• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İran Azərbaycanda nəyə nail olmaq istəyir?

Siyasət

12-10-2026, 16:42

İran Azərbaycanda nəyə nail olmaq istəyir?


Bu gün Azərbaycanda müxtəlif məktəblərin qarşısında baş verənlərə heç bir Azərbaycan vətəndaşı laqeyd yanaşa bilməz. Azərbaycanda “Kərimə dövlət”i qurmaq istəyənlər respublikamızın aydınlıq və sekulyarlıq qalası olan təhsil müəssisələrinə hücuma keçiblər.

Dini həssasiyyəti yüksək, psixoloji təsir altına düşmüş və dövlətə qarşı nə qədər təhlükəli ssenarinin iştirakçısı olmasının fərqinə vara bilməyənlər də var. Lakin bütövlükdə xüsusi təşkilatlandırılmış mürtəce qrupların əvvəlcədən hazırlanmış sxem üzrə hərəkət etdiyi aydın görsənir. Səslənən şüarlar, sərgilənən aqressiya və dərhal etiraz nümayişi kimi deyil, planlaşdırılmış təxribat aksiyaları təəssüratı bağışlayan diversiyaların izinin İrana gedib çıxdığı artıq heç kimdə şübhə doğurmur.

ABŞ ilə savaşda hərbi, sosial və iqtisadi böhranla üzləşmiş İran Azərbaycanda nəyə nail olmaq istəyir? Tehranda klerikal rejimin bəlkə də son aylarını yaşadığı bir ərəfədə Azərbaycandakı “5-ci kolon”unu aktivləşdirməsi, əlbəttə, təsadüf deyil.

Birinci diqqətçəkən məqam budur ki, Nazirlər Kabinetinin vahid məktəbli forması standartları ilə bağlı qərarını əvvəlcə hüquqi mübahisə kimi təqdim edənlər meydana çıxdı. Lakin qarşılarına AİHM-nin çoxsaylı qərarları qoyulduqdan sonra, insan hüquq və azadlıqları artıq heç bir İran təşviqatçısının yadına düşmədi. Filmlərdən tanıdığımız mürtəce obrazların yeni versiyaları populist ifadələr üzərindən cəmiyyəti təxribata çəkmək üçün propoqanda apardılar. İran klerikal, Azərbaycan sekulyar dövlətdir. Bu iki fərqli dövlət modeli fərqli idarəçilik, fərqli vətəndaş, fərqli təhsil fəlsəfəsinə əsaslanır. Bu gün təşkil olunan təxribatlarla İran Azərbaycanın dövlətçilik fəlsəfəsini cəmiyyət nəzərində mübahisələndirmək istəyir.

İkincisi, İran, heç şübhəsiz, Azərbaycan cəmiyyətində məzhəb və kimlik üzərindən təsir imkanlarını genişləndirmək niyyətindədir. Son savaş Tehranın bütün geopolitik iddialarını, demək olar ki, sıfırlayıb. İranın islam dünyası üçün nə qədər təhlükəli geopolitik akter olması daha çox islam ölkəsində cəmiyyətlərə məlum olduqca, Tehran coğrafiyaya liderlik iddialarının davam etdiyini göstərməyə çalışır. “Bax, görürsünüz, mən hələ güclüyəm, Azərbaycanda tərəfdarlarım var, bölgəni qarışdıra bilərəm” mesajı verməklə İran mollaları ideoloji aura yaratmağa çalışırlar.

Ən ciddi məsələlərdən biri təxribatların Azərbaycan dövlətinin qərarvermə mexanizmlərinə təzyiq göstərmək məqsədidir. Bu gün Azərbaycan idarəçilik sistemi xarici dini-siyasi mərkəzlərin göstərişləri, təbliğat və təxribat kampaniyaları ilə dövlətin sekulyarlıq prinsipini güzəştə gedərsə, daha təhlükəli bir presedent yarana bilər: “Azərbaycanın dövlət siyasətinə kənardan ideoloji təsir göstərmək mümkündür”!

Odur ki, İran Azərbaycanda növbəti ssenarilər işə salmazdan öncə, dövlətin prinsipiallığını, qətiyyətini test edir. Nəticədə süni şəkildə “dövlət-din” qarşıdurması görüntüsü yaratmaqla, cəmiyyətdə qütbləşmə və dövlət təşkilatına etimadsızlıq formalaşdırmaq niyyəti güdür.

Nəhayət, İranın öz daxilindəki ziddiyyətləri arxa plana keçirmək üçün bu təxribatları təşkil edir. Heç kimə sirr deyil ki, İran hakimiyyəti məcburi hicab siyasəti ətrafında daxildə müqavimətlə üzləşib. Azərbaycanda yaratdığı “hicab gərginliyi” ilə diqqəti özünün dini idarəçilik modelindən kənara yönəltmək və eyni zamanda hicabı regional ideoloji gündəmin mərkəzində saxlamaq istəyir.

Bütün bunlar öz növbəsində çox sayda suallar doğurur. Vacib suallardan ilki budur ki, məktəbə hücumlarda istifadə olunan plakatları kim hazırlayıb, iştirakçılar arasında koordinasiyanı kimlər təşkil edib. Bundan başqa, ən müxtəlif ölkələrdən idarə olunan sosial şəbəkə hesablarından tirajlanan eyni tezislər harada hazırlanır, videoçarxlar, posterlər necə ortaya çıxır? Hicabsız influenserlərin və pulsuz hüquq xidməti vəd edən bəzi hüquqşünasların paraları haradan gəlir? Mən qətiyyən şübhə etmirəm ki, bütün bu sualların cavabını dövlət bilir və cəmiyyətə də elan olunacaq.

Lakin bir məsələ bəribaşdan bəllidir: Azərbaycan heç zaman İran və İran kimi olmayacaq!

Taleh Şahsuvarlı

Oxunub: 1015
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

13-05-2024, 09:18

Heydər Əliyev: Xalqa həsr edilmiş ömür

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə