• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...

Cəmiyyət

11-08-2026, 13:04

Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...


Dünya təcrübəsində müxtəlif regionlarda iqtisadi artım göstəricilərinin müqayisəsi zamanı vahid yanaşmadan istifadə olunur. Bir çox hallarda beynəlxalq qurumlar bir neçə ölkənin yerləşdiyi bir region üzrə orta göstəriciləri hesablayırlar.

Azərbaycan iqtisadiyyatı belə hesabatlarda adətən Cənubi Qafqaz və və ya Mərkəzi Asiya regionu çərçivəsində qiymətləndirilir.
Ümumi yanaşmalardan əlavə, həm də ölkələr üzrə fərqi xüsusiyyətlər də nəzərə alınır, bir çox hallarda iqtisadiyyatların strukturu üzrə yaxınlıq nəzərə alınır. Məsələn, Azərbaycan regional prinsiplərlə yanaşı, bəzən iqtisadiyyatın strukturuna görə yaxın olduğu Rusiya və Qazaxıstanla müqayisəli şəkildə qiymətləndirilir. Çünki hər 3 ölkənin iqtisadiyyatında neft-qazın yüksək payı var, iqtisadi artım göstəricilərinə bu iki mənbədən daxil olan gəlirlər ciddi təsir göstərir.

Yerləşdiyimiz region üzrə qiymətləndirmə apararkən əsasən Cənubi Qafqaz ölkələrinin göstəriciləri nəzərə alınır. Belə yanaşma həm beynəlxalq qurumların analitikləri, həm də yerli mütəxəssislər tərəfindən nümayiş etdirilir.

Beləliklə, Cənubi Qafqazın ərazi, əhali və iqtisadiyyata görə ən böyük ölkəsi olan Azərbaycanın iqtisadiyyatı Ermənistan və Gürcüstanla müqayisə olunur. Halbuki eyni regionda yerləşsələr də, bu 3 ölkənin iqtisadi inkişaf sürəti, iqtisadiyyatın strukturu baxımından çox ciddi fərqlər var.

2025-ci ildə Ermənistanda ÜDM artımı təxminən 7,2 faiz təşkil edib. Bu zaman ticarət və xidmətlər (informasiya və rabitə sektoru da daxil olmaqla) ÜDM artımında ən böyük paya sahib olmaqla artımın yarıdan çoxunu - 4,27 faizini təmin edib. Tikinti təxminən 1,48 faiz, sənaye (enerji daxil olmaqla) 0,64 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq isə 0,41 faiz iqtisadi artımı təmib edib.

2025-ci ilin yekununda Ermənistanda əsas seqmentlərin ÜDM töhfəsi belə olub: Mədənçilik və açıq mədənçilik — 3 faiz; İstehsalat — 11 faiz; Elektrik enerjisi, qaz, buxar və kondisioner — 2,3 faiz; Su təchizatı, sanitariya, tullantıların təmizlənməsi, təkrar emal və ikinci dərəcəli xammal — 0,3 faiz; Tikinti — 6,6 faiz; Topdan və pərakəndə ticarət, avtomobil və motosiklet təmiri — 13,4 faiz; Nəqliyyat və anbar təsərrüfatı — 3,7 faiz; Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq — 7,9 faiz; Yerləşmə və iaşə — 2,2 faiz; İnformasiya və rabitə — 5,8 faiz; Maliyyə və sığorta fəaliyyəti — 9,7 faiz; Daşınmaz əmlak əməliyyatları — 9,1 faiz; Peşəkar, elmi və texniki fəaliyyətlər — 1,8 faiz; İnzibati və dəstək fəaliyyətləri — 1 faiz; Dövlət idarəçiliyi, müdafiə və icbari sosial sığorta — 3,8 faiz; Təhsil — 2,3faiz; Səhiyyə və sosial xidmətlər — 4,7 faiz; İncəsənət, əyləncə və istirahət — 3,1 faiz; Xidmət sektorundakı digər xidmətlər — 0,7 faiz.

Ermənistanın statistika qurumu olan Armstat-a görə, qida məhsullarına vergilər (subsidiyalar istisna olmaqla) ümumi ÜDM-in təxminən 10,6 faizini təşkil edib.

Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı ən böyük problemi sayıla bilər. Məsələn, 2026-cı ilin birinci yarısında Ermənistanda 7,9 faizlik iqtisadi artım qeydə alınıb. Bu zaman sənayedə 10,8 faiz, tikintidə 24,5 faiz, xidmət sektorunda 11 faiz, ticarətdə 0,9 faiz artım, kənd təsərrüfatında isə 11,9 faiz azalma olub. Kənd təsərrüfatındakı azalmanın əsas səbəbləri arasında may ayından Ermənistandan Rusiyaya demək olar ki, bütün aqrar məhsulların ixracının dayandırılmasının rolu yüksək qiymətləndirilir. Kənd təsərrüfatının Ermənistan ÜDM-də payı 7 faizdən yuxarıdır, Rusiyaya ixracın dayanması bu baxımdan ölkənin iqtisadi artımına ciddi təsir göstərə bilər. Lakin iqtisadiyyatın digər sektorlarındakı yüksək inkişaf tempi bu mənfi təsiri kompensasiya etməyə imkan verəcək.

Gürcüstan Milli Statistika İdarəsinin (Georgiastat) məlumatına görə, 2025-ci ildə ölkədə real ÜDM artımı 2024-cü il göstəricisi ilə müqayisədə 7,5 faiz təşkil edib. Hesabat dövrü üçün adambaşına düşən ÜDM 10,300 ABŞ dolları olub.

Gürcüstan iqtisadiyyatı region ölkələri arasında ən çox diversifikasiya olunmuş iqtidsadiyyatdır: ÜDM strukturunda heç bir sektor ümumi əlavə dəyərin 15 faizdən çoxunu təşkil etmir. Lakin bəzi sektorlar digərlərindən xeyli sürətlə böyüyür. Keçən il ən dinamik artım informasiya texnologiyaları və rabitə, təhsil, maliyyə sektoru, nəqliyyat və anbar təsərrüfatı sahələrində müşahidə olunub. Gürcüstan iqtisadiyyatının dörd ən böyük sektorunun 2025-ci ildə ÜDM-dəki payı azalıb: ticarətin payı 14,8 faizə (0,6 faiz bəndi azalma), daşınmaz əmlak əməliyyatlarının payı 9,3 faizə (0,5 faiz bəndi azalma), istehsalatın payı 9,1 faizə (0,6 faiz bəndi azalma) və tikintinin payı 8,0 faizə (0,5 faiz bəndi azalma) düşüb.

Lakin ixtisaslı işçi qüvvəsinin axınının ikincili təsiri sayəsində daha mürəkkəb sektorlar eyni vaxtda inkişaf etməyə başlayıb. İT (+28,7 faiz artım), təhsil (+24,5 faiz) və maliyyə (+12,9 faiz) sahələrində artım kəskin şəkildə sürətlənib. Nəqliyyat və anbar təsərrüfatında güclü artım (+8,9 faiz) müşahidə olunub. Bu, Gürcüstan iqtisadiyyatının yüksək əlavə dəyərli xidmətlərin ixracına və onun tranzit potensialının daha da inkişaf etdirilməsinə əsaslanan daha dayanıqlı artım modelinə keçidini göstərə bilər.

Gürcüstanda da birinci yarımildə 7,9 faizlik iqtisadi artıma nail olunub, göstəricidə ənənəvi sektor bölgüsündə ciddi dəyişiklik qeydə alınmayıb.

Azərbaycana gəlincə, regionun ən böyük iqtisadiyyatının ən mühüm problemi neft-qaz sektorundan asılılıqdır. Dövlət Statistika Komitəsinin hesablamasına əsasən 2025-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) ümumi həcmi 129,1 milyard manat olub. Neft-qaz sektorunda istehsal olunan ÜDM 36 milyard 786,9 milyon manat olmaqla ölkə ÜDM-nin təqribən 28,5 faizini təşkil edib.

ÜDM-in strukturunda neft-qaz sektorunun daxil edildiyi sənayenin payı 33 faizə, Ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faizə, Nəqliyyat və anbar təsərrüfatı 7,1 faizə, Tikinti 6,5 faizə, Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faizə,Ş Turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faizə, İnformasiya və rabitə 2,1 faizə, Digər xidmət və sahələr 21,7 faizə bərabər olub.

Bu ilin birinci yarısında Azərbaycanda 65,2 milyard manat məbləğində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artım deməkdir. Bu zaman neft-qaz sektoru ÜDM-in 30 faizini təmin edib. Bu sektorda istehsal 0,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,5 faiz artıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Azərbaycan iqtidadiyyatı üçün müsbət trend artımda qeyri-neft-qaz sektorunun payının yüksəlməsidir. Birinci yarımildə az da olsa iqtisadi artım məhz bu sektorun hesabına qeydə alınıb. Hazırkı vəziyyətdə ən dayanıqlı iqtisadiyyat Gürcüstandadır. Ermənistan üçün əsas çağırış Rusiyadan, Azərbaycan üçün isə neft-qaz sektorundan asılılıqdır. Bu baxımdan, hər iki ölkənin qarşısında həll olunası mühüm problemlər qalır...musavat.com

Oxunub: 1025
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm / Siyasət

12-02-2025, 10:33

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

Araşdırma
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bağçalara növbəyə yazılma prosesi başlayır
Hadisə
Bugün, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Bugün, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
Bugün, 09:25
Bəzi yollarda tıxac var
Dün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Dün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Dün, 10:52
Xəzərdə zəlzələ oldu
Son xəbərlər
  • Bugün, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • Bugün, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • Bugün, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • Bugün, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • Bugün, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • Bugün, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • Bugün, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • Bugün, 13:35
    Prezidentə müraciət etdilər
  • Bugün, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • Bugün, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • Bugün, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • Bugün, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • Bugün, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • Bugün, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • Bugün, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • Bugün, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • Bugün, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • Bugün, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • Bugün, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • Bugün, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bugün, 09:25
    Bəzi yollarda tıxac var
  • Bugün, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • Bugün, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • Bugün, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • Bugün, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • Dün, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • Dün, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
  • Dün, 13:48
    ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi
  • Dün, 13:17
    Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
  • Dün, 13:00
    İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
  • Dün, 12:30
    Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
  • Dün, 12:24
    Prezident Qaradağda açılışda - Fotolar
  • Dün, 12:09
    Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
  • Dün, 11:53
    Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
  • Dün, 10:52
    Xəzərdə zəlzələ oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə