Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.
Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq.