• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM

Siyasət

23-01-2024, 13:46

Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM


Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınır:

- “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilsin.

- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilsin.

- Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcra müddəti

İcraçı orqanlar

1

2

3

4

1.

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışı

2024-cü il

may

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2.

İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi və bu çərçivədə:

- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;

- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;

- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

3.

İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

4.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

5.

İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

6.

Mədəni irsin qorunması, İslam mədəniyyəti, habelə Azərbaycanın tarixini və incəsənətini əks etdirən mövzularda beynəlxalq və yerli əhəmiyyətli simpoziumların, elmi-praktiki tədbirlərin və konfransların təşkili

2024-cü il

sentyabr

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

7.

İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili

2024-cü il

ərzində

Dövlət Turizm Agentliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

8.

ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi

2024-cü il

may-iyun

Mədəniyyət Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

9.

Şuşada İslam ölkələrinin rəssamlarının və fotoqraflarının sərgi və düşərgəsinin təşkili

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

10.

İslam ölkələrinin yaradıcı gəncləri arasında müxtəlif müsabiqələrin, o cümlədən vizual sənət növləri üzrə internet müsabiqəsinin keçirilməsi

2024-cü il

ərzində

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi

11.

Şuşada İslam ölkələrindən olan gənclərin iştirakı ilə ICESCO simulyasiya sessiyasının keçirilməsi, İslam ölkələrinin gəncləri üçün yay düşərgələrinin təşkili

2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

12.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərinin keçirilməsi

2024-cü il

ərzində

Gənclər və İdman Nazirliyi,

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

13.

Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli filmin hazırlanması (müxtəlif dillərdə)

2024-cü il

ərzində

Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

14.

İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərinin təşkili

2024-cü il

ərzində

Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri Dövlət

Qoruğu İdarəsi

15.

Şuşanın tarixi abidələrini və onun İslam dünyasındakı rolunu özündə əks etdirən təbliğat materiallarının (nəşrlər, albomlar, məqalələr, kitablar, broşürlər, televiziya verilişləri, filmlər və s.) hazırlanması və beynəlxalq səviyyədə yayımlanması

2024-cü il

ərzində

Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

16.

“Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanışı

2024-cü il

dekabr

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi,

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsia

Oxunub: 10270
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

21-11-2023, 13:24

İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam

Siyasət

25-09-2023, 15:04

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Siyasət

15-01-2024, 12:55

Rəsulzadə ilə bağlı SƏRƏNCAM

İqtisadiyyat

5-12-2023, 13:23

Şuşa‒Laçın yolu yenidən qurulacaq - SƏRƏNCAM

İqtisadiyyat

29-12-2023, 13:02

Bu yolun təmirinə pul ayrıldı - SƏRƏNCAM

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə