• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Prezidentindən ermənilərin “böyük bacı”sı Makrona “soyuq duş”…

Gündəm / Siyasət

30-08-2023, 13:44

Azərbaycan Prezidentindən ermənilərin “böyük bacı”sı Makrona “soyuq duş”…


Son vaxtlarda Fransa, Ermənistan və erməni lobbisi koordinasiya olunmuş şəkildə Azərbaycana qarşı davamlı təxribat cəhdləri etməkdədir. Təxribat cəhdlərinin ən pik həddində avqustun 29-da Fransa prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı baş tutub. Məlumata görə, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Məlumatdan aydın olur ki, Fransa prezidentinin Azərbaycan Prezidenti ilə istər 44 günlük müharibə dövründə, istər ondan sonrakı dövrlərdə telefon danışıqları və birbaşa keçirdiyi görüşlərdən nəticə çıxarmadığı hiss olunur. Hər dəfəsində burnu ovulsa da, yenə erməniyəoxşar məxluq olduğundan həyasızlığından, tərbiyəsizliyindən əl çəkmir ki, çəkmir. Bu dəfə də belə oldu. Makron hesab edirdi ki, sanksiya hədə-qorxusu ilə Azərbaycanı geri otuzdura biləcək. Amma yanıldı. Özü də çox pis formada, burnu ovularaq geri otuzduruldu.

Prezident İlham Əliyev hədəfləri sərrast nişan alaraq erməniləri və onların havadarlarının Azərbaycana qarşı çirkin siyasi oyunlarını ifşa edərək bunun mənasız olduğunu bəyan etdi. Prezident açıqca bəyan etdi ki, Azərbaycan mövqeyində qətiyyətli və israrlıdır, irəli sürdüyü şərtlər qəbul edilməyənədək geri çəkilməyəcək.

Azərbaycan Prezidenti bəyan etdi ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Dövlət başçısı bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan Qarabağda yaşayan erməniəsilli insanlara yardım etməyə hər zaman hazırdır. Bu məqsədlə qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə ilkin razılaşma əldə edilib. Lakin qarşı tərəf bu razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Necə olur, Xankəndidəki xunta rejimi Ermənistandan və Fransadan humanitar yük adı altında gələn yükləri qəbul etməyə hazırdır, amma Azərbaycandan gələn humanitar yükləri qəbul etmir. Bir yandan “blokada”, “aclıq” deyib haray-həşir salıb yardım istəyəsən, digər tərəfdən isə göndərilən yükü qəbul etməyəsən? Bu, absurd yanaşma, siyasi möhtəkirlik deyil, bəs nədir?! Özü də ən böyük möhtəkirlik, riyakarlıq.

Məqsəd təbii ki, hamıya bəllidir. Qarabağdakı erməniəsilli insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesini əngəlləməklə sülhə mane olmaq. İndiki dövrdə bu formada gözə kül üfürməklə nəyəsə nail olmağın dövrü keçib. Bu taktika ilə vaxt uzatmaq olar, amma müsbət nəticə əldə etmək qeyri-mümkündür. Bundan isə itirən tərəf Azərbaycan yox, ermənilər olacaq.

Prezident bir daha ermənilərin havadarı - “böyük bacı” Makronun diqqətinə çatdırdı ki, Azərbaycan Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və digər şəhərlər dəvət edilib, ancaq onlar müxtəlif bəhanələrlə bundan imtina ediblər.

Laçın yoluna gəldikdə isə Prezident daha sərt və konkret formada Azərbaycanın qəti mövqeyini ortaya qoyub. “Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”. Bu isə o deməkdir ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolu artıq gömrük keçid məntəqəsi kimi fəaliyyət göstərəcək və viza rejimi ilə gediş gəliş mümkün olacaq.

Azərbaycanla təzyiq, təhdid dili ilə danışmaq heç kimə fayda verməyib və verməyəcək də!

Odur ki, bu gün fransızların Laçın sərhədinə doğru “yürüşü” iflasa uğrayacaq. Onların iki yolu var - ya Azərbaycanın dediyi formada hərəkət edəcəklər, ya da burnu ovula-ovula geri dönməli olacaqlar. Başqa üçüncü yol yoxdur. İstər Makronun telefon danışığı, istərsə də Fransanın “humanitar yük” şousu ermənilərə, Parisə, erməni lobbisinə və digər erməni havadarlarına soyuq duş olacaq.

Oxunub: 10261
Paylaş:
Digər xəbərlər

Dünya

16-06-2023, 13:24

Makron və Rəisinin 90 dəqiqəlik danışığı – ŞOK DETAL MƏLUM OLDU

Siyasət

21-08-2023, 16:00

Fransa öz təxribatçı mövqeyinə Çini də cəlb etmək istəyir - ALINACAQMI?

Hadisə

9-08-2023, 12:15

Azərbaycana qarşı təhlükə: İran və Ermənistan təxribat hazırlayır - NƏ ETMƏLİ?

Siyasət

31-08-2023, 09:00

Xankəndidəki ermənilərin yeganə qurtuluş yolu Bakıdadır - AÇIQLAMA

Siyasət

8-06-2023, 10:59

Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə