• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ŞOK! Yeni pandemiya - COVİD 19-dan da qorxuludur

Dünya

2-12-2025, 09:38



Həkimdən SOS: “İnsan sağlamlığını təhdid edən 10 əsas risk amilindən biri qarşıda bizi gözləyən yeni qrip pandemiyasıdır”
Quş qripi virusu mutasiyaya uğrayaraq insandan insana yoluxarsa, COVİD-19-dan daha ağır pandemiyaya səbəb ola bilər. Bu barədə "Reuters" xəbərdarlıq edib.

Fransadakı Pasteur İnstitutunun Tənəffüs Yoluxucu Xəstəliklərinin Tədqiqi Mərkəzinin direktoru Mari-Ann Rameix-Welti bu xüsusda agentliyə bildirib: “Biz virusun məməlilərə, xüsusən də insanlara uyğunlaşacağından və insandan insana yoluxacağından və bu virusun pandemiyaya çevriləcəyindən qorxuruq”.

Onun sözlərinə görə, insanlarda mövsümi H1 və H3 qripinə qarşı antitel olsa da, H5 quş qripinə qarşı antitel yoxdur. COVİD-19 zamanı da oxşar vəziyyət müşahidə olunub. “Lakin əsasən həssas qruplara təsir edən koronavirusdan fərqli olaraq, quş qripi uşaqlar da daxil olmaqla, sağlam insanları da öldürə bilər”, - mərkəzin direktoru vurğulayıb.

Hərçənd ekspert onu da qeyd edib ki, dünya bu təhlükəyə COVİD-19-dan daha yaxşı hazırlaşıb.

Bu arada Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər.

Mütəxəssislərin fikrincə, qrip mövsümü adi haldan daha tez başlaya və əvvəlki illərə nisbətən xeyli şiddətli ola bilər. Həkimlər virusun ötürülmə sürətindən və əlamətlərinin koronavirusa bənzərliyindən narahatdırlar.

İlkin araşdırma məlumatları göstərir ki, yeni H3N2 variantı əvvəlki ştammlara nisbətən xeyli asan ötürülür və ağır əlamətlərlə müşayiət olunur. Xəstələr temperaturun kəskin yüksəlməsi, şiddətli halsızlıq, əzələ ağrıları və davamlı, güclü öskürəkdən şikayət edirlər. Klassik qripdə olduğu kimi, ağır xəstəlik riski də qalır. Yaşlılar və xroniki xəstəlikləri olanlar ən böyük risk altındadır. Səhiyyə mütəxəssisləri ağır xəstəlik riskini azaltmaq üçün peyvənd olunmağı tövsiyə edirlər.

Haqqında danışılan təhlükələr və yeni (quş qripi) pandemiya nə dərəcədə realdır?

Yeri gəlmişkən, 1968-ci ildə baş vermiş Honq-Konq qripi H3N2 adlı influenza A virusu tərəfindən yaranmışdı. Bu virus sürətlə yayılaraq milyonlarla insanın yoluxmasına səbəb olub. Xüsusilə Asiya bölgəsində təsiri daha güclü hiss olunsa da, qısa müddətdə digər qitələrə də yayılıb. H3N2 virusu həmin vaxtdan bu günə qədər mövcud olan mövsümi qrip ştamlarının əsas “atalarından” biri kimi qalır və hər il dövr edən qrip variantlarının tərkibində hələ də onun genetik elementləri mövcuddur. Bu pandemiya əvvəlki qriplərə nisbətən daha yüngül keçsə də, dünya üzrə yüz minlərlə insanın həyatına son qoyub.

1957-ci ilin Asiya qripi isə H2N2 virusu tərəfindən törədilmiş pandemiya idi. İlk olaraq Çində qeydə alınan virus çox sürətlə yayılaraq bir neçə ay içində bütün dünyanı əhatə etdi. İkinci dalğası daha ölümcül olub və xüsusilə məktəblilər, yaşlılar və xroniki xəstəliyi olanlar ağır keçirib. Asiya qripi qlobal səhiyyə sistemlərinə böyük təzyiq yaradıb və pandemiya nəticəsində təxminən 1-2 milyon insan həyatını itirib. Virus bir neçə il dövr etdikdən sonra 1968-ci ildə yeni H3N2 ştammının meydana çıxması ilə tamamilə geriyə çəkilib.

1918-ci ilin İspan qripi H1N1 virusu ilə törədilmiş və tarixdə ən ölümcül qrip pandemiyası kimi tanınıb. Bu virus Birinci Dünya müharibəsi illərində meydana çıxmış və qeyri-adi dərəcədə yüksək ölüm nisbəti ilə seçilmişdi. Digər qrip pandemiyalarından fərqli olaraq, İspan qripi gənc və sağlam insanlarda da ağır fəsadlara və qəfil ölüm hallarına səbəb olurdu. Qısa müddətdə dünya əhalisinin üçdə biri virusla yoluxdu və təxminən 50 milyon insan həyatını itirdi. Bu pandemiya tibb tarixini dəyişdirən hadisə oldu və müasir epidemiologiyanın formalaşmasına böyük təsir göstərdi.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, A qrip virus qrupundandır. Onların içərisində H5N1 ştamlı virus bir neçə il əvvəl Azərbaycanda da yayılmışdı. Biz həmin vaxt bunu lokallaşdıra bildik. Xarici laboratoriyaların, xüsusilə Britaniya laboratoriyalarının dəstəyi və ÜST-nin tövsiyələri ilə prosesi nəzarətə aldıq və demək olar ki, az itki ilə bu vəziyyətdən çıxmağı bacardıq. Bir pandemiya necə yarana bilər? Pandemiyanın yaranması üçün sürətli yoluxuculuq indeksi olmalıdır. Bu tip infeksiyalar ən çox nəfəs yolu, hava-damcı yolu ilə və ya içməli su vasitəsilə yayılır. Məsələn, vəba, qrip, koronavirus kimi. Problemin mahiyyəti ondadır ki, biz quş qripinin gələcəkdə hansı performans göstərəcəyini, yoluxma yollarının dəyişib-dəyişməyəcəyini tam proqnozlaşdıra bilmərik. Lakin mümkündür ki, virusun yoluxuculuq indeksi yüksəlsin və epidemiya yaratsın”.

H3N2 variantına gəldikdə isə həkim deyib ki, bununla bağlı dəqiq proqnoz vermək çətindir: “Çünki ÜST-nin məlumatına görə, insan sağlamlığını təhdid edən 10 əsas risk amilindən biri də bizi qarşıda gözləyən yeni qrip pandemiyasıdır. Qrip virusu daim mutasiyaya uğradığı üçün hər il yeni formaya düşür və bu, nə vaxtsa ispan qripi tipində qlobal pandemiyaya səbəb ola bilər. Bu, elmi proqnozdur. Bu baxımdan laboratoriyaların və virusoloqların narahatlığı tam əsaslıdır”.

Oxunub: 1036
Paylaş:
Digər xəbərlər

Hadisə

20-02-2025, 16:00

Qar-şaxta gəlir: Qurumlar XƏBƏRDARLIQ ETDİ - Bu gündən...

Hadisə

29-11-2023, 13:45

Professordan xəbərdarlıq: “Azərbaycanda donuz qripi yayıla bilər”

Hadisə

2-10-2023, 10:03

"Koronavirusun yeni ştammı omikrondan daha təhlükəlidir" - Rizvanovdan XƏBƏRDARLIQ

Cəmiyyət / Araşdırma

24-07-2023, 12:17

Qorxunc virus yayılıb: Halsızlıq, qızdırma... - Əhaliyə xəbərdarlıq

Cəmiyyət

27-10-2023, 13:36

Azərbaycanda koronavirusa qarşı bir vaksinin istifadəsi dayandırıldı

Araşdırma
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bağçalara növbəyə yazılma prosesi başlayır
Hadisə
Bugün, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Bugün, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
Bugün, 09:25
Bəzi yollarda tıxac var
Dün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Dün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Dün, 10:52
Xəzərdə zəlzələ oldu
Son xəbərlər
  • Bugün, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • Bugün, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • Bugün, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • Bugün, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • Bugün, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • Bugün, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • Bugün, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • Bugün, 13:35
    Prezidentə müraciət etdilər
  • Bugün, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • Bugün, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • Bugün, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • Bugün, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • Bugün, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • Bugün, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • Bugün, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • Bugün, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • Bugün, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • Bugün, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • Bugün, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • Bugün, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bugün, 09:25
    Bəzi yollarda tıxac var
  • Bugün, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • Bugün, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • Bugün, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • Bugün, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • Dün, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • Dün, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
  • Dün, 13:48
    ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi
  • Dün, 13:17
    Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
  • Dün, 13:00
    İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
  • Dün, 12:30
    Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
  • Dün, 12:24
    Prezident Qaradağda açılışda - Fotolar
  • Dün, 12:09
    Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
  • Dün, 11:53
    Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
  • Dün, 10:52
    Xəzərdə zəlzələ oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə