• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-12-2025, 10:19



Avropa İttifaqı Ermənistana ayırdığı dotasiya qarşılığında sanksiyalara qoşulmağa çağırdı; Qafqaz daha bir qarşıdurma plasdarmına çevrilir
Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə birgə mətbuat konfransında deyib.

“Biz əməkdaşlığımızı strateji səviyyəyə qaldırmışıq və bu, ambisiyalarımızın həddi deyil. Martda Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanunu qəbul edib. Bugünkü görüşün mesajı çox vacibdir: Ermənistan-Aİ əməkdaşlığı yeni mərhələyə qədəm qoyur”, - Mirzoyan bildirib.

Xarici işlər naziri Ermənistan-Aİ əməkdaşlığının Ermənistanın dayanıqlığını daha da gücləndirəcəyinə əminliyini ifadə edib. “İlk Ermənistan-Aİ sammiti 2026-cı ilin mayında baş tutacaq. Bu, həm də mühüm hadisə olacaq və mən sizinlə Yerevanda görüşməyi səbirsizliklə gözləyirəm”, - XİN rəhbəri qeyd edib. Tərəfdaşlıq Şurasının iclasından sonra Ermənistan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb. Sənədi Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaja Kallas imzalayıblar.

Ermənistana sülh və möhkəmliyin yaradılması üçün 15 milyon avro ayrılacaq. “Əlbəttə, Ermənistanın başqa çağırışları var. Rusiya və onun müvəkkilləri Ermənistanda seçkilər ərəfəsində informasiya kampaniyaları aparır. Biz Moldovada xarici maliyyə yardımı üçün eyni şəbəkələrdən istifadə edildiyini görürük. Xarici müdaxiləyə müqavimət göstərmək bütün cəmiyyətin iştirakını tələb edir. Fəal vətəndaş cəmiyyəti və müstəqil media çox vacibdir. Siz bu çətinliklərlə üzləşməkdə tək deyilsiniz; biz sizə fəal dəstək verməyə hazırıq”, - Kallas əlavə edib.

Kaya Kallas Ermənistanı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb. “Dünya nizamı dəyişir və strateji mövqelərin AB-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin AB qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar AB üçün sərtdir, lakin buna baxmayaraq, tərəfdaşlarımızdan da bunu istəyirik”, - deyə o bildirib.

Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmində məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib, bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına düşür.

Əgər qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların Ermənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞ dollarından çox olub, 5 il ərzində 23 dəfə artıb. Beləliklə, Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir və onları, mənşəyini gizlədərək, üçüncü ölkələrə öz məhsulu kimi ixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkar vasitəçilik edir.

Türkiyənin bölgədə aparıcı faktora çevrilməsi rəsmi Tehranı narahat edir" - ZÜRİYƏ QARAYEVA

Züriyə Qarayeva

Siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, Kallasın çağırışının özü də xarici müdaxilədir və Rusiyanın addımlarından fərqlənmir. Onun sözlərinə görə, bununla da faktiki olaraq Ermənistan Qərblə Rusiyanın növbəti qarşıdurma poliqonuna çevrilib.

Politoloq Kallasın çıxışında ən absurd məqamı Ermənistanın sanksiyalara qoşulacağı gözləntisi sayır: “Ermənistan istisna ölkələrdəndir ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir və Avropa ölkələrindən öz tələbatı kimi sifariş verdiyi texnologiya məhsullarını Rusiyaya göndərir. Bu səbəbdən Ukraynada irimiqyaslı hərbi əməliyyatlar başlayandan bəri Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi artıb. Bu baxımdan Avropa İttifaqının Ermənistanı sanksiyalara qoşulmağa çağırması gülməli və riyakar yanaşmadır. Çünki Brüssel çox gözəl bilir ki, Qərb məhsulları Rusiyaya necə gedir və Ermənistan hansı rolu oynayır. Amma görüntü yaradılır ki, guya Ermənistan Rusiyadan ciddi təzyiqlərə məruz qalmaqdadır. Hərçənd Ermənistan işğalçıya sanksiyalardan yayınmaqda dəstək verir, Ukraynaya 1 dollar belə humanitar yardımı olmayıb, di gəl ki, Avropa İttifaqı onu sığallayır. Amma Azərbaycana böhtan yağdırılır ki, guya Kiyevə silah göndəririk”.

Ekspert xatırladıb ki, bu günlərdə Hikmət Hacıyev Brüsseldə verdiyi müsahibədə sözügedən məsələyə yenidən toxunub: “Qeyd etdi ki, Azərbaycan Ukraynaya humanitar yardım edir, Rusiyaya isə sanksiyaları dəlib keçməkdə dəstəyimiz yoxdur, bunun nəticəsi də ticarət dövriyyəmizdə artım olmamasıdır. Ermənistanın isə Rusiya ilə ticarət dövriyyəsi göz qabağındadır. Bunu deməkdə məqsədim odur ki, Kallas və bütövlükdə Avropa İttifaqı Ermənistana münasibətdə ikrah hissi doğuran mövqe tutur”.

Politoloqun sözlərinə görə, Ermənistan anti-Rusiya blokuna qoşulmayacaq: “Çünki Avrasiya İqtisadi Birliyinin üzvüdür, Rusiyadan neft-qaz alır, dəmiryolları belə bu dövlətin mülkiyyətidir, iqtisadiyyatı ciddi şəkildə ondan asılıdır. Ona görə də Qərbdən Ermənistana ayrılan bu vəsait yalnız Rusiyanın siyasi təsirlərinin azalması, vətəndaş cəmiyyətinin antirus ovqatına köklənməsi, seçkilərdə resurs kimi istifadə edilə bilər. Belə desək, bu maliyyə seçkilərdə ruspərəst müxalifətə qarşı mübarizəyə yönəlib. Paşinyana Avropa İttifaqı və Fransa açıq surətdə dəstək verir ki, gələn ilin parlament seçkilərində qalib gəlsinlər. Qərb Rusiya ilə Ermənistan uğrunda savaşacaq. Bu qarşıdurma Gürcüstana da keçəcək. Məncə, Cənubi Qafqazın yenidən silkələnməsi qaçılmazdır. Yəni Qərb Rusiyaya qarşı yeni cəbhəni bizim regionda açmağa hazırlaşır”.

Oxunub: 1046
Paylaş:
Digər xəbərlər

Dünya

10-01-2024, 13:49

Mirzoyan: Ermənistan Azərbaycan dəmir yollarına çıxış əldə etməlidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-11-2023, 13:25

İlham Əliyev Azərbaycan-BP əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu bildirib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-04-2024, 09:24

Mirzoyan: “Biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-09-2025, 10:38

Ermənistanla Pakistan diplomatik əlaqələr qurdu- Birgə Bəyannamə imzalanıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-11-2024, 11:30

Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə