Yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumata görə, idmançının ölüm səbəbi barədə hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, Vəli Əliyev cari ilin 18 iyun tarixində keçirilən cüdo üzrə Naxçıvan Muxtar Respublikası birinciliyində qızıl medal qazanmışdı.