• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İdman

Bugün, 12:04

“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...


Kluba yönələn tənqidlərdə indi ən axırıncı hədəf baş məşqçi olmalıdır, çünki...

Ey gidi dünya, sən nə nəhəng klubların yıxılmasını gördün, hansı məşhur komandalardan azarkeşlərin üz çevirməsinə, nə şöhrətli baş məşqçilərin stadionlarda “İstefa! İstefa!” şüarları ilə sarsılmasına şahidlik etdin...

Dünəndən sosial şəbəkələrdə, “TikTok”da hara baxırsan, “Qarabağ”ın son oyunlardakı məyusluğuna rast gəlirsən. Biz “Qarabağ” nümunəsində bəlkə də yuxarıda sadaladıqlarımın acısını yaşayırıq. Ona görə də klub ətrafında bir az qəzəbli, bir az əsəbi, nə gizlədəsən, bir az da qərəzli əhval var. Hətta Qurban Qurbanovun istefa verməsinə çağırışa qədər...Guya problem Qurban Qurbanovdur? Yaxşı, bir uğurlu baş məşqçi nümunəsi var, onu da göndərdik getdi. Tutaq ki, heç işsiz də qalmadı, məsələn, biznesə keçdi. Sonra gedib xaricdən kimi gətirsinlər onun yerinə? Kim gəlsin? Ona görə “Qarabağ”a yönələn tənqidlərdə indi ən axırıncı hədəf Qurbanov olmalıdır. Hələ başlamayan milli çempionatın axırdakı vəziyyətə baxaq. Məncə, bu dəfə “Qarabağ” üçün daha çətin olacaq, hətta ilk üçlük belə... Ona görə milli çempionatın sonunu gözləyək, sonra o istefa tələbini də gündəmə gətirmək olar.
Klub tərəfdarlarında bu qarışıq əhval təkcə Avropadakı son uğursuzluqla bağlı deyil. Bu pessimizm milli liqada çempionluğu əldən verəndən başlayıb. Bu məyusluğu artıran isə Çempionlar Liqasında uğurlu çıxışdan sonra heç bir xüsusi ehtiyac olmadan bu yay klubda baş verən ciddi oyunçu dəyişikliyidir. Klub rəhbərliyinin “qaş düzəltmək əvəzinə vurub gözü də çıxarıb” düşüncəsi indi meydanda o qədər qabarıq görünür ki, mən daxil olmaqla bir çox tərəfdar bu dəyişiklikliyi həzm edə bilmir.Hardasa qarşıma çıxdı, klub prezidenti Duranın və Andradenin satışa çıxarılmasına belə bir izahat verib ki, Avropada belə rəy var ki, “Qarabağ”a transfer olunmaq sərfəli deyil, çünki onlar oyunçu satmırlar. Açıqlamanı müzakirə etmirəm. Çünki ötənlərdə də dəfələrlə yazmışam ki, klubun xərc-gəlir məsələsi bizim qarışacağımız, məsləhət verəcəyimiz sahə deyil. Yəni transfer siyasətinə görə “asıb-kəsmək” asandır, amma unutmayaq ki, klub həm də menecer işidir, oyunçu alqı-satqısından qazanc əldOna görə indi baş məşqçi üzüntülü yox, daha çox qayğılı görünür. Çünki bu oyunçuları sistemə uyğunlaşdırmaq, necə deyərlər, “yonub-yontalamaq” məsuliyyəti yenə də əsasən onun üzərindədir. Kimlər ki, bu sistemə uyğunlaşacaqlar, klub üçün faydalı olacaqlar, qalacaqlar. Kimlərlə ki, davam etmək alınmayacaq, ilk fürsətdə göndəriləcəklər. Yəni bu yeni transferlərin hamısı qalıcı deyil.Məsələn, yeni transferlərdən biri Zaxariya Savo zədələndi. Bu, qəza da ola bilər, talesizlik də. Amma baş məşqçinin izahı belə olub ki, onun 120 dəqiqə oynamağa gücü çatmayıb. Bu özü artıq həmin transfer haqqında çox şey deyir.120 dəqiqə tab gətirə bilməyən oyunçunun “Qarabağ” kimi iddialı klubda nə işi var axı?

“Qarabağ”ın bu il hətta Konfrans Liqasından kənarda qalmasından belə faciə düzəltmək lazım deyil. Kiyev “Dinamo”su aşağı-yuxarı elə indiki “Qarabağ” səviyyəsində oynayır. Yəni Polşadakı oyun bərabər səviyyəli klubların qarşılaşması oldu. Liqa mərhələsinə düşməsini baş məşqçi çox istəyər. Çünki yeni oyunçuları sınaqdan çıxarmaq üçün bu, yaxşı fürsət olardı.ə etməkdir. Klub bizim üzvlük ianələrimizdən büdcəsini doldurmur ki, tərəfdar qarşısında maliyyə hesabatlılığı və ya məsuliyyəti olsun. Ona görə nə qədər desək də, istənilən klubun öz mühasibatlığı var və özümüzü bu işdə yormamalıyıq.

Yeri gəlmişkən, Duranın “Seltik”dəki son çıxışına baxdım. Onun oynadığı cinahda olmasa da, ümumən klubda hücum mövqeyində keyfiyyətli oyunçular var. Şotlandiya çempionatı indi başlayıb, amma mənə belə gəldi ki, belə rəqabətdə onun əsas heyətdə yerini qoruması asan olmayacaq. Onu heyətlərində görmək istədilər, ona görə “Qarabağ”dan aldılar. O da var ki, oyunçuların gedişinə görə bir çox hallarda klub rəhbərliyini qınamaq da olmur. Yenə Duran misalında deyim. O, Azərbaycanda azarkeşlərlə dolu stadionu əsasən Avropa səviyyəli qarşılaşmalarda görürdü. İndi isə çempionat oyunlarını da dolu stadionda oynayacaq. Bu da ciddi motivasiyadır.

Gedənlərin səbəbləri sırasında klubdakı sərt idarəçilik məsələsi də olmamış deyil. Tutaq ki, kolumbiyalı Kevin Medina keyfinin adamı idi, amma onun istirahət istəkləri ilə “Qarabağ”dakı rejim uyğunsuz ola bilərdi. Belə həssas nüanslar təkcə “Qarabağ”da deyil, bütün klublarda var...

Bir məsələ də var. “Qarabağ”dan adlı-sanlı klubların oyunçu alması ilə qürrələnmələri bir az lazımsız söhbətdir. Amma yenə deyək: reallıqları indi azarkeş deyil, transfer bazarı diktə edir.Qurban Qurbanovun razılığı olmadan bu kluba nə bir oyunçu gəlir, nə də bir oyunçu gedir. Bunu bilirik. Klub prezidenti də dəfələrlə deyib ki, baş məşqçinin istəyi əsasdır.
Klubun məşqçi heyətinin budəfəki eksperimenti – məsələn, Zubiri orta xəttdə oynatmaq, Kaşuku əsas hücumçu mövqeyinə çəkmək – çox uğursuz oldu. Zubir kapitandır, köhnə kişilərdəndir. Amma onun yaşı və xeyli zəifləmiş kimi görünən fiziki durumu daha 90 dəqiqə yüksək tempdə oynamağa kifayət etmir. Kaşukun əsas heyət oyunçusu olması da klubun çox seçimə malik olmadığını göstərir. Nəhayət, eksperimentdirsə, heyətə bu sezon daxil edilən öz balalarımızı – “Qarabağ”ın yetirmələrini meydana buraxsınlar. Haqlarında yaxşı rəylər var...

Biz də “Qarabağ” haqqında çox pessimist olmayaq.musavat.com

Oxunub: 100
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

21-08-2025, 20:52

Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Gələn il İrəvana gedəcəyik? – İLGİNC anons
Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirdi - Fotolar
Hadisə
Bugün, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Bugün, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Dün, 12:34
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Dün, 11:18
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
Dün, 11:02
Qubada yol qəzası: 5 nəfər yaralandı
5-08-2026, 12:16
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
Son xəbərlər
  • Bugün, 12:21
    Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
  • Bugün, 12:17
    Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
  • Bugün, 12:10
    Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
  • Bugün, 12:04
    “Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
  • Bugün, 11:42
    Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
  • Bugün, 11:25
    Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
  • Bugün, 10:37
    II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
  • Bugün, 10:28
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • Bugün, 10:19
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
  • Bugün, 10:13
    Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
  • Bugün, 09:38
    Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
  • Bugün, 09:32
    Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
  • Bugün, 09:28
    İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
  • Bugün, 09:23
    Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
  • Bugün, 09:19
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bugün, 09:00
    Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
  • Dün, 16:00
    Tramp Venesuela neftini müharibə qəniməti adlandırdı
  • Dün, 15:30
    Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
  • Dün, 14:25
    Prezidentdən AZAL-la bağlı FƏRMAN
  • Dün, 14:22
    Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda
  • Dün, 13:49
    Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
  • Dün, 13:44
    Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
  • Dün, 12:55
    Səlim Müslümovun milyonluq əmlakı satıldı
  • Dün, 12:39
    Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
  • Dün, 12:34
    Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
  • Dün, 12:08
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Dün, 11:56
    Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
  • Dün, 11:32
    İran Ermənistan üçün dağları partladır – Türkiyə və Azərbaycana görə
  • Dün, 11:18
    Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
  • Dün, 11:02
    Qubada yol qəzası: 5 nəfər yaralandı
  • Dün, 10:51
    Gecənin ƏN ÖNƏMLİ xəbəri: ABŞ İranla bağlı bu qərarlarını LƏĞV ETDİ
  • Dün, 10:38
    Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
  • Dün, 10:26
    Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
  • Dün, 09:56
    “SpaceX” raketi Aya çırpıldı
  • Dün, 09:50
    Ceyhun Bayramov Kiyevdə - Foto
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə