"Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində də bəzi mühüm yeniliklər var".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında deyib.
O bildirib ki, bunlardan biri yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiqidir:
"Sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb. Belə ki, ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur".
"Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas
prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını
stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdirilcək", - deyə xidmət rəisi qeyd edib.