• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənistan ordusunda nə baş verir?

Dünya

7-09-2026, 09:58

Ermənistan ordusunda nə baş verir?


Ermənistan ordusunda qeyri-döyüş itkiləri ilə bağlı vəziyyət getdikcə daha ciddi xarakter alır. Hərbi qulluqçuların ölüm hallarının böyük hissəsinin döyüşlə bağlı olmaması orduda intizam, psixoloji durum və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.Musavat.com xəbər verir ki, ArmTribunal.com saytının məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında Ermənistan ordusunda 30 hərbçinin ölümü qeydə alınıb. Avqustun sonuna bu rəqəm 33-ə çatıb. Saytda dərc olunan materialda xüsusilə diqqət çəkən məqam isə orduda intiharların sayının ötən illə müqayisədə 38 faiz artmasıdır. Məlumata görə, hərbçilərin ölümü arasında cinayət nəticəsində baş verən hallar da artıb. 2024-cü ildə Ermənistan ordusunda qeyri-döyüş itkiləri bütün ölüm hallarının 90 faizini təşkil edib. Son iki il yarım ərzində isə döyüşdə ölüm faktının qeydə alınmadığı bildirilir. Sonuncu döyüş itkisi 2024-cü ilin fevralında baş verib.
Sayt orduda intiharların əsas səbəbləri sırasında hərbçilər arasında zorakılıq, təzyiq, təhqir və psixoloji problemləri göstərir.Məqalədə 20 yaşlı əsgər Narek Torosyanın ölümü nümunə kimi təqdim olunur. Bildirilir ki, o, əvvəlcə Çəmbərəkdə hərbi hissələrdən birində xidmət edib və ilk altı ay ərzində ciddi problem yaşamayıb. Daha sonra başqa hərbi hissəyə keçirilən əsgərin orada xidmət yoldaşlarının təzyiqinə məruz qaldığı, döyüldüyü və nəticədə intihara sürükləndiyi iddia edilir.Narek Torosyan iyulun 21-də intihar edib. Hadisə ilə bağlı iki hərbçi saxlanılıb. Onlardan biri – kiçik serjant – intihara çatdırma da daxil olmaqla üç maddə üzrə ittiham olunur.Mərhum əsgərin anası Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək ədalət tələb edib.Materialda Ermənistan ordusunda intihar hallarının bir-birinin ardınca baş verməsi də xüsusi vurğulanır. Avqustun 24-də Sisian şəhərində 37 yaşlı müqaviləli hərbçi Ayk Movsisyan intihar edib. Onun iki övladının olduğu və həyat yoldaşının üçüncü uşağa hamilə qaldığı bildirilir.Saytın məlumatına görə, bu hadisə Ermənistan ordusunda bir ay ərzində qeydə alınan artıq beşinci intihar olub.

Bununla yanaşı, avqust ayında hərbçilərin odlu silahdan açılan atəş nəticəsində ölümü ilə bağlı iki hadisə də baş verib. Avqustun 23-də Vaykda 22 yaşlı Edqar Gevorkyanın meyiti güllə yarası ilə aşkarlanıb. İstintaq hadisəni qətl kimi qiymətləndirib və şübhəli şəxs saxlanılıb.Avqustun 13-də isə Müdafiə Nazirliyi Qriqor Zakaryanın meyitinin aşkarlandığını açıqlayıb. Onun da odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.Orduda bütün ölümlər intihar və qətllərlə məhdudlaşmır. Avqustun 19-da Çəmbərək–Vahan yolunda gecə vaxtı qaçış edən hərbçilərdən ibarət qrupu “QAZ-53” markalı yük maşını vurub. Nəticədə cəmi bir ay əvvəl hərbi xidmətə çağırılmış 19 yaşlı Suren Vardanyan ölüb.Hadisə ilə bağlı batalyon qərargah rəisi saxlanılıb. Paşinyan isə sonradan həmin avtomobilin istismar edilməməli olduğunu bildirib.Ermənistanın müdafiə naziri Suren Papikyanın açıqlaması isə ordudakı vəziyyətlə bağlı yeni suallar doğurub. Avqustun 24-də Ayk Movsisyanın ölümü artıq mediada geniş yayıldığı halda Papikyan hadisədən xəbərsiz olduğunu deyib. Nazir etiraf edib ki, orduda ölümlərin artmasının səbəbini izah edə bilmir. Eyni zamanda Papikyan hərbçilərin ölümü ilə bağlı müBaş nazir Nikol Paşinyan isə iyulun 30-da ordudakı qeyri-döyüş itkiləri barədə danışarkən ölüm hallarının böyük hissəsinin birbaşa ordu ilə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, səbəblər arasında qumar oyunları, ailə və şəxsi problemlər, eləcə də postda yatmaqla bağlı yaranan münaqişələr var. Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, bu yanaşma problemin sistemli səbəblərini kölgədə qoyur. Hüquq müdafiəçisi Zara Ovanesyan orduda intizam mexanizminin qeyri-rəsmi cəzalandırma, təzyiq və təhqir sisteminə çevrildiyini bildirir. Onun fikrincə, hakimiyyət yalnız ayrı-ayrı ölümləri araşdırmaqla kifayətlənməməli, təkrarlanan hadisələrin ümumi səbəblərini müəyyən etməlidir.

Hərbi ekspert Karen Vrtanesyan isə problemin kökündə şəxsi heyətin çatışmazlığını və effektiv psixoloji yardım sisteminin olmamasını görür. Onun sözlərinə görə, əvvəllər fəaliyyət göstərən hərbi keşişlər institutu ləğv edilib, onların yerinə yaradılması nəzərdə tutulan hərbi psixoloqlar sistemi isə lazımi səviyyədə işləməyib.Beləliklə, Ermənistan ordusunda əsas sual getdikcə daha kəskin səslənir: əgər orduda artıq döyüş olmadığı halda hərbçilər intihar edir, qətlə yetirilir və təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölürlərsə, problem əsgərlərdədir, yoxsa ordunun özündə?

Oxunub: 1010
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-09-2023, 12:24

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı - FOTO

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

İqtisadiyyat

24-07-2025, 14:22

Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?

Cəmiyyət

11-08-2026, 13:04

Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə