• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

Siyasət / Video

12-02-2026, 13:28

SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO


Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən bildirilib ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Oxunub: 1074
Paylaş:
Digər xəbərlər

Siyasət

12-02-2026, 13:38

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi

Hadisə

1-12-2025, 12:03

Əli Kərimliyə ittiham irəli sürüldü

Hadisə

1-12-2025, 13:00

DTX tərəfindən saxlanılan Məmməd İbrahimliyə ittiham irəli sürülüb

Cəmiyyət

16-12-2025, 09:33

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür

Hadisə

21-10-2025, 12:47

Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu

Araşdırma
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Dəfn pulu da artırılır
Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
Hadisə
Bugün, 12:11
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
Bugün, 12:05
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Bugün, 10:08
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
Bugün, 10:05
“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Dün, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Dün, 12:09
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
Son xəbərlər
  • Bugün, 12:11
    “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
  • Bugün, 12:05
    Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
  • Bugün, 12:02
    3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
  • Bugün, 11:59
    Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
  • Bugün, 11:53
    Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
  • Bugün, 11:45
    Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
  • Bugün, 11:39
    Dəfn pulu da artırılır
  • Bugün, 11:36
    2027-ci ildə ərzaq təhlükəsizliyinə ayrılacaq vəsait artırılır
  • Bugün, 10:08
    İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
  • Bugün, 10:05
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • Bugün, 09:43
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bugün, 09:28
    "Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı
  • Bugün, 09:24
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • Bugün, 09:20
    Trampdan seçki nəticələrinə dair - İlk açıqlama
  • Bugün, 09:12
    SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!
  • Bugün, 09:04
    Tramp məğlubiyyəti etiraf etdi: Ağ Evdə qarşılıqlı ittihamlar başlandı
  • Bugün, 09:00
    İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir
  • Dün, 17:16
    Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
  • Dün, 16:00
    Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
  • Dün, 15:30
    İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
  • Dün, 14:22
    Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
  • Dün, 13:39
    Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
  • Dün, 13:11
    Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
  • Dün, 13:01
    Azərbaycanın yeni ombudsmanı seçildi
  • Dün, 12:12
    Milli Məclis bəyanat qəbul etdi
  • Dün, 12:09
    Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
  • Dün, 12:05
    MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
  • Dün, 12:01
    Vəzifəli şəxs rüşvətə görə həbs olunubmuş - Rəsmi
  • Dün, 11:58
    Kozinoğlunun saç və dırnaq nümunələrində - Ölümcül maddə aşkarlandı
  • Dün, 11:55
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Dün, 11:49
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Dün, 10:48
    Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün
  • Dün, 10:35
    Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO
  • Dün, 09:52
    Yeni mənzil alanlara VACİB XƏBƏR: Buna diqqət etməlisiniz!
  • Dün, 09:48
    ABŞ-də dəhşət: Milyonçu və ailəsi təyyarə qəzasında həlak oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə