• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrəvandan növbəti hiyləgərlik - “konstitusiyanı dəyişir” və...

Dünya

27-05-2025, 09:43



Ermənistan rəhbərliyi növbəti dəfə ikibaşlı sülh bəyanatları səsləndirdi - Bakıdan cavab
Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sülh bəyanatları səsləndirməyə, konstruktiv görünməyə başlayıb. 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın sonuncu bəndini hələ də icra etməyən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Zəngəzur dəhlizinin açılması istiqamətdə addım atmayan Ermənistanın sülh bəyanatları, sadəcə, nağıl kimi səslənir.

Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistan sülh müqaviləsinin imzalanması və qalıcı sülhün bərqərar olması üçün konstitusiyaya dəyişikliklər etməli, ölkəmizə qarşı ərazi iddialarını əsas qanundan və normativ hüquqi aktlardan çıxartmalıdır. Eyni zamanda ATƏT-in Minsk Qrupundan imtinanın rəsmən elan olunması da İrəvanın qarşısına qoyulan şərtlərdəndir. Ancaq Nikol Paşinyan hələ də bu məsələlərlə bağlı söz oyunundan istifadə etməkdədir. Musavat.com bildirir ki, N.Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Ermənistan Nazirlər Kabinetindən verilən məlumata görə, Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin razılaşdırıldığını Rusiya liderinə bildirib. Telefon danışığında Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da çıxış edərək bildirib ki, Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmasların qurulması üçün platforma təqdim etməyə hazırdır. Onun sözlərinə görə, Moskva prosesin irəliləməsi üçün üzərinə düşəni etməyə davam edəcək.

Baş nazir Nikol Paşinyan Putinlə telefon danışığında onu da bildirib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla imzalanması planlaşdırılan sülh sazişini təsdiqləməsə, hökumət ölkə konstitusiyasını dəyişəcək. Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti sülh sazişinin mətnini əvvəlcədən Konstitusiya Məhkəməsinə təqdim edəcək. Əgər məhkəmə sənədin qüvvədə olan konstitusiyaya zidd olduğunu müəyyən edərsə, “Ermənistan hökuməti bu konstitusiyanı dəyişdirmək hüququnu özündə saxlayacaq”.

Göründüyü kimi, N.Paşinyan bir addım irəli ataraq konstitusiyanı dəyişdirəcəyini deyib, ancaq onun bütün dedikləri reallaşırmı?..

Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Dialoqu beynəlxalq forumunda çıxışı zamanı da sülh bəyanatı verib. Bildirib ki, bütün təxribatlara baxmayaraq, ölkəsi ilə Azərbaycan arasında müharibə olmayacaq. “Mən inanıram, hörmətli xanımlar və cənablar, bütün mübahisələrə, təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə aydın görünür”, - Paşinyan bildirib.

Bunu deyən şəxsin ordusu vaxtaşırı atəşkəsi pozur, şərti sərhədlərə yeni qüvvələr, hərbi texnika və artilleriya yerləşdirilir. Eyni zamanda Ermənistan Fransa, Hindistan, Yunanıstan və digər ölkələrdən silah almaqda davam edir. Bəs bu silahlar nə üçündür, müharibəyə hazırlıq yoxdursa? Ekspertlər bu açıqlamaların arxasında hiylənin dayandığına şübhə etmirlər.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan qanunvericiliyinə görə, beynəlxalq müqavilələr ratifikasiya olunmamşdan əvvəl Konstitusiya Məhkəməsi həmin sənədin konstitusiyaya uyğun olub-olmamasına dair rəy verməlidir: “Bu baxmdan Paşınyan yalnız Konstitusiya Məhkəməsi mənfi rəy verəcəyi halda konstitusiyanı dəyişmək təşəbbüsü ilə çıxış edəcəyini bildirib. Buradan isə belə çıxır ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla imzalanacaq sülh müqaviləsinin konstitusiyaya zidd olmaması barədə rəy verərsə, o zaman konstitusiya dəyişdirilməyə bilər. Əslində Paşınyan özünəməxsus şəkildə ikibaşlı siyasətini davam etdirir. Ola bilər ki, Ermənistan konstitusiya məhkəməsi rəy versin ki, müqavilə Ermənistan Konstitusiyasına zidd deyil. Bu halda necə olacaq? O zaman yenə də konstitusiyanın preambulası qüvvədə qalacaq və orada da Ermənistanın Müstəqillik aktına istinad var. İstənilən vaxt konstitusiya məhkəməsinə sorğu vermək hüququ olan subyektlərdən biri məsləyə yenidən baxmaqla bağlı sorğu verib məhkəmənin əvvəlki aktını ləğv etdirə bilər. Onsuz da biz qeyd etmişik ki, hətta konstitusiya dəyişsə belə Ermənistan revanşist planlarından imtina edəsi deyil. Lazım gəlsə konstitusiyanı bir də dəyişə bilərlər. Amma bütün hallarda konstitusiyanın dəyişməsi Konstitusiya Məhkəməsinin rəyindən daha təminatlıdır". S.Məmmədov əmindir ki, bu baxımdan Paşınyan növbəti dəfə manevr edir: “Paşinyan anlayır ki, konstitusiyanı dəyişmək ona o qədər də asan olmayacaq. Belə olan halda, fikrimcə, istənilən sülh müqaviləsi çərçivə sənədi statusunda ola bilər və həmin sənəddə konstitusiyaya dəyişiklik edilməsi öhdəliyi qoyula bilər. Əslində isə biz kostitusiyaya dəyişiklik məsələsində israrlı olmada davam etməliyik”.

Politoloq Tural İsmayılov isə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “sülh” ritorikası və konstitusiya dəyişikliyi ilə bağlı son bəyanatları ciddi suallar doğurur: “Bunlar Ermənistanın daxili siyasi və geosiyasi manevrləri fonunda təhlil edilməlidir. Paşinyanın Azərbaycanla müharibənin olmayacağı barədəki iddiaları bir tərəfdən pozitiv mesaj kimi görünsə də, digər tərəfdən Ermənistanın daxilində revanşist qüvvələrin güclənməsi fonunda kəskin ziddiyyətlər daşıyır. Paşinyanın konstitusiyanı şəxsən dəyişdirəcəyi barədəki bəyanatı isə Ermənistanın institusional böhranının dərinliyini və hakimiyyətin şəxsi ambisiyalara necə xidmət etdiyini göstərir. Konstitusiya Məhkəməsinin sülh sazişini təsdiqləməməsi ehtimalı Paşinyanın bu addımı atmaq üçün bəhanə axtardığı, yoxsa həqiqətən də daxili müqavimətlə üzləşdiyi sualını ortaya qoyur. Lakin bir baş nazirin ölkənin əsas qanununu "şəxsən" dəyişəcəyini bəyan etməsi hüquqi dövlət prinsipləri ilə uzlaşmır və avtoritar meyillərin göstəricisidir. Paşinyanın sülh mesajlarına inam Ermənistanın son illərdəki davranışları ilə sarsılır. 44 günlük Vətən müharibəsindən sonra belə, revanşist qruplar açıq şəkildə fəaliyyət göstərir, Azərbaycan əleyhinə təbliğat aparılır və sülh müqaviləsinin imzalanmasına qarşı ciddi müqavimət mövcuddur. Bu, Paşinyanın sülh danışıqlarında nə qədər səmimi olduğunu və ölkə daxilindəki bütün siyasi qüvvələri nə dərəcədə nəzarətdə saxladığını şübhə altına alır. Ermənistan cəmiyyətində dərin kök salmış revizionist ideologiya sülh prosesi üçün ciddi maneədir".

T.İsmayılov qeyd etdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də bu kontekstdə təhlil edilməlidir: “Lavrovun "erməni soyqırımı" abidəsini ziyarət proqramından çıxarması, Rusiyanın regional balanslaşdırma siyasətinin bir hissəsi olaraq, Ermənistana siyasi bir mesaj idi. Bu, Moskvanın İrəvanın Qərbə meyllənməsindən narahat olduğunu və Ermənistanın öz geopolitik mövqeyini dəqiqləşdirməsi lazım olduğunu göstərirdi. Lavrovun səfəri Ermənistanı Rusiyanın təsir dairəsində saxlamaq və regional əməkdaşlıqda rolunu gücləndirmək məqsədi daşıyırdı. Paşinyanın konstitusiya dəyişikliyi bəyanatı həm də Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın geosiyasi manevrlərinin bir hissəsi ola bilər. Konstitusiyaya ediləcək dəyişikliklərin mahiyyəti hələ tam bəlli deyil, lakin bu, sülh müqaviləsinin imzalanmasını asanlaşdıra və ya Ermənistanın xarici siyasət kursunda daha radikal dəyişikliklərə yol aça bilər. Bununla belə, konstitusiyanın şəxsi istək əsasında dəyişdirilməsi, Ermənistanın “demokratik institutlarına” olan “inamı” sarsıdır. Ermənistanda revanşizmin güclənməsi və Paşinyanın sülh ritorikası arasındakı ziddiyyət ölkənin hələ də strateji seçim dilemma ilə üzləşdiyini göstərir".

Siyasi şərhçi bildirdi ki, Ermənistan rəhbərliyi bir tərəfdən beynəlxalq ictimaiyyətə sülh tərəfdarı olduğunu göstərmək istəyir, digər tərəfdən isə daxili revanşist təzyiqlərlə üzləşir: “Bu, Ermənistanın qeyri-səmimi siyasətinin və beynəlxalq öhdəliklərə əməl etməkdəki çətinliklərinin bir əlamətidir. Sülh sazişinin imzalanması üçün real iradənin göstərilməsi, yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut olunmalıdır. Əks halda, Paşinyanın sülh ritorikası yalnız diplomatik pərdə, konstitusiya dəyişikliyi isə şəxsi hakimiyyəti gücləndirmək üçün bir vasitə olaraq qalacaq. Ermənistanın gələcəyi bu daxili ziddiyyətlərin necə həll olunacağından və sülhə səmimi yanaşmanın nə dərəcədə üstünlük təşkil edəcəyindən asılıdır. Lakin hazırkı vəziyyət, İrəvanın hələ də regionda destruktiv rol oynamaq potensialı daşıdığını göstərir”.

Oxunub: 1086
Paylaş:
Digər xəbərlər

Siyasət

14-06-2024, 11:01

Paşinyan hakimiyyətdən getsə, imzası etibarsız olacaq, ona görə də...

Siyasət

2-11-2023, 16:00

İrəvanın SÜLH BURCUTMASI... - Kimə naz edirlər ki...

Dünya

16-04-2025, 16:00

Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması

Siyasət

30-10-2023, 11:42

Paşinyan: Bakı ilə sülh bu 3 prinsip əsasında olacaq

Dünya

26-05-2025, 11:55

Paşinyan Ermənistan Konstitusiyasını dəyişdirir

Araşdırma
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Hadisə
Bugün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bugün, 11:01
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bugün, 10:56
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bugün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dün, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dün, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Son xəbərlər
  • Bugün, 12:00
    Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
  • Bugün, 11:17
    Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
  • Bugün, 11:01
    Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
  • Bugün, 10:56
    Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
  • Bugün, 09:59
    "Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
  • Bugün, 09:42
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Bugün, 09:38
    Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
  • Bugün, 09:00
    Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
  • Dün, 16:00
    Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
  • Dün, 15:30
    Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
  • Dün, 14:23
    Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
  • Dün, 13:00
    Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
  • Dün, 12:30
    Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
  • Dün, 12:08
    Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
  • Dün, 11:26
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
  • Dün, 10:49
    Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
  • Dün, 10:45
    Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
  • Dün, 10:33
    Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
  • Dün, 10:14
    "Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
  • Dün, 10:10
    Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
  • Dün, 10:07
    FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Dün, 09:49
    Azərbaycan nefti 3 dollar ucuzlaşdı
  • Dün, 09:46
    Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
  • Dün, 09:42
    Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
  • Dün, 09:38
    Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
  • Dün, 09:35
    Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
  • Dün, 09:31
    Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən
  • Dün, 09:00
    Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
  • 29-10-2026, 16:00
    Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞ
  • 29-10-2026, 15:30
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
  • 29-10-2026, 14:22
    Səbinə Əliyeva vəzifədən gedir, yoxsa...?
  • 29-10-2026, 14:00
    Varlılardan ƏLAVƏ VERGİ yığılacaq - Baş nazirdən TƏCİLİ TAPŞIRIQ
  • 29-10-2026, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • 29-10-2026, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • 29-10-2026, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə