• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-12-2025, 14:22



II Qareginlə bağlı radikal addımlar Ermənistanda qarşıdurmanı dərinləşdirəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Erməni Apostol Kilsəsi ilə bağlı məsələyə “son nöqtə qoymaq” niyyətindədir. Bu barədə 24News saytı məlumat yayıb. Bildirilir ki, Paşinyan artıq güc strukturlarına müvafiq tapşırıqlar verib. İddiaya əsasən, plan çərçivəsində baş nazirin tərəfdarları, kilsədən uzaqlaşdırılmış və ya sanından məhrum edilmiş sabiq din xadimləri, eləcə də bir qrup yepiskop Eçmiədzinə daxil olmağı, liturgiyada iştirak etməyi və Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin patriarx iqamətgahını tərk edərək “istefaya getməsi”nə nail olmağı planlaşdırırlar.

24News-un yazdığına görə, bu məqsədə çatmaq üçün müxtəlif ssenarilər müzakirə olunur. Həmin ssenarilər arasında katolikos II Qareginin həbs edilməsi də istisna edilmir. Mənbənin bildirdiyinə görə, “uğurun təmin edilməsi” üçün güc strukturları 28 dekabrı gözləmədən bir neçə gün əvvəl aktiv fazaya keçə bilər. Eçmiədzin ərazisinin bağlanması, kütləvi axtarışların aparılması və katolikosa sadiq ruhanilərin saxlanılması planlaşdırılır.

Məqalədə qeyd olunur ki, bu ssenari əvvəllər arxiyepiskop Arşak Xaçatryanla bağlı baş verən hadisələri xatırladır və kilsə-dövlət münasibətlərində gərginliyin daha da dərinləşəcəyindən xəbər verir.

Bu ssenarilərin hər hansı birinin, xüsusən də Qareginin həbsinə erməni cəmiyyətinin, eləcə də Rusiyanın reaksiyası necə ola bilər?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı addımları, xüsusilə katolikos II Qareginin istefaya göndərilməsi və ya həbs edilməsi ehtimalı, ölkə üçün həm daxili, həm də regional səviyyədə ciddi siyasi gərginlik yarada biləcək hadisələrdən biridir: “Şübhəsiz ki, bu addımın məqsədi Paşinyanın dövlət hakimiyyətini və siyasi nəzarətini gücləndirmək istəyindən, eləcə də qarşıda gözlənilən seçkilərdə kilsənin proseslərə müdaxiləsinin minimallaşdırılmasından ibarətdir. Lakin onun nəticələri həm ictimai reaksiyalar, həm də regional aktorların davranışı baxımından əhəmiyyətlidir. Uzun illər ərzində erməni cəmiyyəti üçün katolikos II Qaregin yalnız dini rəhbər yox, həm də milli-mədəni simvol və ictimai etimad mənbəyi kimi qəbul edilib. Düzdür, Paşinyanın uzun bir dövr ərzində Qareginlə bağlı təbliğatı öz sözünü deyib və istər korrupsiya faktları, istərsə də subaylıq andı ilə bağlı ortaya qoyulan faktlar onun nüfuzuna mənfi təsir göstərib. Amma bütün bunlara baxmayaraq, II Qareginlə bağlı radikal tədbirlərə əl atılması, xüsusilə onun həbsi, geniş ictimai etiraz dalğasına səbəb ola bilər”.

Politoloq qeyd etdi ki, Ermənistanda cəmiyyətin dini institutlara bağlılığı yüksək olduğundan, belə bir addım həm paytaxtda, həm də kilsənin ənənəvi tərəfdaş bazasında kəskin narazılıq yarada bilər: “Əvvəlki illərdə arxiyepiskop Arşak Xaçatryanla bağlı hadisələr müəyyən bir göstərici olsa da, katolikos II Qareginin nüfuzu daha böyük olduğundan, bu dəfə etirazların miqyası daha geniş ola bilər”.

Y.Bağırzadə hesab edir ki, Rusiya üçün bu gərginlik həm strateji, həm də diplomatik baxımdan diqqət mərkəzindədir: “Katolikosun həbsinə yönələn addımlar Moskvanın regiondakı təsir imkanlarını çətinləşdirə bilər. Odur ki, Paşinyanın planlaşdırılan tədbirləri Ermənistanın daxili siyasi həyatına da ciddi təsir göstərə bilər. Müxalifətin böyük ölçüdə kilsə rəhbərliyi kimi Rusiyaya bağlılığı hökumət-müxalifət qarşıdurmasını dərinləşdirə, sosial və dini bazada parçalanmanı gücləndirə bilər. Ümumilikdə, katolikos II Qareginlə bağlı radikal addımlar Ermənistan cəmiyyəti üçün geniş ictimai narazılıq, Rusiya və digər regional aktorlar üçün isə diplomatik və strateji risklər müşahidə oluna bilər. Odur ki, Paşinyanın da bu riskləri nə qədər nəzərə alacağından və atılacaq addımlarda həm daxili siyasətdə stabilliyin qorunması, həm də regional əlaqələrin idarə olunması baxımından necə davranacağından çox şey asılı olacaq”.

Oxunub: 1017
Paylaş:
Digər xəbərlər

Dünya

4-12-2025, 14:09

“Onun seçimi yoxdur, istefa verməlidir” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-05-2025, 12:40

“Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

16-10-2025, 09:11

Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

8-07-2025, 10:20

Paşinyandan ŞOK KİLSƏ AÇIQLAMASI: "Əxlaqsız, antixristian..." [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-03-2024, 15:30

“Paşinyan Avropa Birliyinə namizədlik məsələsini çox tez bitirmək niyyətindədir...” - “Johovurd” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Hadisə
27-06-2026, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
25-06-2026, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
25-06-2026, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Son xəbərlər
  • 27-06-2026, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • 27-06-2026, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • 27-06-2026, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • 27-06-2026, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • 27-06-2026, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • 27-06-2026, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • 27-06-2026, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • 27-06-2026, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • 27-06-2026, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
  • 26-06-2026, 10:39
    8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
  • 26-06-2026, 10:28
    Zakir Həsənov hərbçilərə nə arzuladı?
  • 26-06-2026, 10:18
    Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
  • 26-06-2026, 10:12
    Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
  • 26-06-2026, 09:46
    DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
  • 26-06-2026, 09:40
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 09:36
    Avropada rekord istilər - Yüzlərlə ölən var
  • 26-06-2026, 09:32
    Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
  • 26-06-2026, 09:27
    Arda DÇ-də rekorda imza atdı
  • 26-06-2026, 09:23
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:11
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 09:00
    Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
  • 25-06-2026, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • 25-06-2026, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • 25-06-2026, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • 25-06-2026, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • 25-06-2026, 15:30
    Albertə haqsız hücumlar
  • 25-06-2026, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • 25-06-2026, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • 25-06-2026, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə