• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QARDAŞLIQ KÖRPÜLƏRİ: PREZİDENT İLHAM ƏLİYEVİN DÜŞƏNBƏ MESAJI

Gündəm

13-10-2025, 18:37

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm çıxış edib. Prezidentin nitqi təkcə ikitərəfli əlaqələrin və regional əməkdaşlığın inkişafına deyil, həm də mədəni, humanitar və idman sahələrində inteqrasiyanın güclənməsinə dair əhəmiyyətli mesajlarla yadda qalıb.
Öz çıxışının əvvəlində Prezident İlham Əliyev qardaş Tacikistan xalqını ölkə rəhbərliyinin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edib. Dövlət başçısı Düşənbənin son illərdəki inkişafını yüksək qiymətləndirərək şəhərdə aparılan abadlıq və tikinti işlərinin Tacikistanın ümumi tərəqqisinin göstəricisi olduğunu vurğulayıb. Prezident deyib: “Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.” Bu sözlər Azərbaycanla Tacikistan arasında dostluq və qarşılıqlı hörmətin dərin köklərə malik olduğunu bir daha göstərdi.
Prezident İlham Əliyev çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl və dinamik inkişaf etdiyini də xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı əlaqələr qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır, həmçinin böyük inkişaf potensialına malikdir. “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.” Prezidentin bu fikirləri regionda sabitlik və əməkdaşlıq üçün əsas şərtlərdən biri olan qarşılıqlı etimad mühitinin güclənməsinə xidmət edir.
İlham Əliyev həmçinin çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə toxunub və bu təşəbbüsü dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib. O, Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin əhəmiyyətini qeyd edərək, bu tədbirin Azərbaycanın mədəni irsinin dünyaya tanıdılmasına və region xalqları arasında humanitar əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Prezident bildirib: “Bu ilin iyununda Laçında ‘MDB-nin mədəniyyət paytaxtı İli’nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.” Bu sözlər Azərbaycanın bərpa və quruculuq sahəsində qazandığı nailiyyətlərin MDB miqyasında da nümunəvi hal aldığını nümayiş etdirir.
Dövlət başçısı çıxışının davamında MDB məkanında əməkdaşlığın yeni istiqamətlərindən biri olan idman sahəsində birgə fəaliyyətin önəmini qeyd edib. Prezident İlham Əliyev sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində keçirilən III MDB Oyunlarının əhəmiyyətindən danışaraq, bu tədbirin təkcə idman yarışları deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın bayramı olduğunu vurğulayıb. O qeyd edib: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi.” Prezident İlham Əliyev qeyd edib ki, bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da inkişafına xidmət edir.
Prezidentin bu çıxışı Azərbaycan diplomatiyasının əsas istiqamətlərindən birinin – regional inteqrasiya və multilateral əməkdaşlığın təşviqi – istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilə bilər. İlham Əliyevin Düşənbədəki çıxışı MDB daxilində birliyin möhkəmləndirilməsi, xalqlar arasında dostluq əlaqələrinin dərinləşdirilməsi və mədəni-humanitar əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, Prezident İlham Əliyevin Düşənbədəki nitqi həm Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişaf perspektivlərini, həm də MDB məkanında Azərbaycanın artan nüfuzunu və fəal rolunu nümayiş etdirir. Azərbaycanın müstəqillik dövründə formalaşdırdığı sabit və çoxşaxəli diplomatiya, regionda sülhün və inkişafın təmin olunması istiqamətində atdığı addımlar bu çıxışda da aydın şəkildə öz əksini tapdı. Prezidentin sözləri bir daha sübut etdi ki, Azərbaycan həm dostluq, həm də tərəfdaşlıq münasibətlərinə sadiq ölkə olaraq, MDB-nin gələcək inkişafına mühüm töhfələr verməyə davam edəcək.

Bakı Qızlar Universiteti tələbəsi Şəhla Zeynalova
Nəsimi rayon gənci

Oxunub: 10150
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-10-2025, 12:01

İlham Əliyev: Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir

Siyasət

18-08-2023, 13:23

İlham Əliyev Tacikistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Siyasət

9-09-2024, 13:04

Prezident Rəhmonu təbrik etdi

Siyasət

10-10-2025, 10:45

Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

Siyasət

24-07-2025, 11:48

İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib

Araşdırma
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Hadisə
Bugün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Bugün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Bugün, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
Dün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
28-10-2026, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
28-10-2026, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Son xəbərlər
  • Bugün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Bugün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Bugün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Bugün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Bugün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Bugün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Bugün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Bugün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Bugün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Bugün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Bugün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Bugün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bugün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Bugün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Bugün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Bugün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Bugün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Bugün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Bugün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • Dün, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • Dün, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • Dün, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • Dün, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • Dün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Dün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Dün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Dün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Dün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Dün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Dün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Dün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Dün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Dün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Dün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə