• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ və Rusiya ortaq “qlobal layihə” reallaşdırır: Bu iki nəhəng dövlət “güclülərin dünyası”nı qurur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-01-2026, 09:00

ABŞ və Rusiya ortaq “qlobal layihə” reallaşdırır: Bu iki nəhəng dövlət “güclülərin dünyası”nı qurur


ABŞ və Rusiya fərqli qlobal düşərgələrdə olsalar da, hər iki dövlət hərbi-siyasi gücə bağlı yeni dünya nizamının əsas təşəbbüskarları hesab olunmalıdır… Məhz bu iki dövlətin aqressiyası ucbatından “kim güclüdürsə, o da haqlıdır” prinsipi artıq qlobal məkanın “yazılmamış konstitusiya”sına çevrilməyə başlayıb…
Rusiya və ABŞ-ın qlobal məkandakı davranışları böyük ölçüdə bir-birinə paralellik təşkil edir. Belə ki, bu iki nəhəng dövlət beynəlxalq hüquq normalarına əhəmiyyət vermir, davamlı olaraq, daha zəif dövlətlərin hüquqlarını kobud şəkildə pozurlar. Yəni, həm Rusiya, həm də ABŞ müasir dünyada “kim güclüdürsə, o da haqlıdır” prinsipinin həlledici qaydaya çevrilməsinə çalışırlar. Və bu baxımdan, qlobal məkanda “zorakı gücün hegemoniyası”nın bərqərar olunmasına yönəlik təhlükəli ssenarinin siyasi sponsorları rolunda çıxış edirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla oğurlaması və Ağ Evin Qrenlandiya və Kanadanı ilhaq etmək niyyətini rəsmən açıq şəkildə bəyanlamasından sonra Ukrayna ərazilərini işğal edən Rusiya da bu istiqamətdə hədəflərini genişləndirmək həvəsini artırıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son aqressiv açıqlamaları Kremlin yalnız Qərbə yönəlik ənənəvi tənqid xəttini deyil, eyni zamanda, müasir beynəlxalq siyasi-hüquqi sistemin mahiyyətinə dair daha dərin və açıq etirafı da ortaya çıxarır.

Çünki Sergey Lavrovun “beynəlxalq arenada “kim güclüdürsə, o da haqlıdır” prosesi gedir” məzmunlu fikri paradoksal şəkildə yalnız Qərbin deyil, həm də Rusiyanın və ABŞ-ın faktiki davranışlarını izah edən “açar tezisə” çevrilməyə başlayıb. Və bu baxımdan, Rusiya və ABŞ-ın qlobal proseslərə yanaşmalarında mövcud olan paralellik, “böyük güclərin hegemon davranış modeli”, eləcə də bunun qlobal istem üçün doğurduğu neqativ nəticələr ciddi narahatlıq yaradır.

96b846b6daa03dd7570ef872298b8a5f.jpeg (410 KB)

Maraqlıdır ki, son vaxtlar onilliklər boyu mövcud olmuş beynəlxalq qaydalara bağlı qlobal sistemi, artıq tədricən zorakı gücün təsir reallığı əvəzləyir. Əslində, Kreml Qərbi, xüsusən də, ABŞ-ı adətən, qloballaşmanı “öz qaydaları” üzərində qurmaqda ittiham edir. Eyni zamanda, Çinin də məhz bu “qaydalar” çərçivəsində Qərbi geridə qoyduğunu vurğulayır. Bu yanaşma, müəyyən mənada, Ağ Evin uzun illər təşviq etdiyi liberal iqtisadi və ticarət sisteminin artıq ABŞ-ın öz maraqlarına tam cavab vermədiyi anda “təhlükəli” elan edilməsinin, məhz Kreml tərəfindən tənqid olunması anlamına gəlir.

Ancaq burada diqqətçəkən daha bir önəmli məqam ondan ibarətdir ki, Kreml də beynəlxalq hüquq normalarını və qaydalarını yalnız Rusiyanın maraqlarına sərfəli olduğu hallarda ön plana çəkilməsinə üstünlük verir. Yəni, ABŞ və Rusiya fərqli siyasi-ideoloji prioritetlərə malik olsalar da, hər iki dövlət üçün əsas meyar qlobal qaydaların bütün dünya üçün aliliyi deyil, məhz beynəlxalq güc balansının mütləq təmin edilməsinə nail olmaqdır. Və ona görə də, həm Rusiyanın, həm də ABŞ-ın qlobal məkanda baş verənlərə münasibətdə “hegemon reflekslər” göstərməsi qətiyyən təəccüblü deyil.

Digər tərəfdən, Rusiya siyasi dairələrinin Qərbi İrana yönəlik “rejim dəyişikliyi” siyasəti yürütməkdə ittiham etməsi və Latın Amerikasında ABŞ-ın kobud hərbi müdaxilə cəhdlərini xatırlatması, Kremlin “qlobal məkanda Ağ Evin hegemoniya cəhdləri”nə verdiyi ənənəvi reaksiya örnəyidir. Bununla belə, Rusiya postsovet məkanında və yaxın xaricdə, xüsusilə də, Şərqi Avropada analoji hegemon reflekslər nümayiş etdirməklə diqqəti çəkir. Və Kremlin təhlükəsizlik, təsir zonaları və loyal siyasi rejimlər anlayışı, Rusiyanın xarici siyasət prioritetlərində mərkəzi yer tutur.

Məsələ ondadır ki, ABŞ-ın Venesuela, Kuba və dünyanın digər regionlarındakı sərt təzyiq siyasəti Kreml üçün də xarakterikdir. Belə ki, Rusiya eyni davranışları öz imkanları çərçivəsində Ukrayna, Gürcüstan və ümumilikdə postsovet məkanına yönəlik atdığı aqressiv addımlarıa təkrarlayır. Bu iki ölkənin zorakı güc strategiyasında yeganə fərq isə yalnız Rusiya və ABŞ-ın istifadə etdiyi “geostrateji alətlər”də və siyasi-ideoloji əsaslandırmalarda özünü biruzə verir.

3113cf6f-f231-494c-bebf-31e3edcfee28.jpg (839 KB)

Kremlin Avropa Birliyi, NATO və qlobal müharibə ilə bağlı da Qərbi suçlamaq üçün narrativləri mövcuddur. Belə ki, Kreml Qərb liderlərini, o cümlədən də, NATO-nun baş katibi Mark Rütteni Rusiyaya qarşı genişmiqyaslı müharibəyə hazırlaşmaqda ittiham edir. Üstəlik, bu, daha çox Rusiyanın “təhlükə qavrayışı”nı qlobal məkanda legitimləşdirmək məqsədi də daşıyır. Və eyni zamanda, Ağ Ev də Avropa təhlükəsizlik arxitekturasını Rusiyaya qarşı çəkindirmə mexanizmləri üzərində quraraq, ABŞ-ın hərbi-siyasi liderliyini möhkəmləndirməyə çalışır.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin də ənənəvi xarakter daşıyan və Rusiya ilə qarşıdurmada ön planda saxlanılan “ya bizimlə, ya da əleyhimizə” yanaşması Kreml tərəfindən ciddi qıcıqla qarşılanır. Halbuki, Avropa Birliyinin bu yanaşma tərzinə paralellik təşkil edən analoji seçim dilemması Rusiyanın da öz tərəfdaşlarına münasibətdə geniş şəkildə tətbiq etdiyi mexanizmdir. Və beləliklə, həm ABŞ, həm də Rusiya üçün çoxtərəfli təsir faktorları qlobal məkanda real güc siyasətinin əsas alətinə çevrilməkdədir.

Ancaq ABŞ və Rusiyanın qlobal məkandakı təhdidkar davranışlarında oxşarlıqlar olsa da, Kreml Ağ Evin Avropa dövlətləri ilə ziddiyyətlərinin daha da dərinləşməsində maraqlıdır. Ona görə də, “qoca qitə” ölkələrinin rəsmi Kiyevə dəstəyindən ciddi şəkildə narazı olan Kreml ABŞ-ı Ukrayna münaqişəsinin “ilkin səbəbləri”nə toxunmağa hazır olan yeganə Qərb dövləti kimi təqdim etməyə çalışır. Və bu, iki ölkənin kəskin siyasi-ideoloji qarşıdurmasına baxmayaraq, Kreml və Ağ Ev arasında qlobal məsələlərdə praqmatik ortaq mövqe ehtimalının hələ də mövcud olduğunu göstərir.

Maraqlıdır ki, həm Rusiyanın, həm də ABŞ-ın çoxqütblü dünya ritorikası əslində, sadəcə, formal xarakter daşıyır. Çünki bu iki nəhəng dövlət əsl reallıqda orta və kiçik dövlətlərin suveren manevr imkanlarının genişlənməsində qətiyyən maraqlı deyil. Əksinə, Rusiya və ABŞ qlobal məkandakı təhdidkar davranışları ilə yeni dünya düzəninin “böyük güclər” arasında təsir dairələrinin indikindən daha fərqli pay bölgüsü mexanizmləri üzərindən qurulmasına cəhd göstərirlər.

63a21acef01b9457e00124e1dbdfdb9e.jpg (281 KB)

Göründüyü kimi, yeni qlobal nizamın yaradılması prosesində əsas faktor rolunu oynayan “güclülərin dünyası” prinsipi beynəlxalq sistemin gələcək taleyini də həll edə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da etiraf etdiyi kimi, Qərbin formalaşdırdığı qlobal qaydaların artıq işləmədiyi bir mərhələdə dünya “güc əsaslı legitimlik” modelinə doğru sürüklənir. Bu modeldə ABŞ da, Rusiya da, Çin də “güc varsa, hüquq da var” məntiqindən çıxış etməyə üstünlük verir. Belə cəhdlərin doğurduğu reallıq isə beynəlxalq hüququn normativ mahiyyətini zəiflədir, çoxtərəfli qlobal strukturları formal platformalara çevirir və regional münaqişələrin sayını artırır.

Belə anlaşılır ki, nəhəng dövlətlərin, o cümlədən də, ABŞ və Rusiyanın təhdidkar davranışları, əslində, müasir beynəlxalq münasibətlərin artıq fərqli keyfiyyət qazandığına, “güclülərin dünyası”nın qurulmaqda olduğuna işarə edir. Ona görə də, ABŞ və Rusiya fərqli qlobal düşərgələrdə olsalar da, hər iki dövlət hərbi-siyasi gücə bağlı yeni dünya nizamının əsas təşəbbüskarları hesab olunmalıdır.

Çünki məhz bu iki dövlətin aqressiyası ucbatından “kim güclüdürsə, o da haqlıdır” prinsipi yalnız Qərbin deyil, həm də ümumiyyətlə, qlobal məkanın “yazılmamış konstitusiya”sına çevrilməyə başlayıb. Bu isə o deməkdir ki, indi beynəlxalq sistemdə əsas qlobal təhlükə Qərb-Rusiya qarşıdurmasından daha çox, “zorakı güc”ün dünyada yeganə legitimlik ölçüsünə çevrilməsi ilə bağlıdır.(musavat.com)

Oxunub: 1019
Paylaş:
Digər xəbərlər

Dünya

7-01-2026, 16:00

Ağ Ev dünyanı öz maraqlarına uyğun bölüşdürür: ABŞ təkbaşına planetin yarısını ələ keçirtməyə can atır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-05-2025, 09:12

ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-01-2026, 09:00

ABŞ və Avropa Birliyi müəmmalı “bazarlığa” başladı: Ağ Evə Ukraynanın əvəzində “nəhəng ada” veriləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-09-2025, 09:11

Tramp Putini ən zəif yerindən vurur: ABŞ Rusiyanın son "xilas pəncərəsi"ni də qapadır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-01-2026, 16:00

NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Albertə haqsız hücumlar
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Hadisə
Dün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
25-06-2026, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • Dün, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • Dün, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • Dün, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • Dün, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • Dün, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • Dün, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • Dün, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • Dün, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • Dün, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • Dün, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • Dün, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Dün, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • Dün, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • Dün, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • Dün, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dün, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Dün, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • 25-06-2026, 12:33
    İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
  • 25-06-2026, 12:29
    ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
  • 25-06-2026, 12:25
    Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • 25-06-2026, 12:21
    Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
  • 25-06-2026, 12:15
    İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
  • 25-06-2026, 11:22
    Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
  • 25-06-2026, 11:18
    Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
  • 25-06-2026, 10:45
    Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 25-06-2026, 10:08
    Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə