• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-01-2026, 16:00

NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”


Kollektiv Qərb daxili savaşa doğru sürüklənir, bu düşərgənin əsas problemi artıq “xarici düşmənlər” deyil, çünki ABŞ hegemoniyası indi ənənəvi müttəfiqlər üçün olduqca ciddi risk faktoruna çevrilib... Bu baxından, NATO da tarixi sınaq qarşısındadır, əgər, ABŞ və müttəfiqləri arasında kompromis alınmazsa, Qərb düşərgəsinin parçalanaraq, iflas etmə prosesi geriyə dönməz xarakter daşıya bilər...
ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər müasir dünya iki qütbün amansız qarşıdurması üzərindən idarə olunurdu. Buna baxmayaraq, beynəlxalq hüquq normaları da müəyyən təsir gücünə malik idi və iki qütblü dünyada hərbi-siyasi, eləcə də, ideoloji qarşıdurmanı böyük ölçüdə tənzimləyirdi. Ancaq ABŞ-ın son davranışları, xüsusilə də, Venesuela diktatoru Nikolas Naduronun oğurlanması müasir dünyada beynəlxalq hüquq normalarını sıradan çıxardaraq, olduqca təhıükəli presedent yaratdı. Və üstəlik, Tramp administrasiyasının xarici siyasəti onilliklər boyu ABŞ-ın patronajlığı altına mövcud olmuş, Qərb adlandırılan siyasi-ideoloji qütbü də ciddi şəkildə parçalayıb.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp ABŞ-ın hədəfinə olan dövlətlərin sırasını genişləndirməkdə davam edir. Hazırda Kolumbiya, Kanada, Meksika, Danimarkaya aid Qrenlandiya adası və s. ABŞ-ın hədəfindədir. Xüsusilə də, Ağ Evin yaratdığı Qrenlandiya böhranı hazırda NATO və kollektiv Qərbin daxilindəki parçalanmanı daha da dərinləşdirir. Çünki Qrenlandiya ətrafında baş verənlər “klassik ərazi mübahisəsi” çərçivəsindən çıxaraq, kollektiv Qərbin daxilində, konkret olaraq isə NATO-da və ABŞ-Avropa Birliyi münasibətlərində ciddi struktur böhranını üzə çıxarıb.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməyə yönəlik açıq və təhdidkar mesajları, Avropa ölkələrinin buna sərt reaksiyaları və NATO çərçivəsində hərbi balans axtarışına başlanılması yeni yaranmış böhranı artıq tədricən “geopolitik qırılma nöqtəsi”nə daşıyır. Belə anlaşılır ki, kollektiv Qərbin yaxın gələcəkdə üzləşə biləcəyi əsas təhlükəsi artıq Rusiya və Çin deyil, məhz bu qlobal qütbün öz daxilində dərinləşən ziddiyyətlərdir. Və hazırda kollektiv Qərbin daxilində əsas cavabsız sual isə Tramp administrasiyasının Qrenlandiya doktrinasının real təhlükəsizlik arqumentinə, yoxsa gizli imperiya planına bağlı olub-olmamasından qaynaqlanır.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp Qrenlandiyanı ABŞ üçün “kritik milli təhlükəsizlik zonası” kimi təqdim edir. Onun əsas arqumentasiyası formal olaraq, məhz Arktikada Rusiya və Çinin artan hərbi mövcudluğuna söykənir. O, birmənalı şəkildə bildirir ki, əgər, ABŞ hərəkətsiz qalsa, Qrenlandiya adası ya Rusiyanın, ya da Çinin nəzarətinə keçə bilər. Və bu, onu göstərir ki, Ağ Ev Qrenlandiyaya ABŞ-ın yerləşməsi ssenarisi üzərində ciddi şəkildə işləyir.

Ancaq prezident Donald Trampın Qrenlandiya ilə bağlı mesajlarında diqqət çəkən əsas məqam odur ki, Ağ Ev sahibi Danimarkanın bu ada üzərindəki suveren hüquqlarını birmənalı olaraq, şübhə altına alır. Onun “500 il əvvəl oraya bir qayıq çıxarmaları həmin adanın onlara məxsus olması demək deyil” kimi iddiaları əslində, beynəlxalq hüququn təməl prinsiplərinə ziddir. Daha təhlükəlisi isə Ağ Ev sahibinin “ya sülh yolu, ya da daha sərt üsullarla” bəyanatıdır ki, bu da ilk dəfə ABŞ prezidentinin NATO üzvü olan bir ölkəyə qarşı dolayısı ilə hərbi təhdid dilində danışması anlamına gəlir.

Bütün bunlara paralel olaraq, Tramp administrasiyasının “Qrenlandiya doktrinası”nın ABŞ daxilində də çatlar yaratdığı, hətta Ağ Ev və Pentaqon arasında ziddiyyət mühitinə yol açdığı müşahidə edilir. Belə ki, Ağ Ev sahibinin qlobal qarşıdurma yarada biləcək kursu ABŞ daxilində heç də yekdil dəstəklə qarşılanmır. Böyük Britaniya mətbuatının məlumatına görə, prezident Donald Tramp xüsusi əməliyyat qüvvələrinə Qrenlandiyaya yönəlik hərbi müdaxilə planları hazırlamağı tapşırsa da, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsi buna qəti şəkildə etiraz edir. Və Pentaqonda hesab edirlər ki, belə planın həm hüquqi əsası yoxdur, həm də ABŞ Konqresinin Qrenlandiyaya hərbi müdaxilə üçün dəstək verəcəyi qətiyyən inandırıcı deyil.

Təbii ki, Tramp administrasiyasının Qrenlandiya doktrinasını ABŞ generallarının “dəli plan” kimi qiymətləndirməsi də təsadüfi deyil. Burada əsas təhlükəli məqam yalnız Qrenlandiyanın ilhaqı deyil, həm də belə bir addımın ABŞ-ın ənənəvi müttəfiqlər sistemini öz əli ilə dağıtma ehtimalı ilə bağlıdır. Bu baxımdan, prezident Donald Trampın xarici siyasət kursu ilk dəfə olaraq, ABŞ hərbi strateji elitasının mövqeyi ilə ciddi ziddiyyətlərə yol açmış kimi görünür. Və bu proses hətta tezliklə NATO-nun faktiki olaraq, parçalanaraq dağılma riskini də yaradır.

Digər maraqlı məqam isə odur ki, Avropa ölkələri Tramp administrasiyasının Qrenlandiya doktrinasına ilk dəfə olaraq, daha prinsipial şəkildə müqavimət göstərirlər. Belə ki, Avropa Birliyi bu doktrinanı qlobal səviyyədə real hərbi-siyasi təhlükə kimi qəbul etdiyini qətiyyən gizlətmir. Qərb mətbuatının məlumatına görə, rəsmi Brüssel Ağ Ev sahibi Donald Trampın öz planlarından geri çəkilməyəcəyi variant üçün ABŞ şirkətlərinə qarşı sanksiyalar paketi üzərində işləyir. Yəni, Avropa Birliyi artıq ABŞ-ı da potensial sanksiya hədəfi kimi nəzərdən keçirir. Və əgər, bu mexanizm işə düşərsə, sanksiyalar artıq Rusiya və ya İran kimi “kənar düşmənlərə” deyil, həm də NATO üzrə müttəfiq olan ABŞ-a qarşı da tətbiq edilmiş olacaq.

Eyni zamanda, Qərbi Avropa ölkələri NATO üzərindən Tramp administrasiyasının Qrenlandiya ssenarisinə qarşı daha sərt hərbi-siyasi reaksiya planları da qurmağa başlayıb. Belə ki, Böyük Britaniya, Fransa və Almaniya ortaq şəkildə Qrenlandiyada NATO missiyası ideyasını müzakirəyə çıxarıb. Əgər, anlaşma əldə onunarsa, bu şimal adasında NATO-nun hərbi kontingentinin yerləşdirilə biləcəyi ehtimal olunur. Əsas məqsəd isə Tramp administrasiyasının Qrenlandiyanı ilhaq etmək planlarını bloklamaqdan ibarətdir. Və paradoksal məqam odur ki, NATO bu dəfə ABŞ-ı xarici təhdidlərdən deyil, məhz Ağ Ev sahibinin yolverilməz ambisiyalarından qorumaq üçün alətə çevrilmiş olur.

Qərb ekspertləri hesab edirlər ki, Ağ Ev sahibi Donald Tramp NATO hərbi qüvvələrinin Qrenlandiyada yerləşdirilməsinə qarşı çıxarsa, onda, Avropa Birliyinin ABŞ-a yönəlik sanksiya mexanizmi dərhal işə salına bilər. Bu isə artıq klassik diplomatiya deyil, əksinə, ənənəvi müttəfiqlər arasında ultimatum siyasətidir. Və əgər, bu ziddiyyət vaxtında həll olunmazsa, onda NATO hərbi blok olaraq qalmaqla yanaşı, siyasi birlik kimi dağılmış vəziyyətə də düşə bilər.müsavat

Göründüyü kimi, kollektiv Qərb daxili savaşa doğru sürüklənir. Ona görə də, bu düşərgənin əsas problemi artıq “xarici düşmənlər” deyil, çünki ABŞ hegemoniyası indi ənənəvi müttəfiqlər üçün olduqca ciddi risk faktoruna çevrilib. Bu baxından, kollektiv Qərb, eləcə də, NATO hazırda tarixi sınaq qarşısındadır. Və əgər, belə davam edərsə, ABŞ və müttəfiqləri arasında kompromis alınmazsa, kollektiv Qərbin, eləcə də, NATO-nun parçalanma prosesi geriyə dönməz xarakter daşıya bilər.

Oxunub: 1030
Paylaş:
Digər xəbərlər

Dünya

23-01-2025, 09:00

Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-09-2025, 09:00

Kreml riskə getdi, NATO ilə birbaşa savaşa başladı: Qərb dərhal sərt reaksiya verməzsə, Rusiya dünyanı girov alacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-01-2026, 10:12

ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-12-2023, 09:10

Tramp Qərbin “kabus”una çevrilir: NATO dağılacaq, Avropa Birliyi süquta uğrayacaq, Bayden devriləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-03-2024, 09:00

Ağ Evin yeni sahibi təyin olundu: O, ABŞ-ni artıq qeyri-rəsmi idarə edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Hadisə
Dün, 12:15
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
Dün, 10:52
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
6-06-2026, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Son xəbərlər
  • Bugün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Dün, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dün, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dün, 13:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dün, 12:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dün, 12:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dün, 12:35
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dün, 12:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dün, 12:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dün, 12:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dün, 11:53
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dün, 11:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dün, 10:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dün, 10:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
  • Dün, 10:13
    TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • Dün, 09:50
    "96 faiz" açıqlaması: Paşinyan qalibdir, ermənilər Moskvanın kursunu rədd etdi
  • Dün, 09:45
    Makron: Rusiya Ermənistanda seçkilərə müdaxilə edib
  • Dün, 09:40
    İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
  • Dün, 09:28
    İsrail İrana zərbə endirdi
  • Dün, 09:23
    Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir
  • Dün, 09:19
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
  • Dün, 09:00
    Süni intellekt 1,3 milyard insanı susuz qoya bilər
  • 6-06-2026, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • 6-06-2026, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • 6-06-2026, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • 6-06-2026, 09:37
    Tesla xidmətə cəlb olundu
  • 6-06-2026, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • 6-06-2026, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • 6-06-2026, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • 6-06-2026, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə