdiyin coğrafiyadan belə doğan bəzi reallıqlar var. Ona görə də ölkənin siyasətini müəyyənləşdirəndə sən hansı regionda yerləşdiyini, qonşularının kimlərdən ibarət olmasını, regional geosiyasi vəziyyəti nəzərə almalısan. Bu səbəbdən də, dediyim kimi, əgər Rusiya Ukrayna cəbhəsində böyük məğlubiyyətə uğramasa, yəqin 26 oktyabrda İvanişvili seçkilərdə qalib gələcək. O halda da 3+3 formatında əməkdaşlıq daha da inkişaf edəcək, genişlənəcək". Deputatın sözlərinə görə, bundan sonra Gürcüstan üzərindən Qara dənizə, Qərbə çıxış imkanı əldə etmş Ermənistan da artıq destruktiv, neqativ rol oynamaq imkanları olmayacaq, o da pozitiv mövqe ortaya qoymaq məcburiyyətində qalacaq: “O halda Ermənistanın başqa yolu qalmayacaq. Qeyd etdiyimiz kimi, artıq Gürcüstanla bağlı kartlar açılıb, İvanişvili özünün rusiyayönümlü siyasətçi olmasını və regional əməkdaşlığa üstünlük verdiyini ortaya qoyub. Çalışırlar ki, ölkədə Qərbin dəstəklədiyi QHT sektorunu da sıxışdırsınlar. Onların maliyyəsini kəsməklə sözsüz ki, vətəndaş cəmiyyəti sektorunun fəaliyyətini xeyli dərəcədə çərçivəyə çalmış olacaqlar. Ona görə ki, Gürcüstanda təqribən 60 minədək insan Qərbdən maliyyələşdirilən QHT sektorunda çalışır, bu, böyük qüvvədir. Onların ailə üzvlərini də əlavə edəndə daha böyük qüvvə deməkdir”.

Q.Həsənquliyev bir daha vurğuladı ki, regionda bir sıra proseslər Rusiya-Ukrayna müharibəsindən asılıdır: “Ermənistanın da gözü oradadır. Ermənistan məhz Qərbin təhriki ilə bu savaşda nə baş verəcəyini gözləyir. Rusiya məğlub olsa, bu, hakimiyyət dəyişikliyinə gətirəcək. Bu nəticə isə qərbyönümlü hakimiyyətin formalaşması demək olar. Ondan sonra isə Azərbaycana qarşı daha sərt, ağır şərtlər irəli sürəcəklər, o cümlədən separatçıların Qarabağa qaytarılması, onlara beynəlxalq təminat verilməsi və sairlə bağlı. Ermənstanın da gözlədiyi budur. Amma hər halda, ümid edirəm ki, geosiyasi proseslər Azərbaycanın xeyrinə inkişaf edəcək və Azərbaycanın da irəli sürdüyü bu layihə bölgədə iqtisadiyyatın inkişafına, təhlükəsizliyə, sülhə xidmət etmiş olacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə qəzetimizə bildirdi ki, 3+3 formatı regional əməkdaşlıq üçün geniş məqsədlər nəzərdə tutsa da, əsasən Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması, kommunikasiyaların açılması üçün əməkdaşlığı özündə ehtiva edirdi: “Gürcüstan əslində bu formata əvvəl də qoşula bilərdi. Fikrimcə, Gürcüstanın Rusiya ilə münasibətlərinin gərgin olması sadəcə bəhanə idi. İkinci bir məsələ budur ki, Gürcüstan Avropaya və bütövlükdə Qərbə inteqrasiya istiqamətində uzun bir yol keçib və bu proses az qala 20 ildir davam edir. Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişi qüvvədədir, vizasız gediş-gəliş və sair. İnteqrasiya məsələləri də öz yerindədir. Sadəcə, məlum qanunun qəbulu Qərbin razılığı olmadan baş verib və bu da gözlənildiyi kimi, Qərbin, o cümlədən Avropa İttifaqı ölkələrinin xoşuna gəlməyib. Amma hələ Gürcüstanın siyasi kursu tam dəyişməyib”.

S.Məmmədov hesab edir ki, oktyabrdakı parlament seçkilərindən sonra ciddi dəyişikliklər ola bilər: “Gürcüstandakı hakim partiya hakimiyyətini qoruya bilsə, Qərbdən daha da uzaqlaşacaq. Rusiya ilə yaxınlaşmanın da, fikrimcə, müəyyən həddi var. Gürcüstan ərazisində Rusiyanın faktiki vilayətləri olan qondarma iki dövlət yaradılıb. Yaxınlaşma baş verərsə, nə dəyişəcək? Rusiya ən azı 2008-ci il status-kvosuna qayıtmağa hazırdırmi? Məncə, yox. Ona görə də vəziyyət hələlik müəmmalıdır və qəti fikir söyləmək mümkün deyil”. İcraçı direktor qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasında İran da maraqlı deyil: “Gürcüstan açıq bildirməsə də, hesab edir ki, regionda Gürcüstandan kənar nəqliyyat dəhlizlərinin yaranması Gürcüstanın həm iqtisadi, həm də geostrateji maraqlarına uyğun deyil. Bu baxımdan yaxın vaxtlarda 3+3 formatı çərçivəsidə ciddi məslələrin həlli istiqamətində müzakirələrin başlanacağı ilə bağlı o qədər optimist deyiləm. Bununla belə, Gürcüstanın formatda real iştirakını istisna etmirəm”.

Gürcüstan normal mövqe tutmaqla əslində öz qarşısındakı baryerləri aradan qaldırmış olar. Seçkiyə isə cəmi iki ay qalıb. Hətta seçkiyə qədər də rəsmi Tiflis normal mövqe sərgiləməklə bölgədə əməkdaşlığı özündə ehtiva edən prosesləri sürətləndirə bilər...

Oxunub: 10129
Paylaş:
Digər xəbərlər

Dünya

12-06-2024, 10:31

Gürcüstan Rusiya ilə münasibətlərini bərpa edir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-10-2023, 15:00

Qərbin regiona müdaxiləsini önləmək cəhdi: “3+3" formatı alınacaqmı? - İNCƏLƏMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-05-2023, 12:02

"Biz tək qalacağıq, Rusiya ilə yeni müharibə..." - Gürcüstan qərarını açıqladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-11-2023, 09:10

Gürcüstan Prezidenti Saakaşvilini əfv edə bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-09-2023, 15:30

Müxalifətdə olanda demişdi: Paşinyan o vədini yerinə yetirir - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
1008 nəfər boşandığı adamla yenidən evləndi
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
Hadisə
Dün, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Dün, 14:22
Sabah 32 dərəcə isti olacaq
Dün, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Dün, 11:20
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
Dün, 11:15
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
Dün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Son xəbərlər
  • Dün, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • Dün, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • Dün, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • Dün, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • Dün, 13:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • Dün, 13:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • Dün, 13:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • Dün, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Dün, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Dün, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Dün, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Dün, 11:37
    Bakıda yeni körpü tikilir
  • Dün, 11:32
    Mopedlərlə bağlı yeni qaydalar
  • Dün, 11:29
    Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
  • Dün, 11:20
    Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
  • Dün, 11:15
    Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
  • Dün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Dün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Dün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Dün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Dün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • 3-06-2026, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • 3-06-2026, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • 3-06-2026, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • 3-06-2026, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • 3-06-2026, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • 3-06-2026, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • 3-06-2026, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • 3-06-2026, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • 3-06-2026, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • 3-06-2026, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • 3-06-2026, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • 3-06-2026, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • 3-06-2026, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • 3-06-2026, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə