• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tramp Ukraynaya “bayram sürprizi” hazırlayır: Ağ Evdə Zelenskini yenə “qorxulu anlar” gözləyir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

27-12-2025, 09:00

Tramp Ukraynaya “bayram sürprizi” hazırlayır: Ağ Evdə Zelenskini yenə “qorxulu anlar” gözləyir


Ukrayna savaşından sonrakı dövr üçün Kremllə iqtisadi əməkdaşlıq istiqamətləri barədə müzakirələr davam etdirilsə də, amerikalı analitiklər və investorlar Rusiyanı uzunmüddətli perspektivdə “riskli bazar” kimi qiymətləndirirlər… Prezident Donald Trampa yaxın funksionerlər Rusiyanı önəmli resurslarla zəngin biznes imkanları olan ölkə kimi təqdim etsələr də, Qərbin sanksiyaları, Rusiyadakı hüquqi qeyri-müəyyənlik və siyasi dəyişkənlik nəhəng investorları hələ uzun müddət çəkindirəcək…
İlin sonuna doğru Ukrayna müharibəsi ətrafındakı siyasi-diplomatik manevrlər artıq daha mürəkkəb və ziddiyyətli mərhələyə daxil olmağa başlayıb. Rusiya prezidenti Vladimir Putinin ABŞ siyasətindəki son dəyişiklikləri “zəiflik əlaməti” kimi qiymətləndirməsi, Ağ Ev sahibi Donald Trampın yenidən fəallaşması və Avropa Birliyinin Ukrayna üçün ayrıca təhlükəsizlik zəmanətləri hazırlaması diqqəti çəkir. Və bu, onu göstərir ki, ənənəvi siyasi-diplomatik kanallar getdikcə, artıq paralel və qeyri-formal təşəbbüslərlə tamamlanır, bəzən isə ümumiyyətlə, kölgədə qalır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin iri biznes nümayəndələri ilə qapalı görüşdə Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı ABŞ-la aparılan siyasi-diplomatik təmaslara yönəlik Kremlin mövqeyini açıqlayıb. O, siyasi-diplomatik əlaqələrin davam etdiyini təsdiqləsə də, Rusiyanın Donbas bölgəsi üzərində tam nəzarət tələbindən qətiyyən geri çəkilmədiyini birmənalı şəkildə vurğulayıb. Prezident Vladimir Putin Alyaskada əldə olunmuş əvvəlki anlaşmalara istinad edərək, Kremlin daha öncə Rusiya üçün məqbul saydığı kompromislərə qayıtmağa hazır ola biləcəyini də bildirib.

Bununla yanaşı, Rusiya prezidenti Ukraynanın artıq işğal altında olan bəzi önəmli sənaye və logistik mərkəzlərinin statusunun danışıqların mövzusu olmadığını da dilə gətirib. Eyni zamanda, o, məhdud ərazi mübadiləsi ehtimalını da istisna etməyib və bu, strateji geri çəkilmə mesajı vermədən taktiki çevikliyi qorumağa hesablanmış mövqe kimi dəyərləndirilir. Prezident Vladimir Putinin ABŞ-ın Avropadakı müttəfiqləri ilə məsləhətləşmələrdən sonra mövqeyini dəyişməyə başlamasını “zəiflik” kimi təqdim etməsi Kremlin ənənəvi narrativlərinin təkrarıdır. Kreml ABŞ-ın qərarvermə imkanlarını transatlantik alyans daxilindəki fikir ayrılıqları ilə məhdudlaşmış kimi göstərməyə çalışır və Avropa təsirini strateji üstünlük deyil, məhz əlavə yük kimi təqdim edir.

Maraqlıdır ki, prezidenti Volodimir Zelenskinin Donald Trampın Mar-a-Laqo iqamətgahına mümkün səfəri ilə bağlı məlumatlar Ukrayna məsələsində qeyri-rəsmi siyasi-diplomatik kanalların rolunun artdığına işarə edir. Rəsmi dövlət səfəri olmasa da, belə bir görüş prezident Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müzakirələrdə mərkəzi fiqurlardan biri olduğunu təsdiqləyir. Və Ağ Ev sahibi Donald Trampın son vaxtlar prezident Volodimir Zelenskiyə ünvanladığı açıq mətnli sərt tənqidlər bu barədə qənaətləri daha da gücləndirir.

Məsələ ondadır ki, Ağ Ev sahibinin bir müddət öncə Ukrayna prezidentini ABŞ-ın təqdim etdiyi “sülh planı” ilə hələ tanış olmamaqda suçlaması onun mövcud situasiyadan məyus olduğunu biruzə verir. Onun bu barədə sərt açıqlaması isə həm rəsmi Kiyevə təzyiq mesajı kimi görünür, həm də ABŞ-ın ölkədaxili auditoriyasına prezident Donald Trampın qlobal böhranların nizamlanmasında fəal rol oynadığını qabartmaq məqsədi daşıyır. Və bütün bunlar Ukraynanın “sülh prosesi”ndə siyasi-diplomatik manevr imkanlarını daraltmaqla yanaşı, ABŞ-dakı müxtəlif siyasi mərkəzlər arasında koordinasiyanı da çətinləşdirə bilər.

Ancaq önəmli məqamlardan biri də ondan ibarətdir ki, rəsmi Kiyev ABŞ və Rusiyanın israrla gündəmə gətirdiyi Ukraynanın Donbas bölgəsində mümkün “demilitarizasiya zonası”nın yaradılması ilə bağlı məlumatlara sürətlə reaksiya verib. Belə ki, “Le Monde” nəşrində dərc olunan xəbərlərə cavab olaraq, Prezident Aparatının müşaviri Dmitri Litvin bildirib ki, bu cür ideyalar yalnız nəzəri təklif xarakteri daşıyır və hələlik rəsmən siyasi müzakirə predmetinə çevrilməyib.

Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyünə və hərbi-siyasi statusuna dair istənilən qərar yalnız ən yüksək səviyyədə və ya birbaşa xalqın razılığı ilə qəbul edilə bilər. Bu yanaşma prezident Volodimir Zelenskinin ümumi ritorikası ilə də uzlaşır. Çünki o, bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-la yeni siyasi-diplomatik təmasları fonunda yeni ilə qədər bir çox məsələ üçün optimal həll variantları tapıla bilər. Ukrayna lideri Volodimir Zelenski həmçinin Ağ Ev Donald Trampla yüksək səviyyəli görüşün prinsipial olaraq, razılaşdırıldığını da təsdiqləyib. Və bu, Ukraynanın Ağ Evdə müxtəlif siyasi qütblərlə əlaqəni qorumaq cəhdlərini göstərir.

Nüfuzlu “The Washington Post” nəşrinin məlumatına görə isə hazırda “sülh prosesi”ndən nisbətən kənarda tutulan Avropa Birliyi Ukrayna üçün ABŞ-dan asılı olmayan ayrıca alternativ təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırlaşır. Bu addım Avropa paytaxtlarında ABŞ-ın ölkədaxili siyasi qeyri-müəyyənliyi fonunda Ağ Evin uzunmüddətli öhdəliklərinin icrasına dair artan narahatlığın göstəricisi sayılır. Eyni zamanda, rəsmi Kiyevin ABŞ-la da NATO-nun 5-ci maddəsinə bənzər, ancaq bu alyansa üzvlük olmadan təhlükəsizlik mexanizmləri barədə sənəd imzalaması gözlənilir. Halbuki, Kreml bu cür mexanizmlər Rusiya üçün “qırmızı cizgi” hesab edir. Çünki belə təhlükəsizlik mexanizmləri Ukraynanı faktiki olaraq, Qərb təhlükəsizlik sisteminə inteqrasiya etdirə bilər.

Maraqlıdır ki, müharibədən sonrakı dövr üçün iqtisadi əməkdaşlıqla bağlı müzakirələrə baxmayaraq, amerikalı analitiklər və investorlar Rusiyanı uzunmüddətli perspektivdə riskli bazar kimi qiymətləndirməkdə davam edirlər. Prezident Donald Trampa yaxın fiqurlar - Stiv Uitkoff və Cerad Kuşner Rusiyanı önəmli resurslarla zəngin biznes imkanları olan ölkə kimi təqdim etsələr də, risklər üzrə ekspertlər Qərbin mövcud sanksiyalarının, Rusiyadakı hüquqi qeyri-müəyyənliyin və siyasi dəyişkənliyin nəhəng investisiyaları hələ uzun müddət çəkindirəcəyini vurğulayırlar. ABŞ senatoru Lindsi Qremin Rusiya neftini daşıyan gəmilərin ələ keçirilməsi imkanının nəzərdən keçirilməsinə çağırışı isə Ağ Evdə sərt xətt tərəfdarlarının hələ də güclü mövqedə olduğunu göstərir. Və bu, Tramp administrasiyası daxilində mümkün yumşalma cəhdlərinə qarşı daxili əks reaksiya mexanizmi kimi böyük önəm daşıyır.

Beləlik, ümumi proseslər onu göstərir ki, Ukrayna müharibəsi üzrə siyasi-diplomatik fəallıq artsa da, əsas maraqlı tərəflərin strateji hədəfləri hələ də kəskin şəkildə ziddiyyət təşkil edir. Kreml Rusiya üçün maksimum ərazi güzəşti və təhlükəsizlik tələblərini actual saxlayır. Ukrayna suverenlik məsələsində geri addım atmaq, güzəştə getmək istəmir. ABŞ-da qərarvermə prosesi bir neçə paralel siyasi-diplomatik mərkəzin təsiri altına düşür. Avropa isə ABŞ-ın proqnozdan uzaq olmasına qarşı öz təhlükəsizlik arxitekturasını qurmağa çalışır.

Ona görə də, bu ilin sonuna qədər müəyyən taktiki razılaşmalar mümkün görünsə də, mövcud dinamika hərtərəfli sülhdən daha çox, uzadılmış və çoxvektorlu geopolitik sövdələşmələr mərhələsinin hələ davam edəcəyini göstərir. Belə şəraitdəsə, Rusiya ABŞ-la siyasi-diplomatik təmasları intensivləşdirməsinə paralel olaraq, Tramp-Zelenski görüşü keçirilmə ehtimalı böyük maraq doğurur. Çünki Ağ Ev sahibi Donald Trampın Ukraynaya yeni il ərəfəsində “bayram sürprizi” vəd etməsi rəsmi Kiyev tərəfindən ciddi narahatlıqla qarşılanıb.(musavat.com)

Oxunub: 1021
Paylaş:
Digər xəbərlər

Dünya

25-09-2025, 09:23

Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-04-2025, 09:00

Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-12-2024, 09:24

Tramp Zelenskini yenə əliboş göndərdi: Ukraynanın tam çökəcəyi müddət məlum oldu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-09-2025, 10:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-08-2025, 09:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Hadisə
Dün, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Son xəbərlər
  • Dün, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • Dün, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • Dün, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • Dün, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • Dün, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • Dün, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • Dün, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • Dün, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • Dün, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • 26-06-2026, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • 26-06-2026, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • 26-06-2026, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • 26-06-2026, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • 26-06-2026, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • 26-06-2026, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • 26-06-2026, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • 26-06-2026, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • 26-06-2026, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə