• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir

Siyasət

6-02-2026, 11:01

Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir


Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin rəsmi Anadolu agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb.

Agentlik bildirib ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb.

Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.



Türkiyənin “Hürriyet” qəzetinin dərc etdiyi “Əbu-Dabidə kritik təmas: Əliyev Paşinyan ilə görüşdü” sərlövhəli məqalədə bildirilib ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Bakı və İrəvan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.



Qardaş ölkənin “İhlas” xəbər agentliyinin və “Haber Global” telekanalının saytında, həmçinin “Akşam”, “Yeni Akit”, “Birgün” qəzetlərində, “Haber365”, “Haberlerim”, “Son dakikam”, “Haber sitesi” və geniş auditoriyaya malik digər portallarda Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin onun Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc olunub.



Rusiyanın TASS agentliyinin saytında dərc olunmuş “Əliyev Azərbaycan ilə Ermənistan arasında praktik əməkdaşlığın başladığını bəyan edib” sərlövhəli yazıda qeyd olunur ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən Azərbaycan Prezidenti son altı ay ərzində Bakı ilə İrəvan arasında münasibətlərin konfrontasiyadan qarşılıqlı fəaliyyət mərhələsinə keçdiyini bildirib. Rusiyanın rəsmi agentliyi dövlətimizin başçısının sözlərini sitat gətirib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.



Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və dövlətimizin başçısının çıxışından sitatlar Rusiyanın “Kommersant” qəzeti, “RİA Novosti” agentliyi, “News.ru” portalının materiallarında da yer alıb. Rusiya mətbuatı qeyd edib ki, mərasimdə İlham Əliyev 30 ildən çox müharibə aparan ölkələrin artıq altı aydır ki, sülh şəraitində yaşadıqlarını bildirib (8 avqust 2025-ci ildə ABŞ-da sülh müqaviləsinin paraflanmasına istinad edir). “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”, - deyə Azərbaycanın lideri vurğulayıb.



Azərbaycan Prezidentinin Əbu-Dabi səfəri İtaliyanın nüfuzlu media orqanlarında da işıqlandırılıb. Bu ölkənin “Notizie da Est”, “Latestata”, “Farodiroma”, “Parroççia” qəzetləri, həmçinin “Agenzie Nova” agentliyi Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc ediblər. Yazılarda qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla 30 ildən artıq davam edən münaqişəyə son qoyub, bununla da Cənubi Qafqaz regionunun inkişafına töhfə verir. Vurğulanıb ki, məhz sülh istiqamətində səylərinə görə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu nüfuzlu mükafata layiq görülüblər.



Vatikanın rəsmi “Vatican News” nəşri də Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə material dərc edib.

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri BƏƏ mediasında da geniş işıqlandırılıb. Bu ölkənin rəsmi WAM agentliyi dövlətimizin başçısının fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü barədə xəbər dərc edib və videomaterial yayımlayıb. Agentliyin daha bir materialında isə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə geniş məlumat verilib. BƏƏ-nin rəsmi agentliyi qeyd edib: “Azərbaycan Prezidenti bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirib, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini özü üçün böyük şərəf adlandırıb. O vurğulayıb ki, bu böyük liderin uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevirib”.

Materialda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.



BƏƏ-nin “Al İttihad”, “The Travel Dubai”, “UAE Barq”, “Al Vatan”, “Nabd” qəzet və portalları da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə materiallar dərc edib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını bildirib, həmçinin mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına təşəkkür edib. Dövlətimizin başçısının sözləri də sitat gətirilib: “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.

Pakistanın “Pakistan in the World” nəşri və Qazaxıstanın “İnform.kz” portallarında da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi barədə xəbərlər dərc olunub.

Yayımlanan xəbərlərdə dövlət başçısının Ermənistanın Baş naziri ilə görüşü zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə dair səsləndirilən fikirlər yer alıb.

Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və Livan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin göstəricisi kimi qiymətləndirilib.

Misirin “Youm7”, Səudiyyə Ərəbistanının “SA24”, Küveytin “Q8-Press” və Livanın “Athabat” nəşrlərinin məlumatına görə, görüşdə ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı müsbət addım kimi qiymətləndirilib. Bildirilir ki, bu proseslər artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.



Mərakeşdə fəaliyyət göstərən “A5r5br” və ərəbdilli “Mvlana” portalı isə görüşün Cənubi Qafqazda regional sabitliyin möhkəmləndirilməsi və uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin tərkib hissəsi olduğunu qeyd edib. Ərəb mediası vurğulayır ki, Əbu-Dabidə baş tutan təmaslar Azərbaycan–Ermənistan dialoqunun davam etdirilməsinə və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinə xidmət edir.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 2026-cı il “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak ediblər. Mükafat bu il hər iki liderə təqdim olunub.

İspaniyanın “Aciprensa” xəbər portalı yazır ki, mükafatın təqdimolunma mərasimi Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsinə və sülh səylərinin tanınmasına stimul verib.

İsveçrənin “Swissinfo” və Paraqvayın “ABC” saytı xəbər verir ki, tərəflər ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsini, enerji ixracı və Azərbaycan ərazisindən tranzit imkanlarının artırılmasını müsbət addım kimi qiymətləndiriblər. Liderlər, həmçinin TRIPP dəhlizi və digər nəqliyyat layihələrinin reallaşdırılmasının normallaşma prosesini dəstəklədiyini vurğulayıblar.

“Commonspace” isə görüşü ikitərəfli iqtisadi əməkdaşlıq və regional inteqrasiyanın gücləndirilməsi baxımından önəmli addım hesab edib. Həmin saytda dərc olunan xəbərdə vurğulanır ki, Əbu-Dabidə baş tutan təmaslar gələcəkdə sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin daha sistemli şəkildə qurulmasına və regionda uzunmüddətli əməkdaşlıq mədəniyyətinin inkişafına yönəlmiş perspektivlərin müəyyənləşdirilməsinə xidmət edir.

Rusiyanın bir sıra nəşrləri də Prezident İlham Əliyevin BƏƏ səfəri və Ermənistanın Baş naziri ilə keçirilən görüş barədə xəbərlər yayımlayıb. “Tass.ru”, “Trtrussian.com”, “kommersant.ru”, “kp.ru”, “ng.ru”, “rbc.ru”, “interfax.ru”, “lenta.ru”, “news.ru” xəbər portallarında dərc edilən xəbərlərdə ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən bəhs edilib. Xəbərlərdə, həmçinin tərəflərin ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəldikləri vurğulanır.



Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Ermənistanın Baş naziri ilə keçirdiyi görüş Türkiyənin aparıcı media qurumları, o cümlədən “hurriyet.com.tr”, “akittv.com.tr”, “ensonhaber.com”, “haberturk.com”, “cnnturk.com” xəbər portallarında da geniş işıqlandırılıb. Xəbərlərdə Azərbaycanla Ermənistan arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi üçün səylərin, eləcə də normallaşma prosesinə dəstək olmaq üçün əlaqələrin davam etdiriləcəyi barədə razılığa gəlindiyi qeyd edilib. Yazılarda, həmçinin bildirilib ki, görüşdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və digər əlaqəli layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Özbəkistanın “zamin.uz” saytının dərc etdiyi xəbərdə də Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə iki ölkə arasında münasibətlərin yumşaldılması və sabitləşdirilməsi istiqamətində atılan son addımları müzakirə etdiyi vurğulanıb. Yazıda, həmçinin qeyd edilib: “Danışıqlar şou deyil, uzun bir marafondur. Amma əgər ticarət işləyirsə, tranzit gedirsə, insanlar gəlib-getməyə başlayırsa, deməli, yol doğrudur. İndi isə sadəcə sürəti itirməmək lazımdır”.

Oxunub: 1065
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

4-02-2026, 18:17

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB

Siyasət

4-02-2026, 17:48

İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

Gündəm / Siyasət

4-02-2026, 20:15

Prezidentin qızı və nəvəsi ilə qatıldığı mərasimdən - Fotolar

Siyasət

3-02-2026, 10:29

Prezident Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb

Gündəm / Siyasət / Video

5-02-2026, 10:44

Prezident dünənki mərasimdən video paylaşdı

Araşdırma
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
Hadisə
Bugün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Bugün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Bugün, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Bugün, 09:20
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Son xəbərlər
  • Bugün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Bugün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Bugün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Bugün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Bugün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Bugün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Bugün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Bugün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Bugün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Bugün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Bugün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Bugün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
  • Bugün, 09:39
    Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
  • Bugün, 09:28
    Bu 12 yolda tıxac var - Siyahı
  • Bugün, 09:22
    Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Bugün, 09:20
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
  • Bugün, 09:12
    İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Bugün, 09:00
    Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə