• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrəvanda panika: Mehri, Basarkeçər boşaldılır... - sərhəddə təxribat ssenarisi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-02-2024, 09:00

İrəvanda panika: Mehri, Basarkeçər boşaldılır... - sərhəddə təxribat ssenarisi


Erməni tərəfi sistemli şəkildə xəbərlər tirajlayır - Azərbaycan Ordusu guya Qərbi Zəngəzura daxil olacaq. Halbuki sərhəddə döyüş yox, görüş var. Faktiki olaraq, delimitasiya danışıqları sərhəddə ikitərəfli qaydada aparılır. Di gəl, ötən həftə ABŞ Ermənistanda yaşayan vətəndaşlarına Azərbaycanla sərhədə getməmək barədə çağırış etməklə bu təbliğat maşınını sanki daha da gücləndirdi. Erməni deputat Taquhi Tovmasyan isə Daxili İşlər Nazirliyinə müraciət edib ki, sərhədyanı ərazilər boşaldılır, dövlət qurumları Basarkeçər və Çəmbərkəndi tərk edir, bunun izahatı verilsin. Sözsüz ki, sistemli xarakter daşıyan məlumatların tirajlanması, o cümlədən ABŞ və Fransadan “Azərbaycan hücuma hazırlaşır” tezislərinin eşidilməsi, sərhəddə təhlükə olduğunu yalandan demələri ssenarinin bir hissəsidir.

“Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri, demək olar ki, boşaldılır”, - Tovmasyan belə deyib. Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib: “Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”. Daha bir erməni deputatı Qarnik Danielyan da deyib ki, Mehridə birinci instansiya məhkəməsi, kadastr komitəsinin bölməsi, notariat, xəstəxana, morq, arxiv, bir sözlə, dövlət qurumları bağlanıb. Deputat Mehridə bir çox müəssisələr fəaliyyətini dayandırdığı üçün insanların ətraf ərazilərə köçməyə başladığını bildirib: “Optimallaşdırma adı altında bu idarələr bir-bir bağlanır, nəticədə Mehri əhalisinin həyatı çətinləşir. Sıra haralardadır? İndi də uşaq bağçaları və məktəblər bağlanacaq? 2010-cu ildə tikilmiş 100-ə yaxın işçisi olan xəstəxana fəaliyyətini dayandırıb. Morq bağlıdır, insanlar ölüləri yerləşdirmək üçün Qafana getməlidirlər. Nəqliyyatın fəaliyyəti səngiyib, insanlar çətinlik çəkir. Yaşam şərtləri pisləşdiyi üçün bir çox ailələr ərazidən köçüb. Sərhədyanı ərazilərdə dövlət qurumlarının mərkəzləri bir-bir bağlanır”.

“Yeni Müsavat” qeyd edir ki, göründüyü kimi, erməni deputatlar sıraya düzülüblər. Hərçənd Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır. Görünür, Bakıya sanksiya tətbiq etmək üçün işğalçı obrazı yaratmaq cəhdləri davam edir. Bu da şərti sərhəddə yeni münaqişə, hərbi toqquşmalar riski yaradır. Əgər eskalasiya olarsa, Azərbaycan Ordusu yeni strateji yüksəkliklərə nəzarət edəcək. Hazırda Qərb cəbhəsi maraqlıdır ki, şərti sərhəddə qarşıdurma baş versin. Bununla Ermənistanda olan Aİ mülki missiyası hesabat hazırlasın, patrul xidmətinin sayı artırılsın, Rusiya sərhədləri qoruya bilməməkdə ittiham edilsin, KTMT-dən çıxmaq barədə İrəvanda növbəti çağırışlar eşidilsin. Xüsusən NATO-nun regiona gələn nümayəndəsi Xavier Kolomina Ermənistanın alyansa yaxınlaşmaq istəklərindən məmnun olduqlarını deməklə, Rusiyanı qıcıqlandırdı. Zaxarova bu bəyanata kəskin reaksiya verdi. Kəsəsi, regionda strateji rəqabət güclənir, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq siyasəti dinamikləşir, ona təhlükəsizlik sahəsində vədlər verilir, bunun üçün də şərti sərhəddə lokal müharibə Qərbin maraqlarına uyğundur.

Analitik Elxan Şahinoğluna görə, Ermənistan Fransanın təhriki ilə İstisu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq: “Birincisi, Azərbaycan Ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq”.

Politoloqun fikrincə, aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq: “Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə "ərazilərini" geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq". Ekspert hesab edir ki, Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır: “Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantürası ona və ölkəsinə baha başa gələcək”.

Siyasi təhlilçi Asif Nərimanlı isə yada salır ki, ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib: “Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox "Azərbaycanın Ermənistana hücumu" kontekstində təqdim edilir. CFR-in proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür: birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir. Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd Azərbaycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyasının yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir".

Siyasi şərhçinin sözlərinə görə, ikinci ssenari Qazağın 4 kəndinin azad edilməsidir: “Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməsidir. Rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazağın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin - qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. Seçkidən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir. Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır. Bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan Moskvanın "müttəfiqliyindən" imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir".

Oxunub: 10158
Paylaş:
Digər xəbərlər

Siyasət

24-11-2023, 09:44

Sərhəddə görüş: ermənilərlə danışıqlar nəticə verəcək? - AKTUAL [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

29-09-2023, 13:26

Ermənistan MN: Hazırda Azərbaycanla sərhəddə vəziyyət nisbətən sakitdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-11-2023, 12:02

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-08-2023, 12:53

Paşinyan Zəngəzura gəlir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

13-06-2023, 12:30

Ermənistanın Naxçıvanla sərhəddə zavod tikməsi ilə bağlı bəyanat [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Yumurtanın yeni qiyməti MƏLUM OLDU
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Hadisə
27-06-2026, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Son xəbərlər
  • Bugün, 12:09
    Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
  • Bugün, 12:01
    Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
  • Bugün, 11:55
    Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
  • Bugün, 11:50
    Yumurtanın yeni qiyməti MƏLUM OLDU
  • Bugün, 11:10
    Leyla və Alena Əliyevalar festivalda - Fotolar
  • Bugün, 11:04
    Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət
  • Bugün, 10:28
    Bakıda “Türk Dünyası Həftəsi” keçirilir
  • Bugün, 10:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bugün, 09:44
    “İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN
  • Bugün, 09:38
    İsti hava Avropada 1300-dən çox can aldı
  • Bugün, 09:32
    Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
  • Bugün, 09:22
    ABŞ və İran razılığa gəldi
  • Bugün, 09:00
    Putindən acı etiraf: Benzin tapılmır
  • 27-06-2026, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • 27-06-2026, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • 27-06-2026, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • 27-06-2026, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • 27-06-2026, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • 27-06-2026, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • 27-06-2026, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • 27-06-2026, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • 27-06-2026, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • 26-06-2026, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • 26-06-2026, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • 26-06-2026, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • 26-06-2026, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • 26-06-2026, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • 26-06-2026, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə